Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ali məktəblərin üzərinə böyük məsuliyyət düşür

 

Bu məsələ Azərbaycan Memarlıq İnşaat Universitetində təlim-tərbiyə prosesinin tərkib hissəsi kimi hər zaman diqqətdə saxlanılır

 

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən olub. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti danılmazdır.

 

Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) təlim-tərbiyə məsələləri hər zaman diqqətdə saxlanılır. AzMİU-nun mətbuat informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva qəzetimizə açıqlamasında bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələn gənclərimiz arasında universitetin məzunları da var. AzMİU-nun 22 məzunu qəhrəmancasına şəhid olub: “22 məzunumuz Vətən uğrunda, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldı. AzMİU kollektivi olaraq biz canını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda edən mərd cəsur Azərbaycan oğullarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!”

 

N.Mirzəyeva bildirib ki, AzMİU Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb. Öz növbəsində, universitetin əməkdaşları da Silahlı Qüvvələrə Yardım Fonduna 24 min manat pul vəsaiti köçürüblər: Həmçinin təhsil müəssisəsində Vətən müharibəsində şanlı Zəfərlə əlaqədar onlayn tədbirlər, görüşlər təşkil edilib, tələbələrə əsgər zabitlərimizin qəhrəmanlıqlarından söz açılıb. Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə tələbələri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, onlara vətənpərvərlik hissi aşılamaqdan ibarətdir. Memarlıq İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə universitetin şəhid tələbə məzunlarının xatirələrini əbədiləşdirmək məqsədilə universitetin əsas korpusunun birinci mərtəbəsindəQəhrəmanlar guşəsiyenidən qurulub. Bundan başqa, anım tədbirləri keçirilir. Ali təhsil ocağının tələbəsi olmuş, “Azərbaycan Bayrağıordenli qəhrəman Fərhad Rəhman oğlu Atakişiyevin anım tədbiri keçirilib. Tədbirdə şəhidin anası Dilarə Atakişiyeva iştirak edib. Universitetin dəstəyi sayəsində Fərhad Atakişiyev haqqındaQarabağdır Azərbaycanadlı film çəkilib. Bu film tələbələrimiz tərəfindən böyük maraqla qarşılanıb”.

 

Eyni zamanda, Azərbaycan Memarlıq İnşaat Universitetində Memarlıq fakültəsinin 44 günlük Vətən müharibəsində həlak olmuş şəhid məzunu Ramil Ağayevin Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbə Fuad Əsədovun xatirəsinə həsr edilən qorelyefin açılış mərasimi olub. Qorelyefin müəllifi heykəltəraş Kənan Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi Namiq Hüseynovdur. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. Azərbaycanın fədakar qəhrəman övladları ilə fəxr edirik”, - deyə N.Mirzəyeva əlavə edib.

 

 O bildirib ki, 44 günlük Vətən müharibəsi ərəfəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ordumuza dəstək məqsədilə həyata keçirilən təşəbbüsə tələbələr böyük həvəslə qoşulublar:Azərbaycan Memarlıq İnşaat Universitetini müxtəlif illərdə bitirmiş əcnəbi məzunlarımız da bu müddət ərzində öz dəstəklərini əsirgəmədilər. Torpaqlarımızın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladıqlarını bildirdilər. Məsələn, qardaş Türkiyədən olan məzunlar bu tarixi hadisələrlə bağlı sevinc qürur hisslərini telefonla zəng edərək bildirirdilər. Vətən müharibəsi ərəfəsində, demək olar ki, hər gün Ankara, İstanbul, Ağrı, Van, Batman digər şəhərlərdən olan keçmiş tələbələrimiz zəng edir, hər cür dəstək göstərməyə hazır olduqlarını bildirirdilər. Hətta deyirdilər ki, könüllü şəkildə Qarabağda döyüşlərdə iştirak etməyə hazırdırlar. Qarabağa doğru haqq yolunda bizə dəstək olan, bizim haqq işimizi alqışlayan, bizim qədər qələbələrdən ruhlanaraq sevincini, fərəhini bölüşən hər kəsə minnətdarlığımızı bildiririk”.

 

N.Mirzəyevanın sözlərinə görə, universitetdə tələbə gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülən tədbirlər davamlı xarakter daşıyır. Bu yöndə ardıcıl addımlar atılır: “Yeri gəlmişkən, Memarlıq İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə bir qrup fəal tələbə Hərbi Qənimətlər Parkında da olub. Tələbələr 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə tələbələrin marağına səbəb olub. Hərbi Qənimətlər Parkını ziyarət güclü Azərbaycanın tarixi qələbəsinin möhtəşəmliyinə bir daha şahidlik etmək üçün çox önəmlidir”.

 

O, xalqımızın 30 illik həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının gələcək nəsillər üçün örnək olduqlarını qeyd edib.

 

Müşfiqə BAYRAMLI

 Yeni Azərbaycan.- 2021.- 14 avqust.- S.6.