İbadətə bərabər ziyarət...

 

ya damları dağıdılmış Ağdamda gördüklərim...

İllərdir düşmən işğalında qalmış torpaqlarımızın azad olunması hər bir azərbaycanlını ən ümdə arzusuna - bu torpaqları ziyarət etmək arzusuna qovuşdurdu. Bu mənada, Medianın İnkişafı Agentliyinin aprelin 15-də işğaldan azad edilmiş Ağdam rayonuna yerli jurnalistlər üçün təşkil etdiyi səfər media nümayəndələri üçün həm illərin arzusu, həm erməni vəhşiliklərinin təbliği üçün vacib idi. Qeyd etmək lazımdır ki, 30 ilə yaxın işğal altında qalmış, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, bir güllə atılmadan Azərbaycana təhvil verilmiş Ağdam rayonu düşmən tərəfindən darmadağın edilib. Bu haqda bir az sonra...

Ağdamda canlı mina partlayışını izlədik...

Səfər çərçivəsində ilk olaraq rayonun giriş hissəsində yerləşən Təzəkənd ərazisində ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olduq. Vurğulamaq yerinə düşər ki, mənfur düşmən rayon ərazisinə külli-miqdarda mina basdırıb bu minalanmış ərazilərin xəritələri hələ Azərbaycana təhvil verilməyib. Rayonun minalanmış əraziləri ilə bağlı geniş məlumat verən ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov bildirdi ki, minaaxtaranlar tərəfindən Ağdamda, ümumilikdə 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina partlamamış hərbi sursatlardan təmizlənib. Əməliyyatlar nəticəsində 146 ədəd tank əleyhinə 189 ədəd piyada əleyhinə mina tapılıb. Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Minalardan təmizlənməsi nəzərdə tutulan ilk ərazilər isə Bərdə-Ağdam dəmiryol xətti avtomobil yoludur. Regionda ANAMA-nın 32 əməliyyat heyəti çalışır. Yanvar ayından bu yana aşkarlanan bütün minalar zərərsizləşdirilib. Bu işdə ANAMA-ya Milli Ordunun İstehkam Xidməti qoşunları, o cümlədən Türkiyədən ölkəmizə gəlmiş xüsusi heyət dəstək göstərir. Məlumatlandırmadan sonra səfərdə iştirak edən media nümayəndələri mina partlamasını canlı izləmək imkanı qazandılar.

Xarabalığa çevrilmiş yurd yerləri, əkin sahələri, kəndlər...

Səfər haqqında təəssüratlarımızı bölüşmədən öncə vurğulamaq gərəkir ki, Ağdam rayonu vaxtilə Azərbaycanın ən abad, inkişaf etmiş, hətta deyərdim ki, sənayenin inkişafı baxımından ən öndə gedən regionlarından sayılıb. Bu gün isə Təzəkənddən üzü Ağdama yol aldıqca bizləri tamamilə fərqli bir mənzərə müşayiət edir. Xarabalığa çevrilmiş yurd yerləri, əkin sahələri, kəndlər, yollar, hətta qəbiristanlıqlar. Bəli, erməni vəhşiliyi qəbiristanlıqlarımızdan da yan keçməyib. Yolüstü, Ağdamın girəcəyində ikinci Şəhidlər xiyabanında dayanırıq. Burada bir qəbir var, bir iz. Yol bələdçimiz, Ağdama gələn hər kəsə Ağdamı ev-ev, küçə-küçə anladan, göstərən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının aparat rəhbəri Zülfü Qasımov bildirdi ki, Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş Ağdam rayonunda birinci Şəhidlər xiyabanı dolduqdan sonra, qəhrəman övladlarımız məhz bu yerdə - ikinci Şəhidlər xiyabanında dəfn etmək qərarı verilib. Qəbirlərimizə qarşı belə nifrətlə davranan vəhşi ermənilər isə bu qəbirləri söküb-dağıdıb, təhqir ediblər. Birinci Şəhidlər xiyabanında da mənzərə eynidir. Sonradan bəzi qəbirlərin yeri təxmini müəyyənləşdirilsə , orada uyuyan yüzlərlə, bəlkə minlərlə insanın son mənzili erməni vəhşiliyinin qurbanına çevrilib.

Abad küçələri daş yığını, xarabalıq otları əvəz edir...

