DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub

 

Azərbaycanın dini azlıqların hüquqlarına müxtəlif dini abidələrə bərabər şəkildə yanaşması, ümumiyyətlə, beynəlxalq hüquqa uyğun olaraq öhdəliklərə əməl etməsinə baxmayaraq, Ermənistan tərəfi havadarları saxta məlumatlar tirajlamaqla ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməkdədir.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Türkiyənin TRT Media qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platforması olan https://nex24.news xəbər portalında nəşr olunan məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki, “BBC News” 2021-ci il martın 25-də Azərbaycanın Cəbrayıl şəhərindəErməni kilsəsinin yoxa çıxmasımövzusunda xəbər yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə UNESCO üzrə Ermənistan milli komissiyasının Azərbaycan tərəfindən hər hansımədəniyyət cinayətinintörədilməsi barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl rayonunda kilsəninyoxa çıxmasıilə bağlı iddiaya münaqişə kontekstində yanaşılaraq nəticə çıxarılmalıdır.

İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırıb ki, sözügedənibadətgahErmənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində qeyri-qanuni tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakıibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan 5 il əvvəl işğalçı separatçılar tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş tikili heç bir vəchlə tarixi-mədəni abidə hesab oluna bilməz.

Həmçinin məqalədə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə bitən Vətən müharibəsinin Ermənistanın həyata keçirdiyi vandalizmin, tarixi-dini abidələrə qarşı terrorun tam şəkildə üzə çıxmasına imkan yaratdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfindən müxtəlif ölkə qurumların təmsilçilərinin həmin zonalara səfərlərinin təşkilinə, erməni faşizminin mahiyyətinin törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda aparılan işlərə əngəl olmaq məqsədilə erməni tərəfiMifik hidrokimi tükənməyən dezinformasiyaları yaymaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən - işğal dövründə törətdiyi cinayət əməllərindən yayındırmağa çalışır. Bu baxımdan qarşı tərəfinməbədətrafındakı hay-küyü təsadüfi hesab edilə bilməz.

Məqalədə düşmənimizin Azərbaycanın tarixi əzəli torpaqlarındakı mədəni irsin silinməsi, özgəninkiləşdirilməsi siyasətinə toxunan DQİDK sədri diqqətə çatdırıb ki, Cəbrayıl rayonunda olan 5 tarixi məscid, 50-yə yaxın ziyarətgah onlarla tarixi memarlıq abidəsi ermənilər tərəfindən tamamilə məhv edilib rayon ərazisində ümumiyyətlə, kilsə olmayıb.

Ölkəmizdə dini-mənəvi mühitə qayğı barədə geniş məlumatın əks olunduğu məqalənin sonunda Azərbaycanın mədəni irsini qəsdən hədəfə alan, onu özününküləşdirən, vaxtilə işğalda olmuş bölgələrdə təkcə İslam deyil, həm xristian abidələrinə qarşı vandallıq etmiş, çoxsaylı hərbi cinayətlər törətmiş ölkənin, eləcə bu cinayət əməllərinə göz yuman havadarlarının Azərbaycanı ittiham etmək üçün hər hansı hüquqi, yaxud mənəvi haqqının olmadığı vurğulanıb.

 

 

Yeni Azərbaycan.- 2021.- 21 aprel.- S.5.