Azərbaycan mədəniyyətinin təbliği müasir dövrdə inkişafı üçün önəmli addımlar atılır

 

Bu işdə gənclərin üzərinə mühüm vəzifələr düşür

 

Qədim zəngin mədəniyyət ölkəsi olan Azərbaycan bu il dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir. İstər əvvəlki dövrlərdə, istərsə son 30 ildə mədəniyyətin inkişafına daim diqqət göstərən Azərbaycan bu günə kimi öz mənəvi dəyərlərini qoruyub nəsillərdən nəsillərə ötürə bilib. Ümumiyyətlə, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranıb Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.

 

Eyni zamanda, Qobustandakı Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olub. Bu məqamda vurğulamaq yerinə düşər ki, müstəqillik qazandıqdan sonra çoxəsirlik tarixə malik Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülüb.

 

Əksər ekspertlərin qeyd etdikləri kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatlar mədəniyyət sahəsinə müsbət təsir edib. Daha dəqiq desək, bu islahatlar mədəniyyətimizin inkişafına yeni stimul verib.

 

Bu məqamda, vurğulamaq yerinə düşər ki, müstəqillik illərində Azərbaycan mədəniyyətinin dünyada daha geniş şəkildə tanınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır.

 

Sözsüz ki, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hər bir azərbaycanlının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, Azərbaycan mədəniyyətinin təbliğində, həmçinin mədəniyyətimizin müasir dövrdə inkişafında gənclərin özünəməxsus rolu var. Bəs, gənclərimiz bu şərəfli işin öhdəsindən gəlmək üçün nələrin edilməsini vacib sayırlar? Bu suala cavab verənMədəniyyətin Təbliği Sosial Təşəbbüslərİctimai Birliyinin sədri Səbuhi Zaman sözügedən istiqamətdə bir sıra işlər gördüklərini deyib. Qəzetimizə açıqlamasında o, bildirib ki, mədəniyyətimizin təbliği, həmçinin bu istiqamətdə azərbaycanlı gənclərin kino sahəsində təcrübələrinin artırılması məqsədiləSənət Akademiyasıadlı məktəb layihəsini reallaşdırırlar: Məqsədimiz həm mədəniyyətimizin təbliği müasir dövrdə inkişafına töhfə vermək, həm Türkiyənin film sektorunda özünü təsdiq etmiş aktyor rejissorları Azərbaycana dəvət edib onların təcrübəsindən bizim gənclərə aşılamaqdır”.

 

Bildirilib ki, aprelin 17-də Türkiyənin məşhurEslemFilm Yapım Şirkəti Mədəniyyətin Təbliği Sosial Təşəbbüslərİctimai Birliyinin ortaq müqaviləsi ilə təsis edilənSənət Akademiyasının rəsmi təsisçiləri, MTST İctimai Birliyinin sədri Səbuhi Zaman yapım şirkətinin rəhbəri, Türkiyənin məhşur aktyoru Erhan Ufakdır. Akademiyada oxumaq haqqı qazanan tələbələrə 3 ay müddətində türkiyəli müəllimlər tərəfindənKamera önü təməl oyunçuluqadlı dəsrlər keçirilir: “Akademiyanın Azərbaycanda gördüyü işlərdən biri bir müddət öncə Bakıda çəkilişləri aparılanNisanfilmi oldu. Hətta sözügedən filmdə həmin tələbələrdən rol alanlar oldu. Mübaliğəsiz deyə bilərik ki, onlar öz rollarının öhdəsindən böyük məharətlə gəldilər”.

 

Səbuhi Zaman qəzetimizə müsahibəsində həmçinin gəncləri Azərbaycan mədəniyyətinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, vurğulayıb ki, xarici internet sosial mediada Azərbaycan mədəniyyətinin təbliği günümüzün tələbidir: “Ölkənin mədəni simasının formalaşmasında, mədəniyyətinin təbliğində gənclərin rolu böyükdür bu böyük yaradıcı qüvvədən səmərəli istifadə edilməlidir. Azərbaycan gəncliyi, ilk növbədə, öz mədəni irsini araşdırmalı, tanımalı sonra onu təbliğ etməlidir. Gənclər məktəb ya universitetlərdə mədəni birliklər yaratmalıdırlar. Sosial çarxlar çəkilməlidir. Təqdimat təbliğat üçün ən uğurlu platforma isə sosial şəbəkələrdir. Müasir dövrdə milli irsimizi, mədəniyyətimizi daha düzgün təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyəti böyükdür. Xüsusən, xarici dil bilkləri yüksək olan gənclərimiz bu prosesdə fəal olmalı, Azərbaycan həqiqətləri, tarixi, bugünü, mədəniyyəti, milli-mənəvi dəyərləri barədə xarici internet media qurumlarında, sosial şəbəkələrdə yazılarla, paylaşımlarla, statuslarla çıxış etməlidirlər. Bir sözlə, Azərbaycan mədəniyyətinin təbliği müasir dövrdə inkişafında gənclərin üzərinə mühüm vəzifələr düşür”.

 

Digər müsahibimiz, “Nisanfilmində rejissor assisenti kimi özünü sınayan gənc Arzu Məmmədova da deyib ki, dərin tarixi köklərə malik mədəniyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu yeni inkişaf mərhələsində təbii ki, gənc sənət adamlarından, rejissorlardan, aktyorlardan da müəyyən fədakarlıq tələb olunur. Biz gənclər, xüsusilə sənət, mədəniyyət sahəsində çalışan, yaxud çalışmaq niyyətində olanlar, ilk növbədə, mədəniyyətimizi, tariximizi dərindən öyrənməliyik. Öyrənməliyik ki, sonra da bu öyrəndiklərimiz əsasında mədəniyyətimizi xaricdə yetərincə təbliğ edə bilək”.

 

Arzu Məmmədova bildirib ki, bu gün Azərbaycan Vətən müharibəsini Zəfərlə başa vurub yeni dövrün sənət, mədəniyyət, kino nümunələrinin məğzini məhz bu amil təşkil etməlidir:Bu istiqamətdə həyata keçiriləcək hər bir işin mərkəzində xalqımızın milli mənəvi dəyərlərinin təbliği, qəhrəmanlıq ruhunun aşılanması dayanmalıdır. Hesab edirəm ki, ölkəmizdə çəkiləcək hər bir filmin qayəsində bu məqamlar öz əksini tapmalıdır. Hər bir janrda, hər bir mövzunun içində mütləq şəkildə milli dəyərlərimiz təbliğ olunmalıdır. Çünki, biz müharibədə həm öz soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı olduğumuz üçün qalib gəldik”.

 

Müşfiqə BAYRAMLI

 

 Yeni  Azərbaycan.- 2021.- 18 avqust.- S.7.