Misir Livandan olan tədqiqatçılar Şuşa şəhərinə səfər ediblər

 

Misir Livan tədqiqatçılarından ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində avqustun 11-də Şuşa şəhərində olub.

AZƏRTAC xəbər verir ki, tədqiqatçıların şəhərlə tanışlığı tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən başlayıb. Qonaqlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən tədqiqatçılara bu dahi şəxsiyyətlərin həyat yaradıcılıqları haqqında məlumat verilib. Bildirilib ki, işğal illərində ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerinə qaytarılıb.

Sonra qonaqlarXan qızıbulağı Qala divarları ilə tanış olublar. Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilənXan qızıbulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xəttiXan qızıbulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə sakinlər şəhərin qonaqlarının istifadəsindədir. Qala divarları ilə tanışlıq zamanı vurğulanıb ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa İşğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Misir Livandan gəlmiş tədqiqatçılar Cıdır düzündə olublar. Onlar Cıdır düzündən ətrafa açılan əsrarəngiz mənzərəni seyr ediblər. məlumat verilib ki, burada mütəmadi olaraq ənənəvi musiqi festivalları, el şənlikləri keçirilir.

Daha sonra Aşağı Yuxarı Gövhərağa məscidlərini ziyarət edən tədqiqatçılara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən bu məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Misir Livan tədqiqatçılarının Şuşada son dayanacağı Qazançı kilsəsi olub. Onlara burada aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi bərpa edilir. Bu kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu diqqətə çatdırılıb.

 

 Yeni Azərbaycan.- 2021.- 12 avqust.- S.3.