Tətbiq edilən yeniliklər, ümumilikdə,
diaspor və lobbi quruculuğu işinə müsbət təsir göstərib
Ceyran Səttarova:
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
də göstərilən
diqqət və qayğıdan güc alaraq fəaliyyətini uğurla davam etdirir
Məlum olduğu
kimi, Azərbaycanda həyata keçirilən
düşünülmüş və məqsədyönlü
siyasət nəticəsində
bütün sahələrdə
uğurlar əldə
edilib. Bu uğurlardan güc alan ölkəmiz, eyni zamanda, diaspor
siyasəti istiqamətində
da davamlı addımlar atır. Bu sahədə 2018-ci ildən
etibarən daha da fəallaşma hiss edilir. Əksər
ekspertlərin vurğuladıqları
kimi, məhz həmin ildən başlayaraq Azərbaycan Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
fəaliyyətində tətbiq
edilən yeniliklər,
ümumilikdə, diaspor
və lobbi quruculuğu işinə müsbət təsir göstərib. Bu yeniliklərdən güc alan diaspor
təşkilatlarımız isə fəaliyyətlərini
yeni dövrün tələblərinə uyğun
quraraq üzərlərinə
düşən vəzifələrin
öhdəsindən layiqincə
gəlməyə çalışırlar.
Bu sırada
Türkiyədə öz
fəaliyyəti və
aktivliyi ilə seçilən təşkilatlardan
olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi də var. Dərnəyin sədri Ceyran Səttarova da “Yeni Azərbaycan”a açıqlamasında ilk
olaraq məhz bu məqama toxundu: “Dərnəyimizin
fəaliyyəti haqqında
məlumat verməzdən
öncə bildirmək
istəyirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində
tətbiq edilən yenilik öz müsbət təsirini xaricdəki diaspor təşkilatlarının işində
də əks etdirir. Komitə yeni dövrün tələblərinə uyğun
olaraq fəaliyyət göstərməyimiz, dövlətin
diaspor siyasətinin daha uğurla həyata keçirilməsi
üçün davamlı
addımlar atır. Bizlər də göstərilən diqqət
və qayğıdan güc alaraq fəaliyyətimizi uğurla
davam etdiririk”.
C.Səttarova bildirib ki, rəhbərlik etdiyi qurum 2012-ci ildə, Antalyada yaşayan və burada çalışan azərbaycanlı
ziyalılar və iş adamları tərəfindən qurulub:
“Ötən müddət
ərzində qarşımıza
qoyulan məqsədlərə
çatmaq üçün
davamlı fəaliyyət
göstərmişik. Məhz bunun nəticəsidir ki, dərnəyimiz burada Azərbaycan mədəniyyətini,
ədəbiyyatını, folklorunu,
mətbəxini layiqincə
təmsil edir”.
Ceyran Səttarova
bildirib ki, təşkilatın yaranmasından
indiyə qədər
Antalyada yaşayan həmyerlilərimiz, həmçinin
burada təhsil alan azərbaycanlı tələbərlə bir
çox lahiyələr
həyata keçirilib:
“Bu günə kimi bilik yarışmaları,
şahmat turnirləri,
rəqs və mahnı yarışmaları,
əl işlərindən
və milli mətbəximizdən ibarət
yarmarkalar keçirmişik.
Eyni zamanda, hər il Xocalı, 20 Yanvar faciələri, 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü
ilə bağlı anım mərasimləri,
o cümlədən dövlət,
milli və dini bayramlarla bağlı çeşidli
tədbilər təşkil
edirik. Bundan başqa Ramazan və Qurban bayramlarında ehtiyacı olan həmyerlilərimizə
ərzaq paketi, qurban payları paylayırıq”.
Vurğulanıb ki, Antalya Azərbaycan
Kültür və Dayanışma Dərnəyi
pandemiya zamanı da fəaliyyətsiz olmayıb: “Həmin vaxt onlayn şəkildə
Azərbaycanın muzeylərinə
səyahətlər, şəhid
ailələri və yaxınları ilə görüşlər, müharibədə
iştirak etmiş həkimlərlə, qazilərlə
görüşlər və
sair təşkil etdik”.
Bu məqamda,
xatırlatmaq yerinə
düşər ki, istər pandemiya, istərsə də ötən ilin iyununda Ermənistanın təxribatları zamanı
dünyanın hər
yerində olduğu kimi, Antalyada da soydaşlarımız birlik və bərabərlik nümayiş
etdiriblər. Ceyran Səttarova deyib ki, biz azərbaycanlılar
lazım olanda bir olmağı bacarırıq: “Biz, həm pandemiya, həm ötən ilin iyun hadisələri,
həm də İkinci Qarabağ savaşı zamanında bu birliyin və
həmrəyliyin şahidi
olduq. Həmin vaxt keçirdiyimiz aksiyalara Antalyadakı soydaşlarımızla yanaşı,
Türkiyədə fəaliyyət
göstərən xarici
diaspor təşkilatları,
dovlət və bələdiyyə rəsmiləri,
siyasi partiyaların təmsilçiləri də
qatılmışdılar. Bu bir daha Türkiyədə
Azərbaycana olan sevgi, diqqət və dəstəyi sübut etdi. Ümumiyyətlə, dərnəyimizin
fəaliyyətində və
lahiyələrimizin həyata
keçirilməsində yerli
bələdiyyələrin, kaymakamlıkların və
s. dövlət və
qeyri-dövlət təşkilatlarının
da böyük dəstəklərini
görürük. Əsasən
də, Antalya Muratpaşa bələdiyyəsi
və kaymakamlığı,
Kəpəz bələdiyyəsi
və kaymakamlığı,
Konyaaltı kaymakamlığı,
Antalya Türk Ocaqları Təşkilatı,
siyasi partiyalarla yaxından və fəal şəkildə çalışırıq. Bunlardan
əlavə Antalyada fəaliyyətdə olan İrak türkmənləri,
Ahıska türkləri,
Qazaxıstan, Qırğızıstan
dərnəkləri ilə
də sıx əlaqələrimiz var. Birlikdə keçirdiyimiz
tədbir və layihələr də olur. Hətta türk cümhuriyyətlərini
və türk xalqlarını təmsil edən təşkilatlarla
birlikdə Antalyada “Türk Dünyası Birliyi” də qurulub. Eyni zamanda,
fəaliyyətimiz dövründə
Azərbaycanın müxtəlif
dövlət qurumları
və təşkilatları
ilə sıx təmaslarda olmuş, bir sıra ortaq
tədbir və layihələr reallaşdırmışıq”.
