Ölkə rəhbərliyinin
Dövlət Miqrasiya Xidmətinin qarşısına
qoyduğu tapşırıqlar
vaxtında və uğurla yerinə yetirilib
Yanvarın 15-də Dövlət Miqrasiya Xidmətinin mərkəzi
aparatında kütləvi
informasiya vasitələri
və qeyri-hökumət
təşkilatları nümayəndələrinin
iştirakı ilə
2019-cu ilin yekunlarına
həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya sahəsində görülən
işlər, əldə
olunan nəticələr
və statistik rəqəmlər barədə
ətraflı məlumat
verib.
Bildirib ki, ölkə
rəhbərliyi tərəfindən
Dövlət Miqrasiya Xidmətinin qarşısına
qoyulan tapşırıqlar
ötən il də vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və
vətəndaş məmnunluğunun
artırılması, qanunvericiliyin
təkmilləşdirilməsi, daha da sadələşdirilməsi,
əcnəbilərin öz
hüquqlarından səmərəli
istifadəsinə şərait
yaradılması, ölkədə
miqrasiya proseslərinin
idarə edilməsində
innovasiyaların tətbiqi
istiqamətində mühüm
tədbirlər həyata
keçirilib, yeni sosial layihələr reallaşdırılıb.
Ötən il
görülmüş işlərlə
bağlı statistik məlumatları açıqlayan
Vüsal Hüseynov bildirib ki, ümumilikdə
Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərdə artım
dinamikası müşahidə
olunur. Belə ki, 2018-ci ilin
müvafiq dövrü
ilə müqayisədə
2019-cu ildə ölkəyə
daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti
yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə
edilib.
Bundan başqa, ötən
il qaçqın statusu almaq üçün
DMX-yə müraciət
edənlərin sayında
7 faiz artım qeydə alınıb. Əcnəbilərin ölkədə
qanuni olmaları və yaşamaları üçün yaradılmış
şərait, o cümlədən
miqrasiya məsələləri
ilə bağlı aparılan məlumatlandırma işləri
nəticəsində keçən
il Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya
qanunvericiliyinin tələblərinin
pozulması ilə bağlı qəbul edilmiş qərarlar 23 faiz azalıb.
Xidmət rəisi
deyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da proritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları
Məktəbi, “Miqrasiya
könüllüləri” İctimai
Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və
təcrübə qazanmalarına
töhfə verib. Həmçinin gənclərə
Xidmətin müvafiq struktur bölmələrində
təcrübə keçmək
imkanı yaradılıb.
Diqqətə çatdırılıb ki,
2019-cu ildən fasiləsiz
iş rejiminə keçən Çağrı
Mərkəzi həftənin
hər günü 24 saat ərzində vətəndaşların zənglərini
qəbul edir. Bu müddət ərzində zənglərin
sayı 110 min 268 olub. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində
görülən işlərin
nəticəsi olaraq,
“ASAN xidmət indeksi”ni
təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına
görə Dövlət
Miqrasiya Xidməti son iki ildə
ən yüksək nəticə (müvafiq olaraq 68,98 və 83,81 faiz) göstərib
və ilk sırada yer alıb.
Vurğulanıb ki, 2014-cü ildən indiyədək 1445 nəfər
Avropa ölkələrindən
Azərbaycana geri qaytarılıb. Ölkəyə
qaytarılan azərbaycanlıların
böyük əksəriyyəti
Almaniyada yaşayıb.
Readmissiya olunan şəxslərdən Avstriya,
Fransa, İsveç, Belçika kimi Avropa ölkələrində
yaşayan azərbaycanlılar
da olub. Bu günə olan məlumata görə, 1323 nəfərin
readmissiyası ilə
bağlı sorğular
daxil olub. Bu sorğular müsbət cavablandırılıb,
lakin həmin şəxslərin geri qaytarılması reallaşmayıb.
Ancaq onların da geri qaytarılması
gözlənilir. Şəxslər
qaytarıldığı təqdirdə
Dövlət Miqrasiya Xidməti tərəfindən
şəxslərin vəziyyəti,
orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya üzrə işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların
nümayəndələri təmsil
olunur. Biz bu çərçivədə
DMX-də fəaliyyət
göstərən reinteqrasiya
üzrə işçi
qrupu tərəfindən
57-58 şəxsin ehtiyaclarını
həyata keçirmişik.
V.Hüseynov qeyd edib ki,
ötən il Azərbaycanda qanuni əsaslarla olan və yaşayanların sayı 232 min 692 nəfər olub. Bunlardan 97 min 293 nəfəri qeydiyyata alınmaqla ölkədə
15 gündən artıq
yaşayanlar, 135 min
399 nəfəri turizm
və digər məqsədlərlə ölkəyə
15 gündən az müddətdə gələnlərdir.
O bildirib ki,
2019-cu ildə 97 min
293 nəfər qeydiyyata
alınmaqla ölkədə
olan və ya müvafiq sənəd əsasında
yaşayanlardır. 2018-ci illə
müqayisədə bu
rəqəmdə 12 faiz
artım müşahidə
olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan
əcnəbilərin sayı
4681 nəfər olub.
Bu da 2018-ci illə müqayisədə
31 faiz (6748) azalma deməkdir.
Ötən il
Azərbaycanda miqrasiya
qanunvericiliyinin tələblərini
pozan əcnəbilərin
sayı 14 min 834 olub. Bu da
əvvəlki illə
müqayisədə 23 faiz
azalma deməkdir.
Xidmət rəisi
onu da bildirib
ki, DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində
2019-cu il ərzində
1237 əcnəbi saxlanılıb.
Bu, 2018-ci illə müqayisədə 30 faiz
(1781) azalma deməkdir.
Mərkəzdə saxlanılan
əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır.
Vüsal Hüseynov
onu da vurğulayıb
ki, ölkəmizdə
qaçqın statusu əsasında yaşayan əcnəbi vətəndaşlara
“Yol sənədi”nin verilməsinə hazırlıq
prosesi tam yekunlaşdırılıb. “Yol
sənədi” və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə
qaçqın statusu əsasında yaşayan əcnəbilərə bu
sənədlərin verilməsi
təmin ediləcək.
Bununla bağlı tədbir də nəzərdə tutulub. Ölkəmizdə bu statusda yaşayan əcnəbilər “Yol sənədi” əsasında
digər ölkələrə
də səfər edə biləcəklər.
Xidmət rəisi
qarşıda görüləcək
işlər barədə
də ətraflı məlumat verib və sonda media
nümayəndələrinin suallarını cavablandırıb.
Yeni Azərbaycan.-
2020.- 16 yanvar.- S.5.