Vətənə və dövlətə sədaqət, milli dəyərlərə hörmət,
humanizm Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas
prinsipləridir
Xeyirxahlıq və humanizm Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın fəaliyyətinin
əsas prinsipləridir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin irsini təbliğ etməklə yanaşı,
ayrı-ayrı sahələrdə
həyata keçirdiyi
layihələri ilə
diqqətdədir. Bu
gün bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki, ölkə
vətəndaşlarının üz tutduğu ünvan dövlətimizin
başçısı cənab
İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Uğurlarımızın zirvəsində dayanan
tarixi Zəfərimizi
nəzərə alsaq,
bu gün dövlətimizin, hər bir vətəndaşın
şəhid ailələrinə
və qazilərə diqqət və qayğısı prioritetdir.
Şəhid ailələri
və qazilərimiz Heydər Əliyev Fondunun diqqət mərkəzindədirlər. Qazilərimizin müalicəsi
istiqamətində Heydər
Əliyev Fondunun səyləri yüksək
dəyərləndirilir. Mehriban xanım
Əliyevanın xalqımıza
ünvanladığı bütün
müraciətlərinin sonunda
qeyd olunan Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN kəlməsi
onun dövlət, xalq sevgisini ortaya qoymaqla yanaşı, bu birlikdən, həmrəylikdən
qürur hissi keçirdiyini, fəaliyyətində
əsas amil kimi öndə saxladığını təsdiqləyir.
Xalqın sevgisi Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyətinə verilən
qiymətlər, aldığı
mükafatlar arasında
xüsusi yer tutur.
Hər kəs
Mehriban xanım Əliyevaya mərhəmət,
xeyirxahlıq və humanizm simvolu kimi baxır. Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin, səhiyyəsinin,
idmanının, mədəniyyətinin
inkişafı, ən
əsası ölkəmizin
beynəlxalq aləmdə
təbliği istiqamətində
həyata keçirdiyi
layihələrə diqqət
yetirmək kifayətdir.
Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə
təhsillə bağlı
bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında Yeniləşən Azərbaycana
yeni məktəb proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın
başlanması nəticəsində
ölkəmizdə üç
mindən çox məktəb əsaslı
təmir olunub və ya yenidən
tikilib. Azərbaycanda təhsilin inkişafına
böyük həssaslıqla
yanaşan Mehriban xanımın təşəbbüsü
ilə Fond bütün ölkə ərazisində Yeniləşən
Azərbaycana yeni məktəb proqramı ilə yanaşı, İnternat məktəblərinin
inkişafı, Təhsilə
dəstək kimi proqramların icrasını
da həyata keçirərək dövlət
təhsil siyasətinin
reallaşmasında müstəsna
əhəmiyyətə malik
işlər görür.
Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə ölkəmizdə, o cümlədən
Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə
də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa
və əsaslı təmir olunaraq istifadəyə verilib.
Fond Diabetli uşaqlara ən yüksək qayğı
layihəsi çərçivəsində
Azərbaycanda diabet xəstəliyinə düçar
olmuş uşaqları
müntəzəm olaraq
lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edir. Bakıda talassemiyalı xəstələr,
uşaqlar üçün
Mərkəzin, tələbatı
ödəyəcək qədər
Qan Bankının yaradılması gələcək
nəslin sağlamlığı
üçün ən
böyük töhfədir.
Talassemiyasız həyat
naminə layihəsi çərçivəsində görülən işlər
də deyilənlərin
təsdiqidir.
Vətənə sədaqət, milli dəyərlərə hörmət
və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə
təyin olunmasını
şərtləndirən əsas
amillərdir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı mərasimində
söylədiyi bu fikirləri xatırlatmaq istərdik: Mən
əminəm ki, vəzifədən asılı
olmayaraq, insan öz yolunu, peşəsini seçəndə
hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına
aydın məqsədlər
qoyub, bu məqsədlərə nail
olmağa çalışmalı,
söz və işlərində bütöv
olmalıdır.
Mehriban xanım
Əliyeva daim bu çağırışı
da edir ki,
gündəlik fəaliyyətimizdə
insansevərlik, mərhəmət,
qarşılıqlı hörmət,
mehribançılıq unudulmamalıdır.
Mehriban xanım
Əliyevanın Ulu Öndər Heydər Əliyevin yaradıcısı
olduğu Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyəti də olduqca mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyev irsinin təbliği missiyasını yerinə
yetirən Heydər Əliyev Fondunun prezidenti kimi, həm də dahi şəxsiyyətin adı ilə bağlı olan partiyanın inkişafına
dəstək olmaq qürurvericidir.
Mehriban xanım
Əliyevanın gördüyü
işlərin dövlətə,
xalqa verdiyi səmərə ölçüyəgəlməz
dərəcədə dəyərli
və əhəmiyyətlidir.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük
əməyi vardır.
Müasir Azərbaycanın
quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb
edir. Birinci vitse-prezident kimi
fəaliyyəti dövründə
Mehriban xanım Əliyeva qısa müddətdə özünün
peşəkarlığı, zəngin təcrübəsi,
böyük humanizmi və hadisələrə
genişmiqyaslı baxışı
ilə Azərbaycan tarixində qadın hərəkatının yeni
bir səhifəsini açmış, idarəetmədə qadınların
rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki
qadın hərəkatı
tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə,
idmandan mədəniyyətimizin
təbliğinə, xeyriyyəçilikdən
ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını
əhatə edir.
Mehriban xanımın təşəbbüsü
ilə həyata keçirilən tədbirlər
təkcə Azərbaycanla
məhdudlaşmır, eyni
zamanda, sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası
dialoq mühitinin formalaşdırılması, dünya
mədəni irsinin qorunması üzrə aktual məsələləri
də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə
əsasən deyə bilərik ki, bu gün Mehriban
xanım Əliyevanın
Azərbaycanı dünyada
mədəniyyət carçısı,
sivilizasiyalararası dialoq,
multikulturalizm və tolerantlıq məkanı
kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır.
Ağalar Vəliyev
Milli Məclisin deputatı
Yeni
Azərbaycan.- 2021.- 26 avqust.- S.2.