Xətai Ələsgər:
Aşıq Ələsgər
irsinin araşdırılması
və tanıdılması
ilə bağlı görülən bütün
işlərə dəstək
olmağa çalışacağıq
Məlum olduğu
kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 18 fevral 2021-ci il tarixdə “Aşıq Ələsgərin 200 illik
yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik
yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb
həyata keçirilməsi
Aşıqlar Birliyinin
təklifləri nəzərə
alınmaqla, Mədəniyyət
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılıb.
Qeyd edək
ki, Aşıq Ələsgərin 200 illiyinin
qeyd edilməsi sənətkarın yaradıcılığı
ilə məşğul
olan tədqiqatçıların,
ələsgərşünasların qarşısında yeni imkanlar açır.
Məsələ ilə bağlı
qəzetimizə açıqlama
verən Aşıq Ələsgərin nəticəsi,
“Dədə Ələsgər
Ocağı” İctimai
Birliyi Təşkilat Komitəsinin sədri Xətai İslam oğlu Ələsgər sözügedən Sərəncamın
mühüm əhəmiyyətə
malik olduğunu deyib: “Cənab Prezidentin imzaladığı
bu Sərəncam ələsgərsevərlərin, aşıq sənətinin
vurğunu olan insanların ürəyincə
olub. Bu addım aşıq sənətinin gələcək
inkişafı üçün
də mühüm töhfədir. Məhz buna görə Prezident İlham Əliyevə bir daha minnətdarlığımızı
çatdırırıq”.
Yubiley ili
çərçivəsində artıq bir sıra tədbirlərin keçirildiyini xatırladan
Xətai Ələsgər
deyib ki, Aşıq Ələsgərin
200 illiyi ilə bağlı mühüm işlərə start verilib: “Martın 30-da Aşıq Ələsgərin
200 illik yubileyinə həsr olunmuş “Göyçədən Türk
dünyasına” adlı
virtual konfrans keçirilib. Mədəniyyət
naziri Anar Kərimov, konfransda iştirak edən müxtəlif qurumların
rəhbərləri, millət
vəkilləri və
alimlər sənətkarın
Azərbaycan mədəniyyətindəki
yeri və mövqeyindən bəhs ediblər. Fikrimcə, Aşıq Ələsgərin
yubileyi ilə bağlı bütün tədbirlər onun həyat və yaradıcılığına yenidən
işıq salacaq, zəngin irsinin gələcək nəsillərə
ötürülməsinə imkan verəcək. Ümumiyyətlə, Aşıq
Ələsgər yaradıcılığında
araşdırılmamış
çox dərin qatlar mövcuddur. Bir məqamı qeyd edim ki,
Aşıq Ələsgər
16 şeir növünə
müraciət edən
nadir söz ustadı olub. Onlardan 4-nün yaradıcısı
onun özü olub. Bunlara dodaqdəyməz
təcnis, dodaqdəyməz
cığalı təcnis,
dodaqdəyməz divani
və dildönməz
aiddir. Bu baxımdan, Dədə Ələsgər yaradıcılığına
dərindən bələd
olduqca onun dilimizin, milli dəyərlərimizin təbliğində
xüsusi rol oynadığını görə
bilərik”.
X.Ələsgər onu da əlavə edib ki, “Dədə Ələsgər Ocağı”
İctimai Birliyi görkəmli sənətkarın
yubileyi ilə bağlı bütün tədbirlərin təşkilində
və keçirilməsində
iştirakı planlaşdırır:
“Əlamətdar yubileyin
qeyd edildiyi 2021-ci ildə Aşıq Ələsgər irsinin araşdırılması
və tanıdılması
ilə bağlı görülən bütün
işlərə dəstək
olmağa çalışacağıq.
Bu zaman əsas məqsəd təkcə Aşıq Ələsgər
yaradıcılığının təbliği deyil, onun təmsilçisi olduğu Göyçə
aşıq məktəbinin
görkəmli nümayəndələrinin
də xalqımıza
yaxından tanıdılması
olacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.- 2021.- 22 aprel.-
S.4.