Azərbaycan, Türkiyə Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir

 

44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqi olmaqla bərabər, regionumuzda tamamilə yeni geosiyasi geoiqtisadi reallıqlar yaratdı. Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi. Bugünkü reallıqlar qalib ölkənin sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını beynəlxalq hüququn da onun yanında olmasını təmin etdi. Bu gün dünya ictimaiyyətinin mütləq əksəriyyəti Azərbaycana dostluq nümayiş etdirmək, iqtisadi sahədə birgə layihələrdə tərəfdaş olmaq niyyəti ilə çıxış edir. Azərbaycan regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlətə çevrilib. Üç dost, qardaş ölkə olan Azərbaycan, Türkiyə Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisə olmaqla yanaşı, bu təşəbbüsün məhz Azərbaycandan başlayıb inkişaf etməsi ölkəmizin uğurlu xarici diplomatiyasının beynəlxalq siyasətinin real nəticəsidir.

Tarixən bir millət, iki dövlət olduqlarını dəfələrlə sübut edən Azərbaycan Türkiyənin birgə əməkdaşlıq təcrübəsinə siyasi mövqeyi hərbi qüdrəti ilə seçilən, nüvə silahına malik olan Pakistanın da cəlb olunması şübhəsiz ki, ölkələr arasında qarşılıqlı dəstək formatının əhəmiyyətini töhfələrini daha da yüksəldəcək bu üçlüyün yeni regional güc mərkəzinə çevrilməsinə təkan verəcəkdir. 44 günlük Vətən müharibəsi günlərində daim Azərbaycanın yanında olan Azərbaycan-Türkiyə qardaşlığına yeniBir millət, üç dövlətkonsepsiyası qazandıran Pakistanın işğalçı Ermənistanla bağlı barışmaz mövqeyi Azərbaycan xalqını hər zaman qürurlandırmışdır. Ən çətin günlərdə Azərbaycanın yanında olan iki qardaş ölkə ilə üçtərəfli parlamentlərarası əməkdaşlıq Bəyannaməsinin imzalanması ölkələrimiz arasında siyasi, hərbi iqtisadi əlaqələrin, birgə layihələrin inkişafına təkan verməklə yanaşı, həm beynəlxalq platformada bu üç ölkənin bir mövqedən çıxış etməsinə, bir-birinin milli maraqlarının qorunmasına qardaş dəstəyi verməsi deməkdir.

Milli maraqların hər şeydən üstün olduğunu daim diqqət mərkəzində saxlayaraq böyük güclərin regiondakı maraqlarını məharətlə tarazlamaq, bununla da milli mənafelərə uyğun siyasət həyata keçirmək, sözün əsl mənasında, uzaqgörən, müdrik, cəsarətli yüksək intellektli böyük liderlərə xas olan keyfiyyətlərdir. Qibtə ediləcək faktdır ki, bu keyfiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsiyyətində ən yüksək səviyyədə təcəssüm edir. Azərbaycan hazırda 30 illik müstəqillik tarixinin ən şərəfli hadisələrinə ardıcıl olaraq misilsiz tarixi uğurlara imza atır. Azərbaycan Türkiyə arasında yeni müttəfiqlik münasibətlərini formalaşdıran tarixi Şuşa Bəyannaməsinin imzalanması, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni səhifə açan Azərbaycana səfəri, postmüharibə dövründəki vəziyyət və Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinin pozitiv fonda müzakirə olunduğu Moskva görüşündən sonra çox mühüm siyasi, hərbi-strateji geoiqtisadi əhəmiyyət daşıyan Azərbaycan, Türkiyə Pakistan arasında parlamentlər səviyyəsində üçtərəfli Bakı Bəyannaməsinin imzalanması Azərbaycanın dövlət başçısının zərgər dəqiqliyi ilə həyata keçirdiyi çoxvektorlu, tarazlı milli maraqlara xidmət edən siyasətinin tarixi nəticələridir.

Vətən müharibəsi günlərində Azərbaycan torpaqlarında, xüsusilə döyüş bölgələrində birlikdə qürurla dalğalanan bu üç bayraq - Azərbaycan, Türkiyə Pakistanın ay-ulduzlu bayraqları Azərbaycan xalqının Böyük Qələbəsinin simvoluna çevrildi. Bu birliyin əvvəl Xarici İşlər Nazirliyi, sonra Müdafiə Nazirliyi, indi isə parlamentlər səviyyəsində möhkəmlənməsiBir millət, üç dövlətkonsepsiyasının real fəaliyyət müstəvisində reallaşması dövlətlərimizin, xalqlarımızın millətimizin gücünə güc qatılması deməkdir. Bakı Bəyannaməsi, ilk növbədə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi genişləndirilməsi, qanunvericilik bazalarının təkmilləşdirilməsi uyğunlaşdırılması, qarşılıqlı maraq doğuran regional qlobal əhəmiyyətli məsələlərin parlamentlər səviyyəsində birgə müzakirə olunaraq müvafiq qərarlar qəbul edilməsi, təcrübə mübadiləsi, qarşılıqlı səfərlər s. baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu Bəyannamə beynəlxalq sülh təhlükəsizliyin möhkəmləndirilməsinə, yeni uğurlu regional əməkdaşlıq formatının reallaşdırılmasına mühüm töhfələr verməklə yanaşı, müxtəlif beynəlxalq dairələrdə ölkələrin ərazi bütövlü məsələlərinə ikili standartlarla yanaşmaq, eləcə İslamofobiya, dini, siyasi dözümsüzlük beynəlxalq hüququn prinsip normalarının pozulması meyillərinə qarşı birlikdə effektiv mübarizə aparılmasına əhəmiyyətli töhfələr verəcəkdir.

 

Şəmsəddin Hacıyev

YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

 

 Yeni Azərbaycan.- 2021.- 3 avqust.- S.5.