Qeyd etmək lazımdır ki, təhlükəsizliyin təmini üçün rayona gələn qonaqlar, ziyarətçilər qoyulan qadağalara riayət etməlidirlər. Zülfü müəllim bizi hər dayanacaqda bir daha xəbərdar edir, təhlükəli ərazilərə keçməməyi, yoldan kənara çıxmamağı məsləhət görürdü. Vurğulayım ki, yolboyu uzanan ərazilərdə ermənilərin vaxtilə tikdikləri müşahidə məntəqələri, müəyyən məsafələrlə quraşdırılmış istehkamların qalıqları var. damlı evlərimizdən isə uçuq-sökük divarlar, ot-alaq basmış xarabalıqlar qalıb. Ən sarsıdıcı hal o idi ki, vandal ermənilər günahsız insanlarımızla yanaşı, cansız daşlarımıza, divarlarımıza belə divan tutublar. Rayon xəstəxana kompleksi, Uşaq xəstəxanası, Doğum evi, məktəb binaları, beşmərtəbəli binalar, abad küçələr bu gün yalnız şəkillərdən boylanır. Onların yerində isə daş yığını, xarabalıq otları ağacları boy göstərməkdədir. Azərbaycanın ilk region teatrı olaraq Dram Teatrı adını alan Ağdam rayon Dram Teatrının binası da yerlə-yeksan edilib. Şəhərin mərkəzində olan, vaxtilə göz oxşayan bütün binalar xarabalığa çevrilib. Ağdam məscidinin isə minarələri qalmaqdadır. Düşmən buradan oriyentir kimi istifadə edirmiş. Məscidi ziyarət etdiyimiz zaman Z.Qasımov bildirdi ki, cənab Prezidentimiz Ağdama səfəri zamanı məscidəQurani-Kərimhədiyyə edib. Qalib Ali Baş Komandanın bu hədiyyəsi məsciddə saxlanılır.

Pənahəli xanın türbəsi, sarayı divanxanası da erməni təcavüzünə məruz qalıb...

Qədim tarixə malik Ağdamın orta əsrlərdə mərkəzə çevrilməsi Qarabağ xanlığının bu xanlığın qurucusu Pənahəli xanın adı ilə bağlıdır. Məhz rayonun Ağdam adlandırılması da xanın o dövrdə rayon mərkəzində tikdirdiyi sarayın divanxananın damı ilə əlaqələndirilir. Vurğulamaq lazımdır ki, erməni vəhşiliyi rayonun İmarət adlanan saray-məqbərə kompleksindən eyniadlı rayon stadionundan da yan keçməyib. Məqbərə kompleksindəki Pənahəli xana oğlu İbrahimxəlil xana məxsus türbələr dağıdılıb, xan qızı Natavanın abidəsi isə yerlə-yeksan edilib. Qarağacı qəbiristanlığındakı məzarlar da eyni aqibəti yaşayıb orada da hər addımda erməni vəhşiliyinin izi özünü göstərməkdədir.

Rayonun tarixi abidələrindən sayılan Şahbulaq qala kompleksi erməni vəhşiliyinin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizdəndir. Kompleksi əvvəlcəmuzeyəçevirərək özlərinin yalançıqalibiyyətlərinəşahid tutmağa çalışan ermənilər sonradan orada restoran açıblar. Ağdamın düşməndən azad olunması ilə tarixi abidə kompleksi yenidən öz təyinatına qayıdıb.

Ağdam AZƏRBAYCANDIR!!!

Şükürlər olsun ki, Allah xoşbəxt günləri bizə yenidən yaşatdı. Dövlət başçımıza, Ali Baş Komandana xüsusi minnətdarlıq edirəm. Məhz ölkə rəhbərinin, qəhrəman Ordumuzun rəşadəti sayəsində 30 ildən sonra doğma yurdumuza, boya-başa çatdığımız rayona qayıtmaq bizə nəsib oldu. Dövlətimizin, Prezidentimizin səyi ilə biz qısa müddətdə yenidən Ağdamın köhnə gözəlliyini özünə qaytaracağıq”.

Bu fikirləri yolboyu bizlərlə bir yerdə o ağrı-acını yaşayan Zülfü Qasımov deyir. Bütün jurnalistlər həm Zülfü müəllimə, həm bizi müşayiət edən Medianın İnkişafı Agentliyinin departament rəhbəri Rüstəm Əbülfətoğluna xüsusi minnətdarlıq etdilər. Təbii ki, bu səfər bizə olduqca ağır təəssürat bağışladı. Amma bir təskinliyimiz var: Ağdam AZƏRBAYCANDIR!!!

 

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2021.- 20 aprel.- S.3.