Türkiyə mediası Azərbaycan Prezidentinin Kəlbəcər
və Laçın rayonlarına səfərini
geniş işıqlandırıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər
və Laçın rayonlarına səfəri Türkiyənin
aparıcı kütləvi informasiya vasitələri tərəfindən
geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu
agentliyi, “TRT Haber”,
“TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Yeni akıt”,
“Hüriyyət”, “Milliyet”
qəzetləri və
digər media qurumları səfərin təfərrüatlarını türkdilli ictimaiyyətə
geniş şəkildə
çatdırıblar.
Anadolu Agentliyi
yaydığı videomaterialda
dövlətimizin başçısı
İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı
barədə türkdilli
ictimaiyyətə məlumat
çatdırıb. Bölgənin füsunkar gözəlliyi,
Prezident İlham Əliyevin Kəlbəcərdə
dövlət bayrağımızı
yüksəltməsi, dövlətimizin
başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü
və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb. Bu videomaterial digər media qurumları tərəfindən də
sürətlə yayılıb.
“TRT haber” telekanalının
saytında səfərlə
bağlı fotosessiya
təqdim olunub.
“Haber global” telekanalı səfərlə bağlı
geniş videomaterial yayıb.
“Sabah” qəzeti Prezident
İlham Əliyevin səfər çərçivəsindəki
çıxışları, fikir və mülahizələri
əsasında analitik
təhlil aparıb. Yazıda Azərbaycana
qarşı həyata
keçirilmiş işğalçılıq
siyasəti və sərgilənən ədalətsizlik
faktlarla oxuculara çatdırılıb.
Qeyd edək ki, Türkiyənin
nüfuzlu kütləvi
informasiya vasitələri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin avqustun 14-də
“CNN türk” televiziya kanalına müsahibəsini
də geniş işıqlandırıb.
Bütün materiallarda Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman
Azərbaycan Ordusunun
44 günlük Vətən
müharibəsində qazandığı
rəşadət, işğal
altındakı torpaqlarımızın
düşməndən cəsarətlə
alınması, zalım
düşmənin törətdiyi vəhşiliklər,
azad olunan bölgələrimizdə həyata
keçirilən geniş
quruculuq və bərpa işləri, böyük qayıdışa
qərarlı hazırlıq
məsələləri əksini
tapıb.
Yeni Azərbaycan.-
2021.- 19 avqust.- S.2.