İspan mətbuatı
Azərbaycan tərəfindən
Ermənistana qarşı
Avropa İnsan Haqları Məhkəməsinə
şikayət verilməsindən
yazır
İspaniyanın EFE informasiya agentliyi və ölkənin qocaman qəzetlərindən
biri olan “La Vanguardia” “Azərbaycan Dağlıq Qarabağdakı müharibəyə
görə Ermənistanı
Avropa İnsan Haqları Məhkəməsinə
verib” sərlövhəli
material dərc edib.
AZƏRTAC xