Hikmət Hacıyev:
İsrail-Azərbaycan münasibətləri
xalqlarımızın dostluğuna
əsaslanır
Türkiyə
Azərbaycana qardaş ölkə, İsrail isə bizim
strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyevin bu fikirləri Şmuel din Elmasın İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində
dərc olunmuş məqaləsində yer alıb.
Müəllif qeyd edir ki,
son bir ildə
İsrail ilə Azərbaycan arasında əlaqələr əhəmiyyətli
dərəcədə genişlənib.
Məqalədə deyilir: “1991-ci ildə
Azərbaycan öz müstəqilliyini elan etdiyi vaxtdan ölkələrimiz arasında
təhlükəsizlik, iqtisadiyyat
və humanitar sahədə əməkdaşlıq
daim yaxşılaşıb.
2020-ci ildə Dağlıq
Qarabağda müharibə
dövründə bu əməkdaşlıq apogeyə
çatıb. Azərbaycan
həmin müharibədə
inandırıcı və
parlaq Qələbə
qazanıb”.
Müəllif yazır: “Hikmət Hacıyev Azərbaycanın
ikinci böyük şəhəri olan, müharibə dövründə
düşmən tərəfindən
atəşə tutulmuş
Gəncədə doğulub.
Müharibə başlananda
Hikmət Hacıyev Gəncənin ermənilər
tərəfindən bombalanmasından
zərər çəkmiş
dinc sakinlərə baş çəkmək,
onların döyüş
ruhunu yüksəltmək
üçün oraya
gedib”.
Hikmət Hacıyev “Israel
HaYom” qəzetinin müxbiri ilə söhbətində İsrailə
və bu ölkənin vətəndaşlarına
hədsiz hörmət
bəslədiyini, rəsmi
Bakının İsrail-Türkiyə
yaxınlaşmasını çox mühüm fakt hesab etdiyini
bildirərək deyib:
“Türkiyə Azərbaycana
qardaş ölkə,
İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər. Əgər tərəflər bu təşəbbüsü qəbul
etsələr, Azərbaycan
onları həmişə
alqışlayacaq”.
Azərbaycan Prezidentinin köməkçisi
qəzetə eksklüziv
müsahibəsində aşağıdakı
bir neçə sualı da cavablandırıb.
- İsrail ilə
Azərbaycan arasında
münasibətlərin unikallığı
nədən ibarətdir?
- Bizim münasibətlərimiz
təkcə sözdə
deyil, əməli işdə də strateji münasibətlərdir.
Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını
xalqlarımız arasında
əlaqə təşkil
edir. İsrail-Azərbaycan
münasibətləri tarixən
səmimi anlaşmaya əsaslanır. Azərbaycan
ilə sabit yaxşı münasibətlər
bütün dünyada
yəhudi xalqının
mənafeyinə uyğundur,
lakin bəzi ölkələr bizim tərəfdaşlığmıza və əməkdaşlığımıza
ziyan vurmağa çalışır.
Bayden administrasiyasının
qondarma erməni soyqırımını tanımaq
barədə qərarı
hazırda azərbaycanlılar
üçün çox
aktual məsələdir.
Bu barədə Hikmət Hacıyevin mövqeyi birmənalıdır.
O deyir: “Bu, tarixi səhvdir, heç nəyi Holokosta bərabər tutmaq olmaz”.
- Siz Vaşinqtondakı
yəhudi lobbisi ilə əlaqə saxlayırsınızmı?
- İsrail ilə
bütün sahələrdə
çox yaxşı münasibətlərimiz var.
Bu münasibətlər
yəhudi və Azərbaycan xalqları arasında dostluğa və harmoniyaya əsaslanır. Bizim üçün lobbi termini yoxdur; dünyanın bütün
başqa yerlərində
olan yəhudilər kimi, ABŞ-da yaşayan yəhudilər də Azərbaycanın dostlarıdır.
ABŞ-da fəaliyyət
göstərən yəhudi
təşkilatları Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında bizə çox kömək edirlər. Bu həqiqət ondan ibarətdir ki, biz regionda
əməkdaşlığın, Cənubi Qafqazda sülhün və sabitliyin yeni parametrlərini qurmağa çalışırıq.
Azərbaycanda müxtəlif mədəniyyətlərin
və müxtəlif dinlərin nümayəndələri
əsrlərboyu dinc yanaşı yaşayıblar.
Biz fəxr edirik ki, bütün
dünyadakı yəhudilər
kimi Azərbaycanda yaşayan yəhudilər də bizə real kömək edirlər.
İsraillilər Azərbaycana gələndə
onlar bizim İsrailə münasibətimizi
görürlər və
siz özünüz də görə bilərsiniz ki, Azərbaycanın hər yerində İsrail bayraqları asılıb.
Bu, Azərbaycan xalqının səmimi arzusundan irəli gəlir və ölkələrimiz, xalqlarımız
arasında münasibətlərə
görə minnətdarlıq
ifadəsidir. Bizim qarşılıqlı anlaşmamız,
dövlətlərarası diplomatik münasibətlərimiz
çox yüksək
səviyyədədir. Azərbaycan
öz müstəqilliyini
elan edəndə İsrail onu müstəqil dövlət
kimi tanımış
ilk ölkələrindən
biri oldu.
Vətən müharibəsində zərər
çəkmiş azərbaycanlı
əsgər və zabitlərin müalicəsi
üçün israilli
oftalmoloqlardan ibarət
nümayəndə heyətinin
ölkəmizə gəlməsi
Azərbaycan xalqını
çox mütəəssir
etdi. Onlar Azərbaycana gəldilər
və gündə
10-15 əməliyyat apardılar.
Bu, yəhudi xalqına hörmət və ehtiramın əbədi əlaməti
kimi qalacaq, başqa insanın həyatına görə
bu narahatlıq hissi yəhudilərin DNT-sindən irəli gəlir. Bu, İsrailin bizə kömək etmək arzusu ilə bağlıdır. Biz yaralı döyüşçülərimizə
kömək məqsədilə
İsrailin təcrübəsindən
istifadə etməklə
başqa oxşar təşəbbüsləri də
reallaşdırmaq niyyətindəyik.
- Siz İsrail
şirkətlərini Qarabağın
bərpası prosesinə
cəlb etməyə hazırlaşırsınızmı?
- Biz İsrail
şirkətləri ilə
də əlaqə saxlayırıq və hökumətlərarası əlaqələrdən
istifadə edirik. İsrail şirkətlərinin
bizə kömək etmək üçün sanballı texnoloji potensialı var. Biz “ağıllı şəhərlər” salınmasında
və su ehtiyatlarının idarə
edilməsi sektorunda İsrail şirkətlərinin
köməyinə maraq
göstəririk.
- Son olaraq İsrailə nə ismarıcınız
var?
- Mən İsrailə
sülh arzulamaq və belə bir inamımı bildirmək istəyirəm
ki, Azərbaycan və İsrail xalqları tarixən real dostlardır. İsrail xalqı sülhün olmamasına görə həmişə
əziyyət çəkib.
Biz İsrail xalqına sülh, İsrail dövlətinə
həmişə uğur
diləyirik
Yeni Azərbaycan.- 2021.- 27 aprel.- S.2.