Ombudsman Türkiyənin ədliyyə naziri ilə görüşüb

 

Türkiyəyə səfəri çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül ilə görüş keçirib.

 

Ombudsman Aparatından APA-ya bildirilib ki, iki ölkə arasında dostluq qardaşlığa söykənən münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edən Abdulhamit Gül, həmçinin insan hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Ombudsman Səbinə Əliyeva Prezident İlham ƏliyevinPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsibarədə sərəncamının mahiyyəti əhəmiyyətindən danışıb.

 

Azərbaycan Ombudsmanı 2021-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv sərəncamı iləAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqındaKonstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayalar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər digər məhkumların əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.

 

Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

 

Yeni Azərbaycan.- 2021.- 9 aprel.- S.3.