Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə dair konfrans keçirilib

 

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, elmi konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa QasımlıAzərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq vəziyyətimövzusunda çıxış edib. O, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasının bu gün dayanıqlı inkişaf yolunda inamla addımladığını vurğulayıb.

Bildirilib ki, bu konfrans Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən reallaşdırılan tədbirlərdən biridir. Alim Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, diplomatik uğurlarından danışıb. O, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında iştirakı ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.

Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin ƏhmədovMüasir geosiyasi şəraitdə Azərbaycanın diplomatik uğurlarımövzusunda məruzəsində Cümhuriyyətin 100 illik yubileyinin artıq iki ildir ki, yüksək səviyyədə qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil Azərbaycanın təməlini qoya bilib. Bu gün Azərbaycan müstəqil daxili xarici siyasət yürütməklə mürəkkəb geosiyasi vəziyyətdə sabitliyini qoruyub saxlayır.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə ƏhmədovaAzərbaycan nümayəndə heyətinin Avropadakı fəaliyyətimövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Paris Sülh Konfransının qərarından sonra Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradılmış, ikitərəfli çoxtərəfli müqavilələr, sazişlər bağlanmışdı. F.Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin bütün dünyada tanıdılmasında Əlimərdan bəy Topçubaşovun xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.

Sonra Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Afət SəfərovaAzərbaycanın istiqlaliyyətinin tanınmasında Əlimərdan bəy Topçubaşovun roluadlı məruzə ilə çıxış edib. O, Əlimərdan bəy Topçubaşovun Cümhuriyyət Parlamentinin ilk sədri kimi diplomatiya tariximizdə müstəsna xidmətlərindən danışıb.

Yeni Azərbaycan.- 2020.- 15 yanvar.- S.6