Bakıda gənclər
təşkilatlarının və könüllü hərəkatlarının üzvlərinin
iştirakı ilə
görüş keçirilib
Yanvarın 14-də Azərbaycan Respublikası
Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları və
könüllü hərəkatlarının
iştirakı ilə
görüş keçirilib.
AZƏRTAC xəbər
verir ki, Bakı Gənclər Mərkəzində təşkil
olunan tədbirdə Azərbaycan Respublikası
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin Sərəncamı
ilə gənclərin
fərdi inkişafına
təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gənclərin
potensialından xalqın
rifahı və ölkəmizin dayanıqlı
inkişafı üçün
səmərəli istifadə
etmək məqsədilə
2020-ci ilin ölkəmizdə
“Könüllülər ili”
elan olunduğunu bildirib.
Qeyd edilib
ki, könüllü fəaliyyətin təşviqi
Gənclər Fondunun prioritet istiqamətlərindən
biridir. Fond tərəfindən keçirilən qrant müsabiqələrində və
maliyyələşdirilən layihələr üçün
müəyyən edilən
mövzular sırasında
könüllülük fəaliyyətinin
təşviqi də mütəmadi olaraq yer alır. Ötən il Gənclər Fondunun “Gənc könüllü” proqramının
əhatə dairəsi
genişləndirilib, regionlarda
təmsilçiliyi artıb.
Proqram vasitəsilə
yüzlərlə gənc
ilk dəfə könüllü hərəkatına
qoşulub və nümayəndəliklərin fəaliyyətinin
təşkilində fəal
iştirak edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova
deyib ki, bu gün ölkəmizdə
könüllülərin cəlb
olunmadığı bir
sahə yoxdur. Qürurverici
haldır ki, könüllülük fəaliyyətlərini
Vətənə, dövlətə,
xalqa dəstək, vətəndaşlıq mövqeyinin
göstəricisi kimi görən azərbaycanlı
gənclər dünyanın
inkişaf etmiş ölkələrinin könüllülərindən
heç nə ilə geri qalmırlar. Gənclərimiz özlərində
yeni xüsusiyyətlər
kəşf etməklə
xoş və yaddaqalan anlar yaşayırlar. Bununla da şəxsi inkişaflarına böyük
töhfələr verəcəklər
və təbii ki, könüllülük
zamanı qazandıqlarını
başqa heç zaman qazanmayacaqlar.
Görüşdə Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəmizdə könüllülüyün
geniş vüsət almasına, gənclərin
könüllü fəaliyyətinə
cəlb olunmasına göstərdiyi diqqət və qayğıdan danışılıb, gənclər
siyasətinin prioritet təşkil etməsi vurğulanıb. Həmçinin region gəncləri arasında könüllülüyün
təşviqi, könüllülər
üçün maarifləndirmə
xarakterli tədbirlərin
və düşərgələrin
təşkili, geniş
könüllü şəbəkəsinin
formalaşdırılmasına dəstək məqsədilə
uzunmüddətli proqramların
icrası və digər məsələlərlə bağlı
təkliflər dinlənilib,
müzakirələr aparılıb.
Tədbirin təşkilində əsas məqsəd
2020-ci ilin “Könüllülər
ili” elan edilməsi haqqında dövlətimizin başçısının
Sərəncamına uyğun
olaraq, könüllü
fəaliyyətin təşviqi,
il ərzində həyata keçirilməsi
nəzərdə tutulan
layihə və tədbirlər, yeni təşəbbüslər barədə
müzakirələrin aparılmasıdır.
Xatırladaq ki, ötən il dekabrın 1-9-da “Azərbaycan Könüllülük
Həftəsi” keçirilib.
Bütün könüllü təşkilatları və
hərəkatlarını, həmçinin Azərbaycanın
əksər şəhər
və rayonlarını
əhatə edən həftə çərçivəsində
silsilə tədbirlər
təşkil olunub. Ümumilikdə 79 yerli icra hakimiyyəti orqanı tərəfindən
15 mindən çox könüllünün
iştirakı ilə
100-dən çox tədbir
keçirilib.
Yeni Azərbaycan.- 2020.- 15 yanvar.- S.6