Nizami Gəncəvi İliçərçivəsində görülən işlər Azərbaycan mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıyır

 

 

 

Nizami Cəfərov: “Nizami Gəncəvi İli”ndə təkcə respublikamızda deyil, həm ölkə xaricində mühüm tədbirlər həyata keçirilməkdədir

Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Xaqımızın Ümummilli Lideri Heydər Əliyevin həm SSRİ dövründə, həm müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına təbliğinə böyük önəm verilib. Ulu ÖndərinMədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdirmüdrik kəlamı bu sahədə görülən işlərin məqsəd məramını açıq şəkildə ortaya qoyur.

Ulu Öndərin milli mədəniyyətin inkişafı yönündəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının Azərbaycan mədəniyyətinin inciləri sayılan dahi şairlərimizin, mütəfəkkirlərimizin yubileylərinin keçirilməsi, onların irsinin öyrənilməsi dünyada tanıdılması istiqamətində atdığı addımlar mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, müstəqilliyimizin bərpasının 30 illiyini qeyd etdiyimiz tarix həm dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə təsadüf edir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilNizami Gəncəvi İlielan edilib. Ekspertlərin qeyd etdikləri kimi, bu, istər ölkə, istərsə dünya ictimaiyyətinin Nizami irsi ilə yaxından tanış olması üçün olduqca mühüm bir qərardır. Digər tərəfdən, bu qərar bir daha ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində davamlı tədbirlərin görülməsinin əməli təsdiqidir.

Nizami Gəncəvi İliilə bağlı fikirlərini bölüşənAtatürkMərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov bildirib ki, Nizami Gəncəvi dünya ədəbiyyatında özünün böyük dövlətçilik düşüncəsi ilə tanınan şair-mütəfəkkirlərimizdəndir. Bu mənada, 2021-ci ilinNizami Gəncəvi İlikimi qeyd olunması böyük məna kəsb edir. N.Cəfərov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev hər zaman Nizami Gəncəvi yaradıcılığına, Nizami Gəncəvinin əsərlərinin tərcümə olunmasına, çap edilməsinə, Nizamişünaslıq tədqiqatlarının miqyasının genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Nizami Gəncəvinin yubileylərinin keçmiş Sovet İttifaqı çərçivəsində, hətta dünya miqyasında qeyd edilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır: “Əsası Ulu Öndər tərəfindən qoyulan bu ənənə müstəqil Azərbaycanda daha geniş miqyasda davam etdirilir. Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər olduqca təqdirəlayiqdir. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazırlanıb həyata keçirilir. Düzdür, davam edən COVID-19 pandemiyası ilə əlaqədarNizami Gəncəvi İli”ndə kütləvi tədbirlərin keçirilməsində çətinliklər yarandı. Bununla belə, əsas məqsəd heç bir zaman unudulmamalıdır. Çünki Nizami Gəncəvi həm öz doğma yurdunu, dövlətini sevmiş bir vətənpərvər, mütərəqqi şairdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi Nizami Gəncəvi irsinə ən böyük töhfə, hədiyyə oldu”.

N.Cəfərovun sözlərinə görə, “Nizami Gəncəvi İliilə bağlı tədqiqatlar davam etdirilir, mühüm addımlar atılır. Ən əsası isə, “Nizami Gəncəvi İli”ndə təkcə respublikamızda deyil, həm ölkə xaricində mühüm tədbirlər həyata keçirilməkdədir. “Xüsusi qeyd etmək istərdim ki, İngiltərənin qədim tarixə malik Oksford Universitetində Nizami Gəncəvi adınaAzərbaycanşünaslıq Qafqazşünaslıqmərkəzi fəaliyyət göstərir. Bu mərkəzə bizim görkəmli alimimiz, akademik Nərgiz Paşayeva rəhbərlik edir. Biz bu mərkəzin fəaliyyətində yaxından iştirak edirik. Bu mərkəz həm fəaliyyəti dövründə Azərbaycanla bağlı çox ciddi araşdırmalar aparır, Azərbaycanın dünyada elmi nüfuzunu yüksəldir, Nizami Gəncəvinin dahi Azərbaycan şairi olduğunu bir daha dünya miqyasında təsdiq edir. Məhz bu təbliğat nəticəsində dünya ictimaiyyəti bütün coğrafi təyinatları ilə, ədəbi maraqları ilə, üslubları ilə azərbaycanlı olan Nizami Gəncəvi irsi ilə yaxından tanış olmaq imkanı qazanır. Bundan başqa, bu il Türkiyədə dərc olunanQardaş qələmlərdərgisinin bütöv bir nömrəsi məhz Nizami Gəncəviyə həsr edilib. Bu jurnal Avroasiya Yazarlar Birliyinin jurnalıdır akademik İsa Həbibbəylinin ön sözü ilə dərc olunan Nizami Gəncəviyə həsr edilmiş nömrə Türk dünyası ölkələrinin Nizami irsi ilə yaxından tanışlığına bir vəsilə oldu”, - deyən N.Cəfərov onu da vurğulayıb ki, Yevgeni BertelsinBöyük Azərbaycan şairi Nizamimonoqrafiyası Londonda ingilis dilində çap olunub. Bundan başqa, ölkəmizdə Nizami Gəncəvinin sətri tərcümələri hər kəsin əlinə çatacaq bir tirajla yenidən çap edilib.

Millət vəkili vurğulayıb ki, pandemiya dövrü olsa da, dahi mütəffəkirin irsinin yenidən öyrənilməsi, təbliği ilə bağlı az görülməyib. Eləcə ölkə mətbuatı, televiziyalar Nizami Gəncəvi irsinin təbliği ilə bağlı mühüm işlər görməkdədirlər: “Bundan başqa, Nizami yurdu Gəncənin girişindəXəmsə”yə aid rəsmlər kitab şəklində təqdim edilir ki, bu da çox gözəldir. Milli Məclisin Mədəniyyət komitəsində bu məsələ dəfələrlə müzakirə edilib. Xalqımız Nizami Gəncəvini sevir, fəxr edir. Təbii ki, aparılan təbliğat işində ən mühüm detal məhz beynəlxalqmiqyaslı olmasıdır. Çünki dünya ictimaiyyətinin ölkəmizi həm Nizami Gəncəvi irsi ilə tanış olarkən daha yaxından tanıması böyük bir üstünlükdür. Nizami Gəncəvi dünyanın şairidir, dünyada yaşayan hər bir insanın şairidir onun miqyası yoxdur. Nizami yaradıcılığı hər zaman hər kəs üçün aktualdır”.

 

 

Pərviz SADAYOĞLU

 

 Yeni Azərbaycan.- 2021.- 31 avqust.- S.8.