Azad olunmuş ərazilərdə ətraf mühitə təbii sərvətlərə vurulmuş zərərlə bağlı qiymətləndirmələr aparılıb, araşdırma materialları Baş Prokurorluğa təqdim edilib

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa Ağdam nümayəndəliklərinin, Ekologiya Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

 

İclasdaAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planıüzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilmiş, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

 

Ətraf mühitə təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılıb Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

 

Bildirilib ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilmiş rayonların ərazisindən keçən çayların müəyyənləşdirilmiş nöqtələrindən davamlı olaraq su dib çöküntüsü nümunələrinin götürülməsi işlərini aparır. Həmin nümunələr üzrə təhlillər aparılır çirkləndiricilərin dinamikası hazırlanır. Transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Şərqi Zəngəzur ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır. Hazırda Oxçuçayda dib çöküntülərindən müxtəlif səviyyələrdən götürülmüş nümunələr üzrə qiymətləndirmə aparılır.

 

İclasda, həmçinin yanacaq tələbatının meşə oduncağı hesabına tam ödənilməsi mümkün olmadığı üçün digər alternativ yanacaqlardan istifadəyə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda ölkəmizdə tullantı materiallarından (fındıq qabığı, kənd təsərrüfatı məhsullarının istehsalından yaranan tullantılar s.) briketləşmiş kömür istehsalı getdikcə genişlənir. Həmin yanacaq növündən istifadə əlavə xərclərə (nəqliyyat, yanacaq, əl əməyi, vaxt, daşınma üstünlüyü, istilikverməyə görə oduncaqdan üstün olması s.) qənaət etməklə yanaşı, xüsusi əhəmiyyətli meşələrimizə təzyiqi azalda bilər.

 

Qeyd olunanları nəzərə alaraq aidiyyəti qurumlar tərəfindən yanacaq kimi meşə oduncağı əvəzində alternativ yanacaq növlərindən istifadə olunması istiqamətində işlər planlaşdırılır.

 

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

 Yeni Azərbaycan.- 2021.- 31 avqust.- S.7.