Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunması təbii fəlakətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür

 

Ölkəmizdə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbiətin mühafizəsinin təkmilləşdirilməsi bioloji müxtəlifliyin qorunması məqsədilə mühüm addımlar atılır

 

Məlum olduğu kimi, Azərbaycan son 18 ildə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edib. Bu uğurların fonunda ekoloji təhlükəsizliyin təmin olunması ətraf mühitin qorunması daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda ətraf mühit problemlərinin  həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkənin ekoloji strategiyasının əsasını isə ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi insan resurslarının istifadəsində davamlılığın təmin olunması təşkil edir. Bu məqsədlə 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram da qəbul edilib.

 

Məlum olduğu kimi, müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri, təbii fəlakətlər bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Belə ki, inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir ölkə iqlim dəyişmələrinin təsirindən sığortalanmayıb   bunu baş verməkdə olan ekstremal təbii fəlakətlər əyani şəkildə göstərir. Azərbaycan da öz növbəsində qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.

 

Bu məqamda, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda ətraf mühitin çirklənməsinin təbii fəlakətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Qeyd edilən istiqamətlərdə Ekologiya Təbii Sərvətlər Nazirliyi (ETSN) dövlətin digər əlaqədar qurumları tərəfindən davamlı addmlar da atılır.

 

Onu qeyd edək ki, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə bir sıra  aksiyalar da keçirilir. Elə bu günlərdəXəzər günüilə əlaqədar Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə keçirilən aksiyalar bu qəbildəndir.

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, avqustun 12-də Xəzərin Novxanı qəsəbəsi ərazisini əhatə edən sahilindəEkokönüllülər”, “Yaşıl ASAN” “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət digər tullantılardan təmizləyib: “Xəzər Dəniz Neft Donanmasına məxsusBulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib. Ümumiyyətlə, “Xəzər günüilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib yığılan tullantılar təkrar emal üçünAzEkol” MMC- təhvil verilib. Dəniz ətraf mühitinin bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”.

 

İradə xanım onu da qeyd edib ki, “Xəzər günüilə əlaqədar avqustun 13-də Abşeron Milli ParkındaXəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında tədbir təşkil olunub. Xəzər dənizinin sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının 50-yə qədər üzvü iştirak edib. İştirakçılara ETSN mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.

 

İ.İbrahimova deyib ki, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, davamlı səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

 

Öz növbəsində, qəzetimizə açıqlama verən ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Arzu Səmədova nazirliyin bioloji müxtəlifliyin qorunması sahəsində gördüyü işlərdən danışıb. O, bildirib ki, əslində, bütün dünyada fauna floranın mühafizəsi üçün ən mühüm addımlardan biri xüsusi mühafizə olunan təbiət ərazilərinin, milli park, qoruq yasaqlıqların yaradılması, eyni zamanda, “Qırmızı kitab”ın təsis edilməsidir: “Hər iki istiqamətdə ölkəmizdə ESTN tərəfindən mühüm işlər görülür. Digər mühüm addımlardan biri isə reproduksiya layihələrinin hazırlanmasıdır. Reproduksiya layihələri dedikdə, nadir nəsli kəsilməkdə olan fauna növlərinin tarixən məskunlaşdığı bir ərazidən digər əraziyə köçürülməsi populyasiyasının davamlılığını təmin edilməsidir”.

 

Yay mövsümü ilə əlaqədar olaraq bütün dünyanı təhdid edən meşə yanğınlarının Azərbaycanın bəzi bölgələrində baş verməsinə toxunan A.Səmədova həmçinin təmsil etdiyi qurumun yanğın təhlükəsizliyi üzrə gördüyü qabaqlayıcı tədbirlərdən bəhs edib. Onun sözlərinə görə, hər ilin əvvəlində Ekologiya Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər planı işlənib hazırlanır: “Həmin birgə tədbirlər planında yanğın təhlükəsizliyi qaydalarına əməl olunması yanğın təhlükəsinin qarşısının alınması məsələləri öz əksini tapır. Eyni zamanda, milli park, qoruq   meşə idarələrində yanğına cavabdeh şəxslər müəyyənləşdirilir. Yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlərə gəlincə, meşə zolaqları, xüsusi mühafizə olunan təbiət əraziləri, təsərrüfatlar yaşayış məntəqələrinin sərhədlərində mineral zolaqlar salınır, həmçinin müvafiq yerlərdə su rezervuarları yaradılır”.

 

A.Səmədovanın sözlərinə görə, meşə sahələrində, yaşıllıq ərazilərdə baş verən yanğınların təhlili göstərir ki, yanğın hadisələrində 90-95 faiz hallarda insan amili, elmi dildə desək, antropogen faktor əsas rol oynayır: “Məhz bu baxımdan maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Buna görə ETSN-nin meşə, milli park qoruq idarələri tərəfindən hər il ətraf ərazilərdə yaşayan sakinlərlə maarifləndirmə işləri aparılır, onlara ərazilərdə yanğın təhlükəsi ilə bağlı tövsiyələr verilir”.

 

Nazirlik rəsmisi onu da deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərin bir hissəsi isə cari ildən başlayaraq praktiki olaraq həyata keçirilən təlimlərdir: “Əvvəlki illərdə yanğının söndürülməsi üzrə nəzəri təlimlər təşkil olunurdu. Bu ildən isə ETSN FHN-nin yerli qurumları könüllü dəstələrin cəlb olunması ilə artıq parktiki təlimlərin keçirilməsinə başlayıblar. Belə ki, yaşıllıq ərazilərdə şərti yanğın hadisəsi törədilir onun söndürülməsinə həm kənd icmalarının təmsilçiləri, həm müvafiq idarələrin əməkdaşları, gənc könüllülərdən ibarət dəstələr cəlb olunurlar. Burada məqsəd yanğın təhlükəsi zamanı, onun söndürülməsi üçün operativ müdaxilə imkanları yaratmaqdan ibarətdir”.

 

Yuxarıda bəhs edilənlər onu deməyə əsas verir ki, ölkəmizdə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi təbiətin mühafizəsinin təkmilləşdirilməsi üçün mühüm addımlar atılır.

 

Qaşqay RAMAZANOV

 

 Yeni  Azərbaycan.- 2021.- 19 avqust.- S.4.