Torpaqlarımızın işğaldan
azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn
qəhrəman Kərim
Məmmədov
2020-ci il Azərbaycanın tariximizə
Zəfər ili, topraqlarımızın işğaldan
azad olunduğu il kimi düşdü.
Sentyabrın 27-də işğalçı
Ermənistanın ölkəmizə
qarşı həyata
keçirdiyi növbəti
hərbi təxribata cavab olaraq Ordumuzun
başğadığı 44 günlük Vətən müharibəsi düşmənin
sarsıdıçı məğlubiyyəti
ilə nəticələndi.
Azərbaycan xalqı bu müharibədən alnı
açıq, üzü
ağ çıxdı,
Zəfər, qələbə
qazandı. Döyüş
meydanında qazandığımız
qələbəyə görə
xalqımız Müzəffər
Ali Baş Komandanımız başda
olmaqla ordumuza, igid zabit və
əsgərlərimizə, qazilərimizə və canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır.
Biz də “Yeni Azərbaycan”
qəzeti olaraq du sayımızdan etibarən Vətən müharibəsi zamanı döyüş meydanında
əsl qəhrəmanlıq
göstərib, yeni dastanlar yazan şəhid və qazilərimiz haqqında oxucularımıza ətraflı
məlumat verəcəyik.
Kərim, sanki,
hər gün şəhidliyə doğru
yol gedirdi
Beləliklə, ilk yazımız torpaqlarımızın işğaldan
azad olunması uğrunda döyüşlərdə
şücaət göstərərək
qəhrəmancasına şəhid
olan Kərim Namil oğlu Məmmədov haqqındadır.
Onu yaxından tanıyanlar deyirlər ki, Kərim, sanki, hər gün şəhidliyə
doğru yol gedirdi. Və nəhayət, o gün gəldi, Uca Tanrı igidlərin içərisindən seçdiyi
bəndələrindən biri
kimi onu da önə çəkdi, əyninə
şəhidlik libası
biçdi. Kərim qəlbinin istəyi ilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz insan şərəfli bir həyat yaşadı... Fani dünyada ömrünün
bitdiyi andan əbədiyaşarlığa qovuşdu....
Kərimin həyat
hekayəsini qələmə
almaq üçün
Məmmədovlar ailəsinin
Gəncənin mərkəzi
küçələrindən birində yerləşən
evinin önündə
Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış
mənzilinə baş
çəkdik. Qapını şəhidin həyat yoldaşı Əfsanə
xanım açdı.
Sonra isə qarşımıza şəhidin
gülüzlü balaları
- 7 yaşlı Zeynəb
və 5 yaşlı Hüseyn qaçdı. Hüseyn böyüklərə
xas təmkinlə bizimlə salamlaşdı,
Zeynəb isə danışmağa başladı:
“Hüseyn anama oxşayır, mənim gözüm, qaşım atama oxşayır”. Balaca Zeynəb atasına oxşadığına
görə fəxr edirdi, sanki özünü
göylərin yeddinci
qatında hiss edirdi. Zeynəbin sözündən, söhbətindən
doymaq çətin idi, danışdıqca atasına oxşayan gözləri par-par yanırdı.
Zeynəbin hay-küyünə, şən gülüşlərinə
Kərimin anası Zərifə xanım da həyətə çıxdı. Şəhid
anası məğrur
dayanmışdı. Məqsədimizin
Kərimin həyat tarixçəsini vərəqləmək
olduğunu bilən Zərifə xanım canını, qanını
Vətən uğrunda
qurban verən Kərim kimi oğulun anası olduğu üçün
fəxr etdiyini xüsusilə vurğuladı.
Hərbi xidmətində
hər zaman nümunəvi olub...
Beləliklə, xatirələr çözələndi.
Şəkillərdən gülə-gülə
bizə baxan Kərimin qısa, ancaq mənalı həyat hekayəsini anasının, həyat yoldaşının dilindən
eşitdik: Kərim Məmmədov Gəncə
şəhər 27 saylı
tam orta məktəbi bitirib. Vətənə, elə-obaya
xeyirli övlad olmaq arzusu ilə
yaşayıb. Hərbi
xidmətdə olduğu
müddətdə nümunəvi
xidmətinə görə
dəfələrlə fəxri
fərman və medallarla təltif edilib. Daxili Qoşunlarda müddətdən
artıq hərbi qulluqçu kimi Vətənə xidmət
edən Kərim təhsilini davam etdirir, gizir kimi xidmətə başlayır. Yenə də nümunəvi xidmətinə görə
fəxri fərmanlarla,
diplomlarla təltif edilir, şəkili Şərəf lövhəsindən
asılır.
