Azərbaycan multikulturalizminin elmi-fəlsəfi ictimai-publisistik qaynaqlarıkitabı təqdim olunub

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi ictimai-publisistik qaynaqlarıkitabının onlayn təqdimatını keçirib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutub.

Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, kitabınÖn söz”ündə qeyd edildiyi kimi, müasir dünyada hər bir xalqın mədəniyyətində multikulturalizmin iki fəlsəfi mənası var: biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir. Azərbaycanın mədəni müxtəlifliyi azərbaycançılıq ideologiyası əsasında formalaşıb. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət komponentlərini özündə ehtiva edir. Ümummilli lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlifliyin əsaslarını xüsusi vurğulayıb. Cəmiyyətimizdə, eləcə beynəlxalq aləmdə multikulturalizmə marağın artması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2011-ci ildən Bakıda keçirilən artıq ümumdünya ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, 2008-ci ildə əsası qoyulanBakı Prosesi digər mötəbər beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir. Bu forumların təşkilində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolu var.

Kitabın həmmüəllifləri - İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu çıxışlarında müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq zorakılıq kimi ziddiyyətlərin həllinin daha çox aktuallıq kəsb etdiyini vurğulayaraq yaxın gələcəkdə bu məsələlərin aktual olaraq qalacağını qeyd ediblər. Bu baxımdan multikulturalizm siyasətinin davam etdirilməsinin müasir cəmiyyətlərdə mədəni inteqrasiyanın mədəni dəyərlərin necə yönləndiriləcəyi baxımından xüsusi önəm daşıdığı vurğulanıb.

Daha sonra Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, “SamurLəzgi milli mərkəzinin rəhbəri İmran Rzayev, Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili, Azərbaycan-Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko Azərbaycan Dillər Universitetinin magistri Kəmalə Həsənova çıxış edərək, müasir dövrdə hər bir toplumun mədəniyyətinin göstəricisi kimi müxtəlifliyin təkzibedilməz fakt kimi qəbul edildiyini bildiriblər. Çıxışçılar vurğulayıblar ki, Azərbaycan müxtəlif etnosların, konfessiyaların tarixən birgə yaşadıqları məkandır. Bu gün ölkəmiz tolerant dəyərlərə üstünlük verir mədəni müxtəlifliyin yaşandığı yer kimi dünyaya səs salıb.

Qeyd edək ki, “Azərbaycan multikulturalizminin qaynaqlarıseriyasından ikinci olan kitabın baş elmi redaktoru akademik Kamal Abdulla, tərtibçilər - fəlsəfə elmləri doktorları İlham Məmmədzadə, Sakit Hüseynov, Aydın Əlizadə, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Əhməd Qəşəmoğlu, Rəşad İlyasov, Elsevər Səmədov, ilahiyyat üzrə fəlsəfə doktorları Aqil Şirinov, Əli Fərhadov, rəyçi - professor Kamran İmanov, nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasov, redaktor Tahir Kazımlıdır.

 

 Yeni Azərbaycan.- 2021.- 15 aprel.- S.4.