Dərnəyin sədr müavini
Azər İsmayıl
isə bildirib ki, təmsil olunduğu qurum ötən müddətdə
Antalyadakı soydaşlarımızın
maariflənməsi, tariximiz
və mədəniyyətimizi
daha dərindən öyrənməsi üçün
də müvafiq addımlar atıb: “Bu istiqamətdə işlərimiz hazırda da davam edir.
Belə ki, Antalya Azərbaycan
Kültür və Dayanışma Dərnəyinin
müraciəti əsasında
AMEA-nın Mərkəzi
Elmi Kitabxanası tərəfindən dərnəyə
Azərbaycanın tarixini,
ədəbiyyatını, mədəniyyətini,
elmini özündə
əks etdirən nəşrlər təqdim
edilib. Kitabxana tərəfindən dərnəyə tariximizin
müxtəlif dövrlərini
əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan
dili və tarixi”, “Şirvanşahlar dövləti”, “Urmiya bölgəsində azərbaycanlılara
qarşı soyqırımı:
1917-1918”, “Zəngəzurda Azərbaycan
xalqına qarşı
soyqırımı: 1918-1920”, “Memar İ.K.Ploşko -”İsmailiyyə”nin
müəllifi”, “Qədim
Şuşa” (ingilis və rus dillərində),
“Bakı simfoniyası”,
“Müstəqillik dövrü
Azərbaycan romanı”
kitabları və digər elm sahələrini əhatə
edən nəşrlər
təqdim olunub. Bundan başqa “Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi”
İctimai Birliyi tərəfindən dərnəyə
Azərbaycanın tarixini,
ədəbiyyatını, mədəniyyətini,
elmini özündə
əks etdirən nəşrlər təqdim
edilib. Eyni zamanda, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından dərnəyimizə 100-ə yaxın
kitab (bədii ədəbiyyat) göndərilib.
Dərnəyimizin sədri
Ceyran Səttarova dəyərli kitablara və göstərilən
diqqətə görə
hər üç quruma təşəkkürünü
bildirib”.
Azər İsmayıl
deyib ki, dərnək üzvləri
bu yaxınlarda baş verən meşə yanğınları
zamanı da lazım olan addımları atıblar:
“Yanğın zamanı
evləri, təsərrüfatları
və bütün əşyaları yanan insanlar üçün Antalya bələdiyyələri
yardım kampaniyalarına
başlyıblar. Təbii
olaraq Antalyada yaşayan azərbaycanlılar
da, bu kampaniyadan
kənarda qalmayıb və qardaşlarına yardım üçün
səfərbər olublar.
Həmyerlilərimizin dərnəyimizə
olan çoxsaylı müraciətlərini nəzərə
alaraq, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin yönətimi
bu kampaniyaya qoşulmaq qərarı alıb. Dərnək yönətiminin, üzvlərinin və yardımsevər həmyerlilərimizin
səyləri nəticəsində
az müddətə çox miqdarda yardım vasitələri,
quru və konserv yeməkləri, geyim əşyaları, uşaq bezləri, tibbi ləvazimatlar, gigiyenik vasitələr, uşaq yeməkləri, təmizlik vasitələri, ərzaq saxlama qabları və s. toplanıb”.
Qeyd olunub ki, dərnəyin sədr müavini Azər İsmayıl və yönətim üzvləri,
ilk yardım vasitələrini 31 iyul tarixində Antalya Muratpaşa bələdiyəsinin
Yardım Toplama Mərkəzinə təhvil
veriblər. İkinci yardım vasitələri dərnək sədri Ceyran Səttarova və dərnəyin fəal üzvü Sevinc Ələkbərovanın
iştirakı ilə
avqustun 2-də Antalya Böyükşəhər bələdiyyəsinin
Yardım Toplama Mərkəzinə təhvil
verilib. Yardımlarımız
davam edəcək. Azərbaycan Türkiyə
qardaşlığı hər
zaman və hər yerdə özünü ən gözəl şəkildə
göstərir. Türkiyə
Cümhuriyyəti hər
zaman Azərbaycanın
yanında olduğu kimi, Azərbaycan da hər zaman
Türkiyənin yanındadır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2021.- 17 avqust.- S.6.