Fərəc Quliyev: Azərbaycanla Türkmənistan
arasında razılaşmanın
əldə edilməsi
mühüm siyasi və iqtisadi əhəmiyyəti olan tarixi hadisədir
“Xəzər
dənizində “Dostluq”
yatağının işlənməsi
ilə bağlı Azərbaycanla Türkmənistan
arasında razılaşmanın
əldə edilməsi,
ilk növbədə,
iki ölkə arasında əlaqələrin
genişlənməsinə, həmçinin regionda əməkdaşlıq və
qarşılıqlı etimad
mühitinin gücləndirilməsinə
töhfədir”.
Bu fikirləri
qəzetimizə açıqlamasında
Milli Dirçəliş
Hərəkatı Partiyasının
sədri Fərəc Quliyev deyib.
F.Quliyev bildirib
ki, Azərbaycanla Türkmənistan arasında
münasibətlərin bugünkü
yüksək səviyyəyə
çatdırılmasında son illərdə qarşılıqlı səfərlərin
və imzalanan ikitərəfli sənədlərin
də rolu olub: “Memorandumun imzalanması Azərbaycanın
neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi
istiqamətində atılan
mühüm addımdır.
Məlum olduğu kimi, Qərbin enerji təhlükəsizliyinin
təmin olunmasında
strateji əhəmiyyətə
malik olan Azərbaycanın yeni yatağın işlənməsi
prosesinə qoşulması
xarici tərəfdaşlarımızın
da marağındadır.
Bu hadisə neft və qaz
ixracatçısı olan
Azərbaycanın Qərb
partnyorları ilə yeni strateji əməkdaşlıq
perspektivlərini, həm
də tranzit ölkə kimi əhəmiyyətini artıracaq”.
“Enerji ehtiyatları
ilə zəngin olan Türkmənistanla belə bir razılaşmanın
əldə edilməsi
gələcək əməkdaşlıq
üçün yeni baza yaradılması baxımından da əhəmiyyət daşıyır.
Eyni zamanda, iqtisadi əlaqələrin
genişlənməsi Türkmənistan
iqtisadiyyatının inkişafına
da təkan verəcək. “Dostluq” yatağının işlənməsini
Azərbaycanın qədim
İpək Yolunun bərpası ilə bağlı layihələrdə
yeni pozitiv impuls kimi də
dəyərləndirmək olar. Regionumuz üçün siyasi əhəmiyyətinə gəlincə,
Türkiyənin Naxçıvan
dəhlizi vasitəsilə
türk dövlətləri
ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsinə
təsir göstərəcək.
Bütün bunları
nəzərə alaraq
demək olar ki, Azərbaycanla Türkmənistan arasında
razılaşmanın əldə
edilməsi mühüm
siyasi və iqtisadi əhəmiyyəti
olan tarixi hadisədir”, - deyə F.Quliyev bildirib.
Q.RAMAZANOV
Yeni Azərbaycan.-
2021.- 2 fevral.- S.7.