İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşmamövzusunda seminar keçirilib

 

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzində “İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunanDavamlı İnkişaf Məktəbilayihəsi gənclərin ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri praktiki biliklərinin inkişaf etdirilməsi üçün mühüm proqramdır. B.İslamov qeyd edib ki, əsas məqsəd iştirakçılarla ümumi tanışlıq, onlara proqramın nəzəri praktiki hissələri, o cümlədən debat, natiqlik təlimləri, təqdimat bacarıqları istiqamətləri üzrə məlumatların verilməsidir. İştirakçılar arasında həm YAP üzvü, həm bitərəf gənclərin olduğunu vurğulayan B.İslamov bu təşəbbüsün cəmiyyətdə ictimai-siyasi düşüncəsindən asılı olmayaraq bütün gənclər arasında sağlam dayanıqlı kommunikasiyanın formalaşamasına töhfə verəcəyini deyib.

 

B.İslamov mövzu ilə bağlı məlumat verib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəkiElektron Hökumətin İnkişafı Mərkəzipublik hüquqi şəxsin direktoru Fariz Cəfərovİnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşmamövzusunda çıxış edib. Məlumat verib ki, “Elektron Hökumətin İnkişafı Mərkəzipublik hüquqi şəxsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixliElektron hökumətin inkişafı rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqındaFərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb: Mərkəz müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi fiziki şəxslərə, xarici vətəndaşlara vətəndaşlığı olmayan şəxslərə informasiya e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılıb vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur.”

 

F.Cəfərov qeyd edib ki, MərkəzmyGov”, “e-Govelektron hökumət portalları, “ASAN Login”, “ASAN Finans”, “ASAN ödənişsistemi, “ASAN Viza”, “e-Agro”, “e-Satınalma”, “e-Lisenziya”, “e-hərrac”, “ADRA İcazələr Sistemi”, “Tikintiyə İcazə Sistemi”, “İcazələrin Alınması Monitorinqi Sistemi  quruculuq işləri davam edən digər layihələrinin fəaliyyətini təmin edir: Elektron Hökumətin İnkişafı Mərkəzi - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində onun hüdutlarından kənarda yaşayan bütün vətəndaşlara, hüquqi fiziki şəxslərə, xarici vətəndaşlara vətəndaşlığı olmayan şəxslərə informasiya e-xidmətlərin göstərilməsinə şərait yaradır. Mərkəzin fəaliyyətinin əsas məqsədi vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq dövlət xidmətlərinin əlçatanlığını təmin etmək üçün rəqəmsal hökumətə keçid rəqəmsal texnologiyalardan istifadənin tətbiq edilməsindən ibarətdir.”

 

 Yeni Azərbaycan.- 2021.- 4 avqust.- S.3.