Türk Mədəniyyəti
və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
Türk Mədəniyyəti
və İrsi Fondunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız
və rus dillərində nəşr
olunmuş “Tanrının
səsini eşitmək
istəyirəm” şeir
toplusunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət naziri Anar Kərimov,
Qırğız Respublikasının
mədəniyyət, informasiya
idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev,
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva və
digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimi
açan Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları
salamlayaraq təqdimatı
keçirilən kitabın
məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla
Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada
malik insandır. O, bir tərəfdən gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, digər tərəfdən maraqlı
rəssamdır. Onun bir çox şəkilləri sərgilərdə
nümayiş olunub. Qeyd edilib ki,
Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus
yer tutur. Bunların hamısını
birləşdirsək deyə
bilərik ki, o, incə bir ürəyin
sahibidir və bu, onun şeirlərində
də hiss olunur.
Günay Əfəndiyeva
kitabın Qırğızıstanda
da çap olunduğunu söyləyib.
Bildirib ki, Qırğızıstanda bu
kitabın çap olunması qırğız
oxucusunu müasir Azərbaycan poeziyasının
nümunələri ilə
tanış edir. Fondun da bu
səpkidə fəaliyyəti
iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.
Mədəniyyət naziri Anar Kərimov
çıxışında qeyd edib ki,
Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii
təxəyyülü oxucusunu
duyğulandırır, eyni
zamanda, düşündürür.
Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl
türk xanımının
duyğuları, hissləri,
emosiyası müşahidə
olunur.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə
bu il Azərbaycanda
“Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün
deyil, bütün türkdilli xalqlar da daxil olmaqla,
dünya ədəbi irsi ilə bağlı
mühüm əhəmiyyət
kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam
bədii təxəyyülünün
ən parlaq nümunələrindən hesab
olunur. Qeyd edilib ki, ötən ay Türkiyə Respublikasına
səfər çərçivəsində
həm TÜRKSOY-un Baş qərargahında, həm də İstanbul şəhərində
dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində,
xüsusən də beynəlxalq təşkilatlar
çərçivəsində bu cür tədbirlərin
təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin
təbliği baxımından
müstəsna əhəmiyyət
daşıyır.
“Türk xalqlarının
ortaq mədəni-mənəvi
dəyərlərinin qorunub
saxlanması və geniş miqyasda tanıdılması sahəsində
yarandığı vaxtdan
etibarən TÜRKSOY-un
böyük əməyi
olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz
tərəfindən qısa
zaman ərzində türk dünyasının
mədəniyyətini, zəngin
tarixini, milli-mənəvi
dəyərlərini təbliğ
edən müxtəlif
layihələrə imzalar
atıb” - deyə nazir vurğulayıb.
Qırğız Respublikasının Mədəniyyət,
informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib: “Leyla Əliyeva
qələmə aldığı
hər mövzuya özünəməxsus şair
baxışı ilə
yanaşa, predmeti azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə
qarşı həssas
hisslər nümayiş
etdirir, gerçəkliklə
zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri,
dağları, çayları,
gölləri adlayır,
həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva isə bildirib ki, Leyla
Əliyevanın yaradıcılığına
yaxından bələddir:
“Şairlər olduğu
kimi görünməli,
göründüyü kimi
də olan insanlardırlar. “Göründüyün
kimi ol, olduğun kimi görün” düşüncəsi
Leyla Əliyevanın elə şəxsiyyətində
bütövləşib. Çünki
şairlərin digər
insanlardan fərqi ondadır ki, hər bir şair
və ya yazıçı öz ağrı-acısı ilə
bərabər başqasının
da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir.
Leyla Əliyevanın yaradıcılığı, onun
ruhu onun əməllərindədir”, - deyə
Q.Paşayeva vurğulayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
(Türk Şurası)
Baş katibinin müavini Sultanbek Raev bildirib ki,
Leyla Əliyevanın
“Tanrının səsini
eşitmək istəyirəm”
şeir toplusunu qırğız dilinə
tanınmış şairlər
tərcümə edib:
“İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində
uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.
Sonra Türkdilli
Ölkələrin Parlament
Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Əli Yıldız, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid çıxış edərək
kitabla bağlı fikirlərini bölüşüblər.
Sonda tədbirin
bədii hissəsində
Xalq artisti Mehriban Zəkinin və Qırğızıstan
Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının
səsini eşitmək
istəyirəm” kitabından
şeirlər səsləndirilib.
Yeni Azərbaycan.- 2021.-
13 aprel.- S.6.