Ulu Öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs gələcəyimizin,
inkişafımızın və
tərəqqimizin qarantıdır
Hər il
xalqımız möhtəşəm
tarixi hadisəni - Ümummilli Lider Heydər Əliyevin doğum gününü böyük ehtiramla qeyd edir. Ulu Öndərin
parlaq şəxsiyyəti
ilə bağlı ən müxtəlif fikir və mülahizələr,
xoş xatirələr
sonda bir nöqtədə birləşir:
Ümummilli Lider Heydər Əliyev həyatını istisnasız
olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız
xalqa xidmət etməyə həsr etmişdir!
Bu böyük
insan haqqında deyilən sözlər, söylənilən fikirlər
ifadə üslubuna görə fərqlənsə
də, məzmunu ilə Heydər Əliyev şəxsiyyətinin
dahiliyini ən müxtəlif tərəflərdən
ifadə edir. Onun böyüklüyünü
hər birimiz illər keçdikcə daha dərindən dərk edirik. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini
dünyaya tanıtdı.
Bu mövzuda söhbət düşəndə
deyirdi ki, dil də, tarix
də, mədəniyyət
də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün
onun dilini, tarixini, eləcə də mədəniyyətini
əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində
olan Azərbaycanın
1978-ci ildə qəbul
olunan Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər
Əliyevin dilinə, dininə və milli dəyərlərinə
bağlılığının parlaq təzahürüdür.
Görkəmli şəxsiyyətin hələ Sovet Azərbaycanına rəhbərlik
etdiyi dövrlərdə
həyata keçirdiyi
çoxşaxəli fəaliyyəti
xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq,
müstəqillik duyğularının
baş qaldırmasına
gətirib çıxarmışdır.
Taleyinə yalnız qurmaq
və yaratmaq missiyası yazılmış
bu böyük insan 1993-cü ilin iyununda xalqın təkidi ilə xilaskarlıq missiyasını
Öz üzərinə
götürərək müdrikliyi,
uzaqgörənliyi, dəmir
iradəsi sayəsində
Azərbaycanı bir çox bəlalardan xilas etdi. 1993-cü ildə ölkəmizdə
ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkədə
vətəndaş müharibəsinin
qarşısını aldı,
ayrı-ayrı siyasi qüvvələrə və
şəxslərə tabe
olan silahlı birləşmələri ləğv
etdi. Vahid komandanlığa tabe olan ordu
yaratdı. Ulu Öndər tərəfindən
görülən böyük
işlərin, həyata
keçirilən xilaskarlıq
və quruculuq missiyasının məntiqi
nəticəsidir ki, bu gün xalqımız
müstəqil, demokratik
və hüquqi dövlətdə yaşamaq
imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini
təyin etmək üçün bütün
təminatlara, ən başlıcası isə
siyasi və iqtisadi müstəqilliyə
nail olmuşdur. Onun rəhbərliyi ilə həyata keçirilən
müdrik dövlətçilik
siyasəti nəticəsində
Azərbaycanda demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda böyük işlər görülməklə milli
dövlətçilik ənənələrinə
və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.
Ümummilli Lider Heydər
Əliyevin dövlət
idarəçiliyi ilə
əlaqədar keçirdiyi
hər bir tədbir, qəbul etdiyi hər bir qərar, söylədiyi fikirlər
müstəqil dövlətimizin
bu günü və gələcəyi üçün böyük
əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil
dövlətimizin ənənələrinin
yaradıcı və milli dövlətçilik
təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük
şəxsiyyətdir. Azərbaycan
dövlətinin mövcudluğu
Onun adı ilə bağlıdır,
çünki Heydər
Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə
danışmaq qeyri-mümkündür.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bizim
gələcəyimizin, inkişafımızın
və tərəqqimizin
qarantıdır.
Ulu Öndərin hakimiyyəti
dövründə ən
mühüm problemimiz
olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində də
mühüm addımlar
atıldı. Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri
zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək Ermənistanın
işğalçılıq siyasətini dünyaya bəyan etdi. Ulu Öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının
tribunalarından Azərbaycan
həqiqətlərini, Dağlıq
Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdıraraq
erməni yalanlarını
faktlarla ifşa edirdi. Xalqımızın
bu taleyüklü ağır problemi Onun Özü qədər inandığı
davamçısı Prezidentimiz
İlham Əliyev tərəfindən həll
olundu. Azərbaycan tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı
soyqırımı zamanı
həlak olan günahsız insanların
qisasını döyüş
meydanında aldı, işğalçı Ermənistana
layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə
yaşadan isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və güclü ordumuz oldu.
İndi Azərbaycan
vətəndaşı öz
sabahından narahat olmaya bilər. Heydər Əliyevin ölkəyə sabitlik və rifah gətirən
siyasi kursu hələ uzun illər davam edəcəkdir. Azərbaycanın
gələcək inkişafına
əminlik, həm də Prezident İlham Əliyevin siyasi keyfiyyətlərinə,
xarizmasına inamdan, ümumxalq etimadından irəli gəlir. Qarşıda duran dövr
tarixi-siyasi məzmununa
görə əvvəlkilərdən
xeyli dərəcədə
fərqlənir və
bu da təsadüfi
deyil. Çünki artıq Azərbaycan tamamilə yeni bir mərhələyə
qədəm qoymuşdur:
dövlət quruculuğu
prosesi uğurla başa çatdırılıb,
iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər var, demokratikləşmənin müsbət
nəticələri göz
qabağındadır və
bütün bunlarla bərabər, beynəlxalq
münasibətlər sistemində
respublikamızın mövqeləri
nəzərə çarpacaq
səviyyədə möhkəmlənmişdir.
Ulu Öndər
Heydər Əliyev şərəfli həyat
və fəaliyyəti
ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə
şanlı səhifələr
yazmış qədim
bir xalqın rəmzi səviyyəsinə
yüksəlmişdir. Bu
gün qədirbilən
hər bir Azərbaycan vətəndaşının
qəlbində Ulu Öndərin əziz xatirəsi yaşayır. Ulu Öndərin Azərbaycan
xalqı qarşısında
müstəsna xidmətləri,
ölkəmizin müstəqilliyinin
qorunub möhkəmləndirilməsində,
demokratik hüquqi dövlətin qurulmasında
və onun hərtərəfli inkişafında
misilsiz fəaliyyəti
xalqımız tərəfindən
daim fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi böyük məhəbbətlə,
ehtiramla yad edilir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Yeni Azərbaycan.-
2021.- 20 aprel.- S.3.