Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib

 

Avqustun 30-da Türkiyə Respublikasının Zəfər bayramı Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib. Əvvəlcə Türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib, tədbir iştirakçıları Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.

 

Tədbir Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edib.

 

Qeyd edək ki, görkəmli dövlət xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazanıb. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil olub. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin hərb zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapdağından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək olub, döyüşlərdə iştirak edərək şəhidlər verib.

 

Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularınınümummilli lider Heydər Əliyevin Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi məxsus olduqları xalqı dövləti yaşadıb, bu gün yaşadır. Qardaş Türk xalqının öndəri Mustafa Kamal AtatürkünAzərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir ümummilli liderimiz Heydər ƏliyevinAzərbaycan-Türkiyə bir millət iki dövlətdirkəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən m

 

 Yeni Azərbaycan.- 2021.- 31 avqust.- S.8.