Ulu Öndər
Heydər Əliyevə
həsr olunmuş “Missiya” kitabının təqdimatı olub
Yanvarın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) Filologiya fakültəsinin
dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Missiya” kitabının təqdimatı keçirilib.
Kitabın elmi
redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi
tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, rəyçiləri
filologiya üzrə elmlər doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur.
ADPU-dan
AZƏRTAC-a bildirilib ki,
tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov
ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan, “iki ictimai-siyasi
quruluşda Azərbaycana
rəhbərlik edən”
Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını
möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə
qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə oxucuya
çatdırılmasında “Missiya” kitabının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, professor
Mahirə Hüseynova həyatın bütün
sahələrində Ümummilli
Liderin fəaliyyətini
dialektik vəhdətdə
götürür. Müəllif
bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu
Onun əvvəl dövlət yaratmasında,
daha sonra mənəvi dəyərlərimizi
uca tutmasında görür. Rektor filologiya və
tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllifin Ulu Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, Onun
xüsusilə Azərbaycan
ədəbiyyatı, mədəniyyəti
və incəsənətinin
tanıdılmasında xidmətlərinə
zəngin erudisiya ilə yanaşmasını xüsusi qeyd edib.
Elm və
innovasiyalar üzrə
prorektor, professor Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında böyük
xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə
müəllifin dərindən
bələd olduğunu
qeyd edib. O, “Missiya” kitabında
Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə edilməsini,
milli ruhun yüksəlişinin, xalqımızın
illərdən bəri
qəlbində yaşatdığı
milli dövlətçilik
ideyasının milli azadlıq mübarizəsində
əsas hərəkətverici
qüvvəyə çevrilməsində
mühüm zəmin olması qənaətini müəllifin yüksək
elmi potensialı və erudisiyası kimi qiymətləndirib.
Professor Himalay
Qasımov çıxışında
Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının
inkişafı ilə
bağlı fəaliyyətinə
Mahirə Hüseynovanın
elmi-metodoloji yanaşmasına
münasibət bildirib.
Himalay Qasımov qeyd edib ki, dünya
türklərinin lideri
sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla
kifayətlənməyib, müasir
türk xalqlarını
yaxınlaşdırmaq, onların
arasında mənəvi,
mədəni, iqtisadi bağlılığı daha
da dərinləşdirmək
üçün çox
işlər görüb.
Bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan
Respublikasının Prezidenti
olduğu dövrdə
də ana dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə
xüsusi önəm verməsi əsərin yüksək məziyyətlərindən sayılır.
Tədbirdə professorlar Zahid
Xəlil, Yaqub Babayev, Elman Quliyev, dosentlər Nazilə Abdullazadə, Bilal Həsənli çıxış edərək
Ulu Öndər Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin
araşdırılmasına, hərtərəfli öyrənilməsinə,
siyasi-ictimai fəaliyyətinin
ayrı-ayrı məqamlarının işıqlandırılmasına
ehtiyac olduğunu bildiriblər. Vurğulanıb
ki, Mahirə Hüseynovanın “Missiya” kitabı Ümummilli Liderin şəxsiyyəti
və ruhu qarşısında fədakar
xidmətin bariz nümunəsidir.
Mahirə Hüseynova tədbir
iştirakçılarına və kitabın ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə minnətdarlığını bildirib, Ulu Öndərin
şəxsiyyətinə mənəvi
borcun və ehtiramın bariz nümunəsi olan bu kitabın faydalı olacağına inandığını vurğulayıb.
Sonda tədbir
iştirakçılarına müəllifin imzası ilə “Missiya” kitabı hədiyyə edilib.
Yeni Azərbaycan.-
2020.- 15 yanvar.- S.6