Azərbaycanda həyata keçirilən
gender siyasəti qadın hüquqlarının
qorunmasında mühüm
rol oynayır
Əldə etdiyi hərtərəfli
inkişaf nəticəsində
yerləşdiyi regionun
aparıcı iqtisadi-siyasi
aktoruna çevrilmiş
Azərbaycanda hüquq
və azadlıqların
müdafiəsi istiqamətində
də ciddi nailiyyətlər əldə
olunub ki, bu da, dünya
ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilir.
Ölkəmizdə çoxşaxəli
və davamlı islahatların aparılması,
vətəndaş cəmiyyətinin
formalaşmasında vətəndaşların
fəallığının artırılması yönündə
görülən işlər
qadınların da cəmiyyətdəki rolunun
artırılmasını təmin
edib.
Vurğulamaq lazımdır ki,
Azərbaycanda gender bərabərliyinin, qadın
hüquqlarının ən
yüksək səviyyədə
təminatı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət
siyasətinin mühüm
prioritetlərindən biri
kimi müəyyənləşdirilib.
Ümummilli Liderimizin
hakimiyyətdə olduğu
bütün dövrlərdə
qadın şəxsiyyətinin
önəmi yüksək
qiymətləndirilib. Yüzlərlə
qadınımız yaradılan
əlverişli şərait
nəticəsində fərdi
bacarıqlarını nümayiş
etdirib, müxtəlif
idarəetmə orqanlarında
rəhbər vəzifələrdə
çalışıb. Azərbaycan elminin
şöhrətini ucaldan
və onu dünyaya tanıdan qadınlara keçmiş
Sovet İttifaqı dövründə ittifaqmiqyaslı
fəxri adların verilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri
idi. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından
sonra da Ümummilli Liderimiz Heydər Əliyev cəmiyyətdə qadınların
rolunun yüksəldilməsi
məsələsini həmişə
diqqət mərkəzində
saxlamaqla onların dövlət strukturlarında,
parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş
təmsil olunmalarına
şərait yaradıb.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan
Azərbaycanın gender
siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Dövlət
başçısı gender
məsələlərinə xüsusi həssaslıqla
yanaşır. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında
milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin
edərək hər cür ayrı-seçkiliyin
qarşısını almağa
xidmət göstərir.
Gender məsələləri
ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının
gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan
təhsili və səhiyyəsində aparıcı
mövqelər tutan qadınlarımız ölkəmizin
siyasi, sosial və ictimai həyatının bütün
sahələrində fəal
iştirak edirlər.
Ölkəmizdə həyata keçirilən
gender siyasəti ilə bağlı fikirlərini bölüşən
Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının bütün
qanunları və normativ hüquqi aktlarında qadınların
bərabər hüquqlarının
təsbit edilməsi diqqət mərkəzində saxlanılır.
Millət vəkilinin sözlərinə
görə, bunlar, bütövlükdə, Konstitusiya
müddəalarına əsaslanır:
“Ölkəmiz bütün
mühüm beynəlxalq
sənədlərə, o cümlədən
1995-ci ildə “Qadınlara
qarşı ayrı-seçkiliyin
bütün formalarının
ləğv olunması”
üzrə Konvensiyaya,
2000-ci ildə isə
onun Əlavə Protokoluna qoşulub. Ulu Öndər Heydər Əliyev tərəfindən
1998-ci ildə imzalanan
“Azərbaycanda qadınların
rolunun artırılması
haqqında” Sərəncama
əsasən, dövlət
strukturları tərəfindən
daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının
Qadın Problemləri
üzrə Milli Fəaliyyət Planı hazırlandı. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu
“Qadınlara qarşı
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında”
Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə
almaqla tərtib edildi. Bu sənəd
Dövlət proqramlarının
hazırlanmasını, habelə
qadın problemləri
ilə əlaqədar
konkret təxirəsalınmaz
tədbirlərin görülməsini
nəzərdə tuturdu.
