Mədəniyyət naziri: Bir daha dünyaya
göstərdik ki, Şuşada olan abidələr xalqımıza
məxsusdur və biz onlara sahib
çıxıb bərpa
edirik
Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan
mədəniyyətinin paytaxtdır.
Bu şəhərdə
olan abidələr xalqımıza məxsusdur
və biz o abidələrə sahib çıxıb onları
bərpa edirik.
AZƏRTAC xəbər verir ki, bunu
Vaqif Poeziya Günləri çərçivəsində
jurnalistlərə müsahibəsində
mədəniyyət naziri
Anar Kərimov söyləyib. Nazir qeyd edib ki, məqbərə Ulu Öndərin təşəbbüsü ilə
inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı
olub. 1992-ci ildə Şuşa şəhərinin
Ermənistan tərəfindən
işğalı nəticəsində
kompleksin binası və burada sərgilənən bütün
eksponatlar məhv edilib.
“Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə
yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi
günün şahidiyəm.
Əminik ki, biz bundan sonra
Şuşamızı və
Qarabağımızı inkişaf
etdirəcəyik”, - deyə
nazir Anar Kərimov fikrini yekunlaşdırıb.
Yeni Azərbaycan.- 2021.- 31 avqust.-
S.6.