Əfsanə xanım deyir ki, Kərim yarımçıq işi
xoşlamazdı. 2020-ci ilin sentyabrın 16-da bel yırtığından əməliyyat
olunmuşdu. Dövlət
tərəfindən verilən
60 günlük məzuniyyətin
heç 60 saatını
özünə həsr
etmədi, dincəlmədi,
yenidən sevdiyi peşəsinə, iş başına qayıtdı.
Əməliyyatdan çıxmasına baxmayaraq Vətən müharibəsində silahını
əlinə alıb döyüş meydanına
atıldı. Oktyabrın
2-də Murov uğrunda
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
yüksəldi.
“Anasını, övladlarını hədsiz
sevirdi. Əsgərləri
də balalarından seçmirdi. Deyirdi ki, orda olan
əsgərlər mənim
balalarımdır. Mən
onlara elə diqqət göstərməliyəm
ki, onlar özlərini yalnız hiss etməsinlər” - deyən Əfsanə xanım göz yaşlarını saxlaya bilmir: “Adətən, sözünü-sirrini ataya-anaya
deyirsən. Mənim sirr yerim, söz
yerim Kərim olub. Ürəyimdəkiləri
onunla paylaşardım.
Həmişə qar görməyi çox arzuladığımı deyərdim.
Gəncəmiz demək olar
ki, neçə qış fəslini qarsız yola salmışdı. Ötən
qışda Gəncəyə
əməlli-başlı qar
yağdı. Kərim
komandirindən icazə
alıb, gəldi, bizi Gəncənin daha çox qarla örtülü hissələrinə apardı.
Bu bizim Kərimlə birlikdə keçirdiyimiz son qarlı günümüz oldu”.
O, təkcə övladlarına deyil, Azərbaycan gənclərinə
də əsl örnək oldu
Tanrı Məmmədovlar
ailəsinin taleyinə
şəhidlik yazmışdı...
Kərim ailəsindən,
övladlarından çox
Vətənini sevirdi.
Ailə şəkillərinə
baxırıq... Ailə
səadətinin şirinliyi
onların gözlərindən,
üzlərindəki təbəssümdən
oxunur. Bir də şücaəti, igidliyi və vətənpərvərliyi ilə
yadda qalan Kərimin “öncə Vətən!” ruhunun onun bütün ailə üzvlərinin varlığına hakim kəsildiyini görürük.
Məmmədovlar ailəsində Kərimin ilk nübar sevinci, qız övladı Zeynəb, oğul payı Hüseyn böyüyür.
İndi ailənin ağır yükü Əfsanə Məmmədovanın
çiyinlərinə düşüb.
Həyat yoldaşının
arzularına, ideyalarına
sadiq olan bu vəfalı qadın Uca Yaradandan güc, qüvvət istəyir ki, Kərimin yadigarları - Zeynəbi, Hüseyni onun vəsiyyət etdiyi kimi, milli ruhda
yetişdirsin. Düşünür ki, Kərimdən sonra dərd içində özünü
məhv etməyə mənəvi haqqı yoxdur, qarşıda onu böyük işlər gözləyir.
Özünü toparlayıb
həyatına davam etməli, Kərimin əqidəsinə sadiq, Vətənə layiq övladlar böyütməlidir.
Onu da öyrənirik ki, şəhidliyi ilə təkcə övladlarına
deyil, Azərbaycan gənclərinə də
əsl örnək olan Kərimin Vətən uğrunda döyüşlərə yola
düşəndə ailəsinə,
valideynlərinə son
sözü “məndən
nigaran qalmayın” olub. Biz isə
deyirik, igid Vətən oğlu, rahat uyu və
sən də ailəndən, valideynlərindən,
gül üzlü balalarından qətiyyən
nigaran qalma.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.- 2020.- 16 dekabr.- S.5.