Sözügedən Fəaliyyət
Planında qadınlara
qarşı zorakılığın
bütün formalarının,
qadın ticarəti və istismarının qarşısının alınması
məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının
pozulmasında təqsirkar
şəxslərə qarşı
qanunla nəzərdə
tutulan qaydada məsuliyyətə cəlbetmə
də daxil olmaqla müvafiq ölçülərin götürülməsi
nəzərdə tutuldu”.
Millət vəkili deyib
ki, Prezident İlham Əliyev hər zaman bu məsələ ilə bağlı çıxışlarında gender
bərabərliyinin müasir
dövrdə demokratik
cəmiyyətin inkişafının
və insan hüquqlarının qorunmasının
əsas prioritetlərindən
birini təşkil etdiyini ifadə edib: “2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması
bu missiyanın daha geniş və effektiv şəkildə həyata
keçirilməsinə imkan
verdi. Komitə ötən dövr
ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində
məqsədyönlü fəaliyyət
göstərib. 2006-cı ildən
bu yana Komitə
tərəfindən gender,
ailə və digər bu kimi
məsələlərlə bağlı mühüm layihələr həyata
keçirilib. Bu gün də analojiməzmunlu layihələr
davam etdirilməkdədir”.
Mili Məclisin deputatı
Sevinc Hüseynova da bildirib ki,
tariximizin və mədəniyyətimizin bir
çox parlaq səhifələri məhz
Azərbaycan qadınının
adı ilə bağlıdır. Ölkəmizdə
cinsindən asılı
olmayaraq, hər bir vətəndaşımızın
cəmiyyətin həyatında
fəal iştirakına yaradılan
əlverişli şərait,
nəticə etibarilə,
həm də dövlətimizin inkişafına
müsbət təsir
göstərməkdədir: “Qadınlarımız ictimai
həyatda fəallığı
ilə seçilir. Bu gün Azərbaycanın
seçkili orqanlarında-parlamentdə,
bələdiyyələrdə qadınların sayı yüksək səviyyədədir.
Onların fəaliyyəti
üçün heç
bir maneə yoxdur və ictimai-siyasi həyatda fəalllıqları təmin
edilir. Xüsusi vurğulamaq lazımdır
ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti həm
də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması,
xalqımızın zəngin
irsininin təbliği,
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin,
mədəniyyətimizin inkişafı
sahəsində əvəzsiz xidmətləri
yüksək ali ideallara və milli maraqlarımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini örnək sayır”.
Millət vəkili onu
da qeyd edib
ki, 2011-ci ildə reallaşdırılan və
2015-ci ilə qədər
davam edən “Kənd və rayon yerlərində yaşayan qadınların
iqtisadi və sosial həyatda iştirakının təşviqatı”
layihəsi regionlarda yaşayan qadınların
ictimai fəal həyata cəlb olunmasında mühüm rol oynayıb. 2013-cü ildə həyata keçirilən “Yerli idarəetmədə Qadın
liderliyi” layihəsi isə gender bərabərliinin qorunması,
eləcə
də qadınların
ictimai həyatda yüksək mövqe əldə etməsi istiqamətində olduqca vacib əhəmiyyət kəsb edib. Bundan başqa, son illərdə də ölkəmizdə gender bərabərliyinin təminatı yönündə
mühüm tədbirlər
baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə,
Təhsil, Ədliyyə,
Daxili İşlər,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri
tərəfindən “Məişət
zorakılığının qarşısının alınması
ilə bağlı”
2016-2018-ci illər üçün
birgə tədbirlər
planı həyata keçirilib. Sözügedən
plana əsasən, regionlarda gender məsələləri ilə
bağlı tədbirlər
təşkil olunub, maarifləndirmə işləri
aparılıb.
Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası
insan hüquq və azadlıqlarının
mühüm tərkib
hissəsi olan qadın hüquqlarının
qorunması, səmərəli
gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.
Pərviz SADAYOĞLU
Yeni
Azərbaycan.- 2021.- 26 avqust.- S.6.