Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada
təşkil edilən
sərgilərə baxıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”
və “Yenidən doğma diyarda. Qarabağın sənət
inciləri” sərgiləri
ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, əvvəlcə,
Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin
incisidir” adlı sərgi ilə tanış oldular.
Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və
mədəniyyətinin mərkəzi
kimi qədim tarixə sahibdir. İşğal dövründə
talan edilən muzeylərdə Azərbaycana
məxsus qiymətli tarix və mədəniyyət
nümunələri, dünyada
məşhur Azərbaycan
xalçaları və
Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları,
həmçinin digər
dəyərli eksponatlar
olub. Məhv edilən həmin xəzinələr təkcə
Azərbaycanın yox,
həm də bütün dünya mədəniyyətinin nümunələri
idi.
Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri
ziyarətçiləri sevincli
və kədərli, real və fantastik,
açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə
aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas
ilham mənbəyi Qarabağdır. Azərbaycanın
tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus
atmosferi ilə fərqli nəsillərdən
və cərəyanlardan
olan rəssamların və heykəltəraşların
dünyagörüşünə böyük təsir edib.
Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa
Mirzəzadə, Toğrul
Nərimanbəyov, Maral
Rəhmanzadə, Nadir
Abdurrəhmanov, Mikayıl
Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər
görkəmli rəssamlarının
əsərləri yer
alıb. Sərgidə
Qarabağın mənzərələri,
ədibləri, xalçası,
atı, muğamı,
Vətən müharibəsində
qələbə mövzularına
geniş yer verilib. Altmışdan çox əsərin
nümayiş olunduğu
sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”,
Xalq rəssamı Səttar Bəhlulzadənin
“Yuxarı Daşaltı”,
Əməkdar rəssam
İnna Kostinanın “Qarabağın zənginliyi”,
Leyla Əliyevanın
“Xarıbülbül” əsərləri,
Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri
və digər əsərlər nümayiş
olunur.
* * *
Sonra Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa
və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq
Qalereyasında “Yenidən
doğma diyarda. Qarabağın sənət
inciləri” sərgisi
ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz
xalçalar, xalça
məmulatları, milli
tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş
olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça
nümunələri də
yer alıb.
Qeyd edək
ki, yenidən öz doğma diyarında sərgilənən
bu eksponatların əksəriyyəti Birinci
Qarabağ müharibəsi
zamanı Azərbaycan
Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlərboyu çox
yüksək dəyərləndirilən,
xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ
xalçalarının müxtəlif
bölgələrə aid
nümunələrini görmək
mümkündür. Buraya maldarlıqla
məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə
ehtiva edən, peşəkar emalatxanalarda
toxunan nəbati naxışlı və süjetli xalçalar - “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”,
“Malıbəyli”, “Qasımuşağı”,
“Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü,
mükəmməl kompozisiya
quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi
xüsusi maraq doğuran eksponatlardandır.
Beləliklə, “Yenidən
doğma diyarda. Qarabağın sənət inciləri”
sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların
həyat və məişətini, estetik
zövqünü, sənətkarların
bədii dünyagörüşünü
duymağa, həmin tarixi dövrlərə səyahət etməyə
imkan yaradır.
* * *
Heydər Əliyev
Fondu tərəfindən
Vaqif Poeziya Günləri çərçivəsində
Şuşada “Yaddaş.
Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın
qədim tarixini, zəngin mədəniyyətini,
gözəl təbiətini,
ənənələrini təcəssüm
etdirir. Ermənistan vaxtilə işğal
altında saxladığı
ərazilərdə mədəni
irsimizə, tarixi-memarlıq
nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən
tarixi-mədəni obyektlər,
dini ocaqlar məhv edilərək, bir sıra rayon
və şəhərlər
yerlə-yeksan olunub.
Ziyarətçilərə,
həmçinin işğaldan
azad olunmuş rayon və şəhərlərdə
ermənilərin törətdiyi
vəhşiliklərə, dağıntılara
dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi
zamanı Ermənistan
tərəfindən mülki
əhaliyə qarşı
törədilən cinayətləri
əks etdirən fotolar da nümayiş
olunur.
Yeni Azərbaycan.- 2021.- 31 avqust.-
S.5.