Adil Əliyev: Əməkdaşlıq və
inkişaf əsas prioritetimizdir
İşğal altında olan ərazilərimiz hər zaman yerli və
xarici gündəliklərimizdə
əsas yer tutan məsələlərdən
biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət ərzində
davam edən özbaşınalıqları, habelə işğalla yanaşı, müxtəlif
vaxtlarda həyata keçirdiyi təxribatlar
barədə həqiqətlərin
dünyaya çatdırılması
daim bizim üçün prioritet məsələ olub.
Prezident İlham Əliyev
aprelin 13-də ADA Universitetində
keçirilən “Cənubi
Qafqaza yeni baxış: münaqişədən
sonra inkişaf və əməkdaşlıq”
adlı beynəlxalq konfransda çıxışında
Vətən müharibəsində
Ermənistan tərəfinin
Azərbaycanın mülki
əhalisinə qarşı
həyata keçirdiyi
hücumlarına diqqət
çəkərək, bununla
düşmən dövlətin
beynəlxalq humanitar hüququn tələbləri
pozduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə
çatdırdı.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Sədr müavini diqqətə
çatdırıb ki,
Ermənistan tərəfinin
müharibə dövründə
mülki əhalimizin yaşadığı və
cəbhə xəttindən
uzaqda yerləşən
yaşayış məntəqələrimizi
ağır silahlardan atəşə tutması,
Gəncə şəhərinə
ballistik raketlərin atılması Ermənistanın
əsl simasını dünyaya bir daha nümayiş
etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı
qəddarcasına istifadə
edilməsi Ermənistanın
təcavüzkar xislətinin
bariz nümunəsidir.
Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər
idi, atışların
gecə vaxtı həyata keçirilməsinin
məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi: “Lakin, buna
baxmayaraq, şanlı
Azərbaycan Ordusu tərəfindən Hadrutda
ermənilər tərəfindən
yaşlı olduqları
üçün özləri
ilə aparmadıqları
qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq
Qırmızı Xaç
və Qızıl Aypara Cəmiyyətinə
müraciət edərək
onların öz ölkələrinə qaytarılmasını
təmin edib. Ermənistan silahlı qüvvələri hətta
yas mərasiminə belə hücum etməkdən çəkinməyib.
Onların istifadə etdiyi “İsgəndər-M”
raketi ilə bağlı məsələ
isə hazırda da gündəmdədir. Azərbaycan dövləti
olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik”.
Adil Əliyev
bildirib ki, Ermənistan müharibədə
məğlubiyyətə uğrayıb,
çoxlu itkilər verib və bu
gün də bu ölkədə qeyri-sabit, acınacaqlı
vəziyyət hökm
sürür. Ermənistan
tərəfi artıq
anlamalıdır ki, Azərbaycanın dəmir
yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti
özlərinin süqutu
ilə nəticələnəcək:
“Azərbaycanın Vətən
müharibəsində qazandığı
tarixi qələbədən
sonra bizim əsas amalımız sülhün dəstəklənməsi
məqsədilə konstruktiv
mövqeyin nümayiş
etdirilməsidir. Azərbaycanlılar
və ermənilər
arasında münasibətlərin
qurulması qarşılıqlı
istəkdən və siyasətçilərin müdrikliyindən
asılıdır. Eyni zamanda,
müharibədən sonra
biz əməkdaşlığın
və sülhün tərəfində olmağımızı
bir daha diqqətə çatdıraraq,
yalnız Ermənistanla
deyil, digər ölkələrlə münasibətlərin
müsbət dinamikada
inkişafının zəruriliyini
bildirmişik. Ermənistan
tərəfi də bu əməkdaşlıqda
maraqlı olduğunu nümayiş etdirməli və buna səy
göstərməlidir. Lakin
Ermənistan müharibədə
uğradığı məğlubiyyəti
həzm edə bilməyərək öz
aqressiv hərəkətlərini
davam etdirir”.
Milli Məclis sədrinin
müavini xüsusilə
vurğulayıb ki, Ermənistanın inkişaf
və əməkdaşlığa
nail olmaq üçün yeganə
yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı
iddialardan birdəfəlik
əl çəkmək,
bu iki dövlətin
liderliyi ilə regionda həyata keçirilən nəqliyyat,
enerji və digər layihələrdə
iştirak etməkdən
ibarətdir.
“Azərbaycan
həmişə regionda
sülhü ən çox arzu edən və əmin-amanlığın daim
bərqərar olmasına
çalışan dövlət
olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa
töhfə verib və verməkdədir”, -
deyə Adil Əliyev bildirib.
Yeni Azərbaycan.-
2021.- 15 aprel.- S.4.