“Azərbaycanın qazandığı Zəfərin
sadəcə Türk dünyası üçün
deyil, bütün dünya üçün önəmi böyükdür”
Bu gün
dünyanın diqqəti
Cenevrədə olacaq.
Belə ki, 27-29 aprel tarixlərində bu şəhərdə
“5+BM” formatında keçiriləcək
qeyri-rəsmi toplantı
Kipr adasının gələcəyi baxımdan
əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər
Təşkilatının himayəsində
keçiriləcək toplantıya
Şimali Kipr Türk Cümhuriyyəti
(ŞKTC) və Kiprin rum kəsimi ilə yanaşı, Türkiyə, Böyük
Britaniya və Yunanıstan da qatılacaq. Bəs Kipr türkləri
bu toplantıdan nə gözləyirlər?
Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti cənab Ersin Tatarın “Yeni Azərbaycan” qəzetinə verdiyi özəl müsahibəsində
həm bu, həm də digər məqamlara aydınlıq gətirilib.
- Cənab Prezident,
Kipr adasının gələcəyinə dair
BMT çərçivəsində aparılan müzakirələrin
son durumu ilə bağlı nə deyə bilərsiniz?
- Qeyd edim
ki, Kipr türkləri olaraq mövqeyimiz qətidir. Bundan sonra adada hər
hansı federasiyanın
yaranması qeyri-mümkündür.
Çünki federasiya
ilə bağlı uzun illər davam edən müzakirələrə rum
tərəfinin 2004-cü ildə
keçirilən “Annan
Planı” ilə bağlı referendum zamanı, xüsusilə də 2017-ci ildə Crans Montanada sərgilədiyi uzlaşmaz
mövqe ucbatından
son verilib. Yəni Kipr türk xalqı olaraq hesab edirik
ki, problemin həlli üçün ortaya yeni ideya
qoyulmaldır. Bu yeni həll təklifinin mərkəzində
suveren iki dövlətə əsaslanan
razılaşma dayana bilər. Bu təklifimiz bölgənin
ən böyük və ən güclü ölkəsi olan ana vətənimiz
Türkiyə tərəfindən
də dəstəklənib.
Prezident seçkiləri kampaniyası
zamanı açıqladığım
və mənim qalib gəlməyimlə xalqımızın da buna dəstək verdiyi təsdiqlənən
yeni həll təklifi həm ŞKTC, həm Kipr adası,
həm də bütövlükdə, bölgəmiz
üçün olduqca
önəmlidir. Bütün
dünya bilsin ki, xalqımız bundan sonra daha
50 il də nəticəsiz müzakirələrin
davam etməsini istəmir. Onu da deyim ki,
bu yeni təklif
böyük əks-səda
doğrurub və türk tərəfinin
“5+BM” qeyri-rəsmi toplantısının
keçirilməsi ideyası
BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən
də dəstəklənib.
Cənab Quterreş “yeni fikirlərə açıq və tərəfləri dinləməyə
hazır olduğunu” bəyan edib. Beləliklə, 27-29 aprel tarixlərində
Cenevrədə keçiriləcək
“5+BM” qeyri-rəsmi toplantısının
məqsədi BMT Baş
katibinin söylədiyi
kimi Kipr adasındakı tərəflər
arasında davamlı,
ədalətli və qəbul edilməsi mümkün olan müzakirələrin başlaya
bilməsi üçün
ortaq zəminin olub-olmadığını müəyyən
etməkdir. Heç şübhəsiz ki, danışıqlar masasında ana vətənimiz Türkiyənin
də olması bizim gücümüzə
böyük güc qatacaq. Ölkəmizin, xalqımızın və
yetişən gənc
nəsilin gələcəyini
qeyri-müəyyənliklər içərisində təhlükəyə
ata bilmərik. Xalqımızın bir daha 1974-cü ildən öncəki qaranlıq günlərə geri dönməsinə heç
zaman imkan verməyəcəyik.
- Sizin Prezident
seçilməyinizdən sonra
ŞKTC-yə əlavə
güc, əlavə ruh gəlib. Hazırda daxili və xarici siyasətdə qətiyyətli
mövqe sərgilənir.
Bəs ŞKTC-nin iqtisadi və maliyyə imkanlarının
güclənməsi ilə
bağlı hansı layihə və proqramlarınız var? Bu istiqamətdə Türkiyə ilə birgə atılan addımlara dair fikrinizi də bilmək maraqlı olardı...
- ŞKTC iqtisadiyyatının
təməl daşlarını
turizm və ali təhsli kimi xidmət sektoru təşkil edir. Xarici ölkə
vətəndaşlarının bizdə ali təhsil alması üçün ali təhsil proqramı hökumət tərəfindən
hərtərəfli şəkildə
dəstəklənir. Məhz bunun
nəticəsidir ki,
ŞKTC ali təhsil üçün münbit
bir məkan kimi qəbul edilməkdədir. Ölkəmiz,
eyni zamanda, Şərqi Ağ dənizdə önəmli
və cazibəsi hər keçən gün daha da
artan istirahət məkanıdır. Biz,
xüsusilə bu iki sektora xarici
sərmayənin qoyulması
üçün davamlı
addımlar atırıq.
