Şəhidlər unudulmurlayihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığıŞəhidlər unudulmurlayihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin qaziləri iştirakçıları, şəhid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim şagirdləri iştirak ediblər.

Aprel döyüşçülərinin qazi iştirakçılarının - Tahir Misirxanov, Üzeyir Nəcəfov, Cavad Cavadov, Ağakişi Əlizadə, Mübariz Məmmədovun məktəblilərin görüşünə gəlmələri şagirdlərin böyük marağına səbəb olub.

Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədiləŞəhidlər unudulmurlayihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı genişmiqyaslı aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin dörd sinif otağına şəhidlərimizin adları verilib.

Sonra Aprel döyüşlərinin iştirakçıları məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.

Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının vətənpərvər olmalarının vacibliyini qeyd edib. Fərqanə Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.

Şəhid Vüqar Süleymanovun atası Natiq Süleymanov, Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova şəhidlərimizin qəhrəmanlıqları, Vətəni canlarından da çox sevmələri barədə məlumat verib, onların şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını deyiblər. Onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sinif rəhbərləri Hüsniyə İsmayılova, Nazimə Şahverdiyeva, Aida Şahbazova, Təranə Heydərova bu təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını bildiriblər.

Sonra məktəb-liseyin kitabxanasında 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlıŞəhidlər ölmüradlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əl işlərindən ibarətAzadlığa gedən yolun zirvəsiadlı sərgiyə şagirdlərin uğurlarını əks etdirən fotolardan ibarət stendlərə baxıblar.

20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində çıxış edən direktor Fərqanə Abbasova nümunəvi vətəndaşın yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Direktor diqqətə çatdırıb ki, 72 nömrəli-məktəb liseyə adı verilən Fikrət Tağıyev 20 Yanvar şəhididir. Bu il 90 illiyini qeyd edən məktəb-liseydə xalqımızın azadlığı suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla yad olunur. Azərbaycanın hərb tarixində mühüm yer tutan şanlı Aprel döyüşlərinin qazi iştirakçılarının bu tədbirə qatılmaları məktəblilərin hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəlməsində önəmli rol oynayır.

Sonra məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

Sonda şagirdlərƏsgərə məktublayihəsi çərçivəsində Azərbaycan əsgərinə məktublar yazıblar.

 

Yeni Azərbaycan.- 2020.- 17 yanvar.- S.8