Fransa portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərindən yazıb

 

FransanınCauseurportalında fransız tarixçi jurnalist Alən RumestanınQarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayırsərlövhəli məqalə dərc olunub.

 

AZƏRTAC xəbər verir ki, məqalədə  2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində rəsmi Bakının beynəlxalq hüquqla ona məxsus olan uzun illər işğal altında qalmış torpaqlarını azad etdiyi vurğulanıb. Bildirilib ki, Fransada bu münaqişənin mahiyyətini hələ anlamırlar mediada onun haqqında yanlış mülahizələrə, səthi şərhlərə əsaslanam materiallar yayılır.

 

Azərbaycandakı dini tolerantlıqdan bəhs edən müəllif diqqətə çatdırır ki, paytaxt Bakıda məscidlər, sinaqoqlar, pravoslav kilsələri, hətta erməni kilsəsi mövcuddur yaxşı vəziyyətdədir.

 

İşğaldan azad olunmuş torpaqlara səfər edən jurnalist bildirir ki, bu ərazilərdə yeni yol şəbəkəsi inşa olunur, bu da azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan verəcək.

 

Azad edilmiş ərazilərdə hələ mövcud olan mina təhlükəsinə toxunan A.Rumestan vurğulayır ki, mina partlayışı nəticəsində insanlar, o cümlədən jurnalistlər həlak olub. Ermənistan isə bütün minaların xəritələrini verməkdən hələ imtina edir. Bu isə minatəmizləyənlərin işini çətinləşdirir.

 

İşğal dövründə dağıdılmış Füzuli rayonundan sonra Azərbaycanın qədim şəhəri Şuşada olan jurnalist qeyd edir ki, xarici ölkələrdən çoxsaylı nümayəndələr buraya səfər edirlər. Şəhərdə döyüşlərin izləri hələ qalmaqdadır - binaların üzərində güllə izləri, parçalanmış dam örtükləri, məhv edilmiş mədəni irs. Azərbaycanın dahi şəxsiyyətlərinin (Bülbül, Üzeyir Hacıbəyli, Natəvan) birinci müharibə zamanı güllələnmiş heykəlləri əvvəlki yerinə qaytarılıb. Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılıb.

 

Azərbaycan, Rusiya Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata toxunan müəllif qeyd edir ki, bu, Cənubi Qafqazda həyatın normala qayıtması üçün yol xəritəsidir. Vurğulanır ki, indi Azərbaycanın qarşısında böyük çağırış var. Belə ki, rəsmi Bakı ərazisinin səkkizdəbir hissəsini demək olar tamamilə yenidən qurmalıdır. Bunun üçün isə, ilk növbədə, ərazilər minalardan təmizlənməlidir.

 

Jurnalist sonda qeyd edir ki, azərbaycanlılar üçün münaqişə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. İndi ümid keçmişi, müharibələri, ağrı-acını unudaraq bu torpaqlarda yenidən bir yerdə yaşamaqdadır. Sülhdən başqa yol yoxdur.

 

 Yeni Azərbaycan.- 2021.-7 avqust.- S.6