Abay Kunanbayevin
175 illik yubileyi münasibətilə çap
olunan poçt markalarının təqdimatı
olub
Qazax mədəniyyəti
və musiqisindən söz düşəndə,
ilk növbədə böyük şair, yazıçı və bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə
qazax xalqının deyil, bütövlükdə
türk dünyasının
tarixində parlaq iz buraxıb. Təsadüfi deyil ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev onu “Yol göstərən
ulduz” kimi xarakterizə edib. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə
əziz tutulur. 2011-ci ildə Bakının küçələrindən birinə
Abay Kunanbayevin adı verilib. Həmin ilin mayında Bakı Dövlət Universitetində
Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə
başlayıb. Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu Abay Kunanbayevə
həsr olunmuş kitab hazırlayır. Bu, böyük mədəniyyət və
ictimai xadimə həsr edilən ilk kitab olacaq.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun
10-da Qazaxıstanın və
bütövlükdə türk
dünyasının böyük
şairi, yazıçısı,
bəstəkarı, ictimai
xadimi, müasir qazax yazılı ədəbiyyatının
banisi Abay Kunanbayevə həsr olunan Abay Günü
və onun 175 illik yubileyi münasibətilə buraxılan
poçt markalarının
təqdimat mərasimində
deyib.
G.Əfəndiyeva Beynəlxalq Türk
Mədəniyyəti və
İrsi Fondunda keçirilən mərasimdə
qeyd edib ki, keçən il Abay Kunanbayevin
anadan olmasının
175 və xalqımızın
böyük bəstəkarı
Üzeyir Hacıbəylinin
anadan olmasının
135 illiyi münasibətilə
İspaniyada poçt
markaları çap edilib.
Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov görkəmli
ictimai xadimin yaradıcılığından, türk dünyasında ona göstərilən böyük hörmət və ehtiramdan, ayrı-ayrı ölkələrdə
onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən
işlərdən söz açıb. O, yubiley münasibətilə
nəşr edilən poçt markasının böyük şair və musiqiçinin xatirəsinə ehtiramın
daha bir ifadəsi olduğunu bildirib.
Sonra poçt
markaların möhürlənməsi
mərasimi keçirilib.
Markalar Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli
nümayəndəsinin zəngin
yaradıcılığını daha geniş beynəlxalq auditoriyaya çatdırılması məqsədilə
çap edilib. Poçt markalarının
üzərində Abay
Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin
türk dünyasının
mədəni dəyərləri
və milli musiqi alətləri əks olunub.
Tədbirdə Əməkdar artist
Şövqü Hüseynov,
Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
artistləri Nəzrin
Aslanlı və Yuliya Matorina, Qazax Milli İncəsənət
Akademiyasının artisti
Akberen Atabay və Amina Nurmuxammedova
milli musiqi alətlərinin müşayiəti
ilə Abay Kunanbayevin əsərlərindən
ibarət mahnı və şeirlər oxuyublar.
Sonda xatirə
şəkilləri çəkdirilib
və hədiyyələr
təqdim olunub.
Yeni Azərbaycan.-
2021.- 12 avqust.- S.3.