Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur

 

Sevinc Fətəliyeva: Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar

 

Məlum olduğu kimi, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir. Xüsusilə , regionun siyasi, iqtisadi humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.

 

Qeyd edək ki, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin xüsusi rolu var. Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Bilirsiniz ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində qədər vacib rol oynadığını görə bilərik. Ümumiyyətlə, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr muavini olaraq deyə bilərəm ki, parlamentimizdə beynəlxalq fəaliyyətə böyük maraq var”.

 

Deputatın sözlərinə görə, Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri 1 ikitərəfli komissiya fəaliyyət göstərir: “Koronavirus pandemiyası ilə əlaqədar mövcud olan vəziyyət Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən mənada öz təsirini göstərsə , bu dövrdə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi prioritetlərdən biri olaraq qalıb. Belə ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətləri bir sıra ölkələrə rəsmi səfərlər ediblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlər aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Deputatlarımız beynəlxalq təşkilatların sessiya konfranslarında iştirak edərək ölkəmizin bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıblar. Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib müzakirələr aparıblar. Bu formatda keçirilən deputatların iştirak etdiyi digər tədbirlər Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.

 

Sevinc Fətəliyeva vurğulayıb ki, ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər rayonlarımızı artilleriya raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Vurğulamaq yerinə düşər ki, parlament rəhbərliyinin dostluq qruplarının adından 88 ölkənin parlamentinə 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib. Eyni zamanda, bir sıra ölkələrin parlamentlərinin spikerləri beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları aparılıb, bəzi ölkələrin səfirləri ilə görüşlər keçirilib, onlara Ermənistanın təcavüzü təxribatları haqqında ətraflı məlumat verilib. Deputatın fikrincə, bütün bunlar Azərbaycan parlamentinin səmərəli beynəlxalq fəaliyyətinin göstəriciləridir.

 

Millət vəkili parlament diplomatiyasının uğurları sırasında Azərbaycan, Türkiyə Pakistan parlamentlərinin sədrlərinin 2021-ci il 27 iyul tarixində Bakı şəhərində keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanmasını xüsusi olaraq qeyd edib söyləyib ki, sənəd yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir. “Azərbaycan bütün dost dövlətlərlə dünyada regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək. Bu mənada, Bakı Bəyannaməsi böyük əhəmiyyət kəsb edir”, - deyə S.Fətəliyeva vurğulayıb.

 

Nardar BAYRAMLI

 

 Yeni Azərbaycan.- 2021.- 6 avqust.- S.6.