Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tarixi mədəni-dini abidələrin bərpasında özünün multikultural ənənələrinə sadiq qalır

 

Bu gün Azərbaycanda multikulturalizm həm xalqın həyat tərzi, həm dövlət siyasətidir. Müstəqil Azərbaycan dövləti tarixdən gələn ənənələrə istinad etməklə multikulturalizmi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında Bakı Multikulturalizm Mərkəzinin yaradılması 2016-cı ilin ölkəmizdəMultikulturalizm İlielan olunması bunun təsdiqidir. Ölkə daxilində dini icmalar dövlət dəstəyi ilə əhatə olunublar. Prezident İlham Əliyev 8 iyul 2021-ci il tarixindəAzərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqındaSərəncam imzalayıb. Sərəncama əsasən, respublikamızda müvafiq qaydada qeydiyyata alınan bütün dini icmalara maliyyə yardımı ayrılıb. Qeyd edək ki, respublikamızda indiyədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2250 məscid mövcuddur, eyni zamanda, 16 kilsə 7 sinaqoq fəaliyyət göstərir.

 

Məlum olduğu kimi, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsini böyük Qələbə ilə başa vuran Azərbaycan hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış ərəfəsindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa müasir infrastruktur quruculuğu işlərinə başlanılması bir daha təsdiqləyir ki, Azərbaycan Böyük Qayıdışı da qısa müddətdə yüksək səviyyədə həyata keçirməyə nail olacaq.

 

İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işləri mənfur düşmən tərəfindən dağıdılan yaxud məqsədli şəkildə dəyişikliklərə məruz qalan tarixi mədəni-dini abidələri əhatə edir. Vurğulamaq yerinə düşər ki, üç onilliyi əhatə edən işğal dövründə ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 68 dini abidənin, demək olar ki, hamısını dağıdıb yaxud təhqirlərə məruz qoyublar.

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tarixi mədəni-dini abidələrin bərpasında da özünün multikulturalizm ənənələrinə sadiqlik nümayiş etdirir. Faktlar təsdiqləyir ki, otuz illik işğal dövründə erməni vandalizmi yalnız azərbaycanlıların tarixi mədəni-dini irsinə deyil, həm xristianların dini ziyarətgahlarına qarşı tətbiq olunub. Məsələn, 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav kilsəsi belə acı aqibətlə üzləşib. Bundan başqa, ermənilər işğal dövründə Xocavənd rayonunun Tuğ kəndindəki İohann kilsəsində saxtakarlıq etməklə bəzi dəyişikliklərlə buranı özünküləşdirməyə çalışıblar. Ermənilərin saxtakarlıqla özününküləşdirmək istədikləri tarixi abidələrdən biri Laçın rayonunun ərazisində yerləşən qədim alban məbədiAğoğlanmonastırıdır. Laçın rayonu 1992-ci ildə işğal altına düşdükdən sonra ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşuna interyerinə bir sıra dəyişikliklər ediblər. Alban (Qafqaz) Apostol Müstəqil kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakarinin verdiyi məlumata əsasən, alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Ermənilər saxtakarlıqlara əl ataraq monastrın mehrabını daha hündür ediblər. Bundan başqa, xaç daşlarını dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyasından tikilinin alban məbədi olduğu aydın sezilir. Belə faktların sayı çoxdur.

 

Postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərdəki məscidlərlə yanaşı, digər dinlərə aid tarixi abidələr bərpa olunur yaxud ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdıqları ibadət ocaqları onların əsl sahiblərinə qaytarılır. Qazançılar kilsəsinin bərpası Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian dini irsinə diqqətini nümayiş etdirir. Qazançılar kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim Zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı bildirilir. Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar ¹ 358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi Qazançılar kilsəsinin tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur.

 

İşğaldan azad edilmiş ərazilərdə tarixi dini-mədəni abidələrin bərpası proqramı çərçivəsində Xocavənd rayonunun Tuğ kəndindəki qədim Alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib. Belə ki, Azərbaycan Alban-Udi Xristian Dini İcmasının üzvləri öz ata-babalarından miras qalan Müqəddəs İohann kilsəsində olublar. Onlar burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar. Yuxarıda bəhs etdiyimiz Laçın rayonundakıAğoğlanmonastrı da hazırda əsl sahiblərinin ixtiyarındadır. Artıq Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələriAğoğlanmonastırını da ziyarət ediblər. Ziyarətə dini icmanın təmsilçiləri ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri qatılıblar. Bütün bunlar bir daha təsdiqləyir ki, Qarabağın hər abidəsi milli-dini mənsubiyyətindən asılı olmayaraq bizim qədim, zəngin mədəni irsimizin ayrılmaz bir hissəsini təşkil edir Azərbaycan dövləti onları dirçəltmək, qoruyub-saxlayaraq gələcək nəsillərə ötürmək üçün bütün zəruri işləri görəcək.

 

Mübariz ABDULLAYEV

 

 Yeni Azərbaycan.-2021.- 24 avqust.- S.4.