Media islahatları
milli mətbuatımızın
inkişafı üçün
mühüm önəm
kəsb edir
Məlum olduğu kimi,
Azərbaycan müstəqillik
əldə etdikdən,
daha doğrusu,
1993-cü ilin iyunundan
sonra ölkəmizdə
insan hüquq və azadlıqlarının
təməl prinsiplərindən
olan fikir, söz və ifadə azadlığının,
plüralizmin təmin
edilməsi istiqamətində
də mühüm addımlar atılıb. Ötən illər ərzində sözügedən sahədə
həyata keçirilmiş
islahatlar, atılan addımlar öz bəhrəsini verib və Azərbaycan mediası özünəməxsus
inkişaf yolu keçib. Mediamız, eyni zamanda,
üzərinə düşən
vəzifələrin öhdəsindən
layiqincə gəlməyə
çalışıb. İstər
Azərbaycanda, istərsə
də dünyada baş verənlər haqqında informasiyaların
cəmiyyətimizə, həmçinin
ölkəmiz haqqında
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində
kütləvi informasiya
vasitələri məqsədyönlü
və səmərəli
fəaliyyət göstəriblər.
Lakin bu da danılmaz bir həqiqətdir ki, müasir dövr özü ilə dəyişikliklər,
yeniliklər tələbini
də gətirir. Məhz bu baxımdan, dünyada kommunikasiya vasitələrinin sürətlə
inkişaf etdiyi, mütərəqqi texnologiyaların
və iş metodlarının tətbiq
olunduğu müasir dövrdə Azərbaycanda
da media sahəsində keyfiyyət
dəyişikliklərinə ehtiyac duyulub və bu reallıq
yeni islahatları qaçılmaz edib.
Beləliklə, yeni konseptual baxış və fərqli tənzimləmə
mexanizminin yaradılması
ilə Azərbaycan mediası özünün
inkişaf tarixində
yeni mərhələyə
qədəm qoyur. Bu konteksdə Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin
(MEDİA) yaradılması, Media haqqında qanun layihəsinin hazırlanması milli mətbuatımızın inkişafı
üçün mühüm
önəm kəsb edir.
Azərbaycanda medianın inkişafı
sahəsində aparılan
yeni islahatlarla bağlı fikirlərini bölüşən Şərq
qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, Azərbaycan milli mətbuatı bir neçə tarixi inkişaf mərhələsindən keçib
və hazırda özünün növbəti
inkişaf dövrünə qədəm qoyur: Təbii ki, bu məsələlərə
toxunan zaman Azərbaycan milli mətbuatını beynəlxalq
jurnalistika, dünya mətbuatından kənarda
təsəvvür emək
olmaz. Ona görə də yeni mərhələdə
mətbuatımızın inkişafı
üçün problemlərə
yanaşma tərzi də, yeniliklərin tətbiqi ilə bağlı məsələlər
də bu kontekstdə izah edilməlidir. Məlum olduğu kimi, klassik media ənənələri
ilə yanaşı, yeni media müasir
dünyada sürətlə
inkişaf edir. İnternet mediası öz inkişaf yolunda yeni mərhələlərə
qədəm qoyur. Bu şəraitdə peşəkar medianın da cəmiyyət qarşısında müəyyən
öhdəliklərinin mövcud
olduğunu vurğulamaq
lazımdır. Bu baxımdan,
media sahəsində islahatların tərkib hissəsi kimi dövlət başçısının
Fərmanı ilə Medianın İnkişafı
Agentliyinin (MEDİA) yaradılmasını
və yeni yaranan qurumun götürdüyü islahatlar
xəttini, yanaşmanı
müsbət qiymətləndirirəm.
Çünki MEDİA-nın
bu istiqamətdəki fəaliyyəti həm klassik medianın ənənələrinin
yaşadılması, həm
də yeni medianın inkişafı üçün dövlət
dəstəyini nəzərdə
tutur. Eyni zamanda, müvafiq proqram və layihələr çərçivəsində
yeni media strukturlarının formalaşdırılmasına,
onların texniki imkanlarının yaxşılaşdırılmasına
MEDİA-nın öz
dəstəyini göstərməsi
təqdirəlayiq haldır.
