Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib

 

Romada Azərbaycan Respublikası İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7 faiz artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib 10,5 faizlik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb.

Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son 2 ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb: “Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin 90 faizdən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş rəqabətədavamlı enerji ilə təminat, eləcə dekarbonizasiya kimi məsələlərin həllinə töhfə veriləcək”.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın şaxələndirilməsi biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində görülən tədbirlərdən bəhs edib. İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.

İtaliyanın Xarici İşlər Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilməsinə yeni istiqamətlər üzrə əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi enerji sahələrində İtaliyanın regionda diqqət yetirdiyi vacib ölkələrdən biridir.

İclasda ticarət-iqtisadi, enerji, infrastruktur-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib. AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları nəzərdən keçirilib.

Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov İtaliyanın Xarici İşlər Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində P.Şahbazov İtaliyanın Xarici İşlər Beynəlxalq Əməkdaşlıq naziri Luici di Maio, İqtisadi İnkişaf naziri Stefano Patuanelli Xarici İşlər Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano ilə görüşüb. Görüşlərdə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları müzakirə edilib, siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, Cənub Qaz Dəhlizi onun tərkib hissəsi olan TAP layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-İtaliya ticarət iqtisadi tərəfdaşlığının, xüsusilə enerji sahəsində strateji xarakter daşıdığı, hökumətlərarası komissiyanın iclasının keçirilən görüşlərin bu münasibətləri möhkəmləndirən mühüm addımların atılmasını təmin edəcəyi qeyd olunub.

Energetika naziri, həmçinin İtaliyanınMaire Tecnimont”, “Ansaldo Energia”, “TenarisTechnip İtaly daxil olmaqla 8 şirkətinin rəhbərləri ilə görüşlər keçirib.

 

Yeni Azərbaycan.- 2020.- 16 yanvar.- S.5