Ulu Öndər Heydər ƏliyevYeni Azərbaycan”a həmişə böyük qayğı ilə yanaşırdı

 

Quş qanadlı illər tez keçdi. Artıq sevimliYeni Azərbaycanqəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 28 il ötür. Belə əlamətdar tarix ərəfəsində o günlərə qısa ekskurs etmək yerinə düşər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi bu tarixdən etibarən partiyamız Ulu Öndər Heydər Əliyevin liderliyi ilə siyasi fəaliyyət meydanına daxil oldu. O dövrdə müxalifətdə olan YAP-ın ayrıca nəşri yox idi bu da yeni yaradılan partiyanın fəaliyyətinin təbliğində bir boşluq yaradırdı. Yaxşı xatırlayıram, təsis konfransından sonra Heydər Əliyev Bakıya gəlmişdi partiya üzvləri ilə görüş keçirirdi. Görüşün sonunda partiyanın qəzetinin yaradılması barədə müzakirələr oldu. Aparılan müzakirələr nəticəsində qəzetinYeni Azərbaycanadlandırılması ilə bağlı razılığa gəlindi. Bir qədər sonra - 1993-cü il martın 26-da bir qrup partiya fəalı ilə Naxçıvanda Heydər Əliyevin yanında olarkən Ulu Öndər məni qəzetin baş redaktoru təyin etdiyini bildirdi. Ulu Öndər Özünün dəyərli tövsiyələrini verdi, həmçinin qəzetin nəşrini təşkil etməyi, Nizamnaməsini hazırlamağı tapşırdı, sonra da əlavə etdi ki, aprelin 10-dək qəzetin ilk sayı işıq üzü görməlidir. Mən yerinin, kollektivin, maddi-texniki bazanın olmadığını dilə gətirib bunun mümkünsüz olduğunu əsaslandırmaq istəyəndə Ulu Öndər elə belə dedi: “Xeyrəddin Qoca, bürokrat olma, get, qəzeti burax!”.

 

Bakıya qayıdandan sonra ciddi işə başladıq, partiyanın dəstəyi ilə qəzetin Nizamnaməsini hazırladıq, ilk nömrədə yer alacaq materialları müəyyənləşdirdik. Beləliklə, 1993-cü il aprelin 10-da - Ulu Öndərimizin dediyi gündəYeni Azərbaycan”ın ilk sayı çap olundu.

 

Yeni Azərbaycan”ın ilk sayında Ulu Öndərin təbrikini dərc etmişdik. Baş redaktor kimi mənim sevincimin həddi-hüdudu yox idi. Artıq mən Ulu Öndərimizin parlaq ideyalarını təbliğ etmək üçün qadağasız-filansız bir tribuna qazanmışdım. Əlbəttə, o dövrdə qəzet buraxmağın özünəməxsus çətinlikləri var idi - gizlədim, bəzən kağız qıtlığına, maddi vəsait çatışmazlığına görə qəzetin çapının dövrəliliyi pozulurdu. Ancaq Heydər Əliyev tez maraqlanıb lazımi kömək göstərirdi. Onun nəzərindən heç yayınmırdı. O, “Yeni Azərbaycan”ın kollektivinə böyük qayğı ilə yanaşırdı.

 

Ötən 28 ildəYeni Azərbaycan” YAP-ın etibarlı ruporu kimi uğurla fəaliyyət göstərib ətrafında geniş auditoriya toplamağı bacarıb. Tam yəqinliklə deyə bilərik ki, 28 il ərzindəYeni Azərbaycan”ın özünəməxsus siması formalaşıb qəzet bugünkü KİV bolluğunda öz dəsti-xətti ilə seçilir. Qəzetin peşəkar kollektivi Ulu Öndərimizin ideyalarının, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin səmərəli təbliğinə peşəkarlıqla nail olur.

 

Yeni Azərbaycan”ın 28 yaşının tamam olması münasibətilə qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm, onlara öz mübarizələrində yeni-yeni uğurlar arzulayıram. Qələminiz hər zaman kəsərli olsun, dostlar!

 

Xeyrəddin Qoca

Yeni Azərbaycan.- 2021.- 10 aprel.- S.4.