Hesab edirəm ki, söhbət burada təkcə maliyyə yardımı və ya dəstəyindən
getmir. Bu baxımdan, MEDİA-nın
bütövlükdə, jurnalistikanın
strukturlaşmasına öz
töhfəsini verəcəyinə
inanıram.
Medianın İnkişafı Agentliyinin son aylardakı fəaliyyətinə,
o cümlədən qurumun
həyata keçirdiyi
yeni layihələrə
toxunan A.Aşırlı
deyib ki, MEDİA-nın ADA Universiteti ilə birgə keçirilən proqram-layihələri
maraqlı və jurnalistikamızın inkişafı
üçün vacib
elementləri özündə
əks etdirir: MEDİA-nın və
ADA Universitetinin İxtisasartırma
Proqramlarının birgə
təşkilatçılığı ilə Mediada islahatlara doğru mövzusunda silsilə seminarlar, o cümlədən
media nünayəndələri
ilə Media haqqında qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda
müzakirələrin aparılması
milli medianın gələcək inkişafı baxımından
önəmlidir. Belə
ki, müzakirələr
zamanı qeyd edildiyi kimi, yeni qanun layihəsinin
əsas məqsədi
bütün media subyektlərinin, o cümlədən
yeni yaranmış onlayn media subyektlərinin
də fəaliyyətinin
və hüquqlarının
müəyyən etməkdir.
MEDİA-nın
tərəfdaşlığı ilə keçirilən təlim, treninq və seminarlarla da bağlı fikrini bildirən baş redaktor deyib ki, ekstremal
vəziyyətdə jurnalistlərin
davranış qaydaları
ilə bağlı təlimlərdə yerli mütəxəsssislərlə yanaşı, xarici ölkələrdən olan
beynəlxalq ekspertlərin
də iştirakı, o cümlədən
Al Jazeera (Əl-cəzirə) və
Haber Global(Xəbər-Qlobal) telekanallarının
mütəxəssislərinin təcrübələrini bizimlə
bölüşməsi mühüm
əhəmiyyət daşıyır:
MEDİA, TİKA, Anadolu Agentliyinin Xəbər Akademiyası və Türkiye Radio Televizyon Kurumunun (TRT) təşkilatçılığı ilə Böhran vəziyyətlərində jurnalistika
onlayn təlimi daxil olmaqla, xüsusilə bizim region üçün daha önəmli olan müharibə jurnalistikası ilə bağlı təlimlərin
yüksək səviyyədə
keçirilməsi həmin
sahədə çalışan
və ya maraq göstərən jurnalsitlərimizin peşəkarlığının
artırılmasına böyük
töhfə ola bilər.
Baş redaktor bu günlərdə MEDİA-nın,
Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq,
Koordinasiya Agentliyinin
(TİKA) təşkilatçılığı
ilə qardaş Türkiyənin paytaxtı
Ankarada keçirilən
Hərbi jurnalistika ilə bağlı təlimlərinin də əhəmiyyətli olduğunu
deyib: Belə
ki, Azərbaycandan 24 jurnalistin qatıldığı
təlimlərdə iştirakçılara
jurnalistika, şəxsi
təhlükəsizlik, müharibə
hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, fövqəladə
vəziyyətlərdə fəaliyyət
və digər mövzularda nəzəri çalışmalarla yanaşı,
praktiki dərslərin
nəzərdə
tutulması xüsusi önəm kəsb edir.
MEDİA-nın yeni fəaliyyət modelinin aspektləri kifayət qədər geniş fəaliyyət istiqamətlərini əhatə
edir. Bu sahədə atılan
addımlara diqqət yetirəndə, demək olar ki, hazırda
media islahatlarının
Azərbaycan mətbuatının
gələcək inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsində
xüsusi rolu olacaq, - deyə A.Aşırlı vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Məqalə Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin
maliyyə dəstəyi
ilə Fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi istiqaməti
üzrə hazırlanmışdır
Yeni Azərbaycan.- 2021.- 27 avqust.-
S.12.