“COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir

 

 

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ardıcıl və məqsədyönlü mübarizə davam etdirilir. Paralel olaraq bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.

Qeyd edək ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.

Məsələ ilə bağlı akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında bildirib ki, COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir.

 

 

 

Mütəxəssisin sözlərinə görə, vaksinasiya olunmadıqda koronavirus infeksiyası ilə yoluxma zamanı xəstəlik ağırgedişli olur, eləcə ölümə səbəb ola bilir: “İlk növbədə, həkim olaraq vaksinasiya prosesinə münasibətim çox müsbətdir. Bildirmək istərdim ki, tarixən müxtəlif infeksion xəstəliklərdən qorunmaq məqsədilə müxtəlif vaksinlər tətbiq olunub hazırda da tətbiq olunmaqdadır. Çox sevindirici haldır ki, dünya alimlərinin səyi nəticəsində COVID-19 əleyhinə vaksinlər qısa zaman ərzində hazırlandı dünya əhalisinə uğurla tətbiq olunmağa başladı.

Bəzi etibarlı olmayan mənbələrdən daxil olan məlumatlara vətəndaşlarımız inanmasınlar. Çünki bu cür mənbələrdən yayımlanan məlumatlar əhalidə vaksinasiya barədə çaşqınlıqlar yaradır. Vaksinasiya olmaqla biz yalnız özümüzü deyil, eləcə ailəmizi, doğmalarımızı digər insanları da bu infeksiyaya yoluxmaqdan qorumuş oluruq. Çünki vaksinasiya olunmadıqda koronavirus infeksiyası ilə yoluxma zamanı xəstəlik ağırgedişli olur, müxtəlif tromboembolik ürək-damar ağırlaşmlarına, eləcə ölümə səbəb ola bilir. Ona görə dəyərli vətəndaşalarımıza müraciət edərək hər kəsi vaksinasiya olunmağa çağırıram, xüsusən risk qrupu altında olan pasientlərin vaksinasiyaya cəlb olunması çox əhəmiyyətlidir”.

Son dönəmlərdə qeydiyyatdan keçmiş bəzi vaksinlərlə aparılan tədqiqatların nəticələri göstərdi ki, bu vaksinlər koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaqda çox effektivdir. Məhz bu vaksinlərdən biri CoronaVACvaksinidir. Bu vaksin COVID-19-dan etibarlı qorunmanı təmin etməklə yanaşı, həm təhlükəsizlik nəticələrinə görə digər vaksinlərlə müqayisədə, çox az sayda əhəmiyyətli olmayan əlavə təsirlərə malikdir. Peyvəndlənməyə 2 cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.CoronaVACvaksini inaktiv vaksindir. Bütün məlum olan vaksinlər kimi, “CoronaVACda iki dozada vurulur. “CoronaVACvaksini hazırda təkcə Azərbaycanda deyil, eləcə qardaş ölkə Türkiyədə, Braziliyada, Çilidə digər ölkələrdə kütləvi şəkildə uğurla tətbiq olunmaqdadır”, - deyə professor vurğulayıb.

 

 

MÜŞFİQƏ

 Yeni Azərbaycan.- 2021.- 13 aprel.- S.-8.