Otel və konfrans turizmi, xüsusi sahələrlə
bağlı turizm, sağlamlıq turizmi və aqrar sənaye
ölkəmizdə xarici
sərmayədarları gözləyən
və onlar üçün əlverişli
imkanlar vəd edən sahələrin bir qismidir. Onu
da deyim ki, ŞKTC-yə sərmayə qoymaq istəyən qardaş ölkədən gələcək
iş adamlarına qapımız hər zaman açıqdır və onlara hər cür dəstəyi verməyə
hazırıq. Bildiyiniz
kimi, on illərdir ŞKTC-yə tətbiq edilən haqsız təcrid siyasəti var. Buna görə də birbaşa ticarət məsələsində
problemlərlə üzləşirik.
Bu istiqamərtdə ana vətənimiz Türkiyənin bizə dəstəyini heç zaman unutmayacağıq. Ölkəmizdə, xüsusilə
də rabitə və nəqliyyat kimi infrasturktur sahələrinin inkişafı
üçün Türkiyə
tərəfindən sərmayələr
qoyulur. Yeri gəlmişkən, 2019-cu ildən
etibarən bütün
dünyanı cənginə
alan COVID-19-un səbəb
olduğu çətin
zamanlarda belə Türkiyənin sarsılmaz
dəstəyinin bir daha şahidi olduq. Türkiyə vaxt itirmədən
ŞKTC-yə tibbi ləvazimat, tibbi heyət göndərdi,
ŞKTC-də qısa
zamanda pandemiyalı xəstələrin müalicəsi
üçün bir yeni xəstəxana tikdi. Mən yaradılan bu
fürsətdən istifadə
edərək həmin
ağır dönəmlərdə
də Kipr türk xalqının rifahı naminə atılan bu addımlara görə Türkiyə Cümhuriyyətinin
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bir daha dərin təşəkkürümü bildirirəm.
- Siz ali
təhsil məsələsinə
toxundunuz. Məlum olduğu kimi, Azərbaycanda bəlli sayda gənclər
ŞKTC-dəki ali məktəblərdə burslu
təhsil alırlar. Bəs bu istiqamətdə
gələcəkdə hansısa
yeniliklər gözlənilirmi?
- Dediyim kimi,
ali təhsil ŞKTC iqtisadiyyatının ən
önəmli sahələrindən
biridir. Hazırda ölkəmzidə 100 minə
yaxın xarici tələbə təhsil
alır və onların yüzlərcəsi
Azərbaycandan gəlir.
Dövlətimizin ayırdığı
təhsil bursları ilə ŞKTC-də ali təhsil alan tələbələr
arasında azərbaycanlı
tələbələr də
var. Ali təhsillərini tamamlayıb
vətənlərinə dönən
həmin gənclər
Azərbaycanda ŞKTC-nin
daha yaxından tanıdılması üçün
önəmli rol oynayırlar. Onu da deyim ki,
bu tələbələrin
bir qismi ŞKTC-də qalıb işləməyə üstünlük
verə bilərlər.
Və biz onlara da hər
cür dəstək verməyə hazırıq.
Hesab edirəm ki, ölkələrimiz arasında təhsil sahəsində sıx əməkdaşlıq qurula
bilər. Məsələn
istər tələbələr,
istərsə də elmi dərəcə almaq istəyənlər qarşılıqlı olaraq
ölkələrimizin mədəniyyəti,
tarixi, siyasi həyatı ilə bağlı elmi araşdırmalar apara bilərlər.
- Cənab Prezident,
Azərbaycanın 44 günlük
Vətən müharibəsində
qələbəsini necə
dəyərləndirirsiniz? Bu qələbə Türk dünyası üçün hansı önəm kəsb edir?
- Azərbaycanın
işgal altındakı
torpaqlarını azad
etmək üçün
apardığı şərəfli
mübarizə nəticəsində
möhtəşəm Zəfər
qazanmasını Kipr türk xalqı böyük bir sevinclə qarşıladı.
Azərbaycanlı qardaşlarımıza
bu müharibə müddətində mənəvi
dəstək verdik.
Kipr türklərinin Azərbaycanla bir könül bağı vardır. Mövcud könül bağının
verdiyi güclə hər zaman can Azərbaycanın yanında olmağa davam edəcəyik.
ŞKTC, Türkiyə və
Azərbaycan “bir millət üç dövlət” olaraq hər zaman birlikdə olacaq. Azərbaycanın qazandığı
Zəfərin sadəcə
Türk dünyası
üçün deyil,
bütün dünya üçün önəmi
böyükdür. Beynəlxalq
qanunlar əsasında
da hər zaman Azərbaycan ərazisi kimi tanınan bu torpaqları işağldan
azad etməklə Azərbaycan həm də bu vaxta
kimi münaqişə
ilə bağlı qəbul edilmiş BMT-nin qətnamələrinin
icrasını təmin
etmiş oldu.
Nadir AZƏRİ
Yeni
Azərbaycan.- 20201.- 27 aprel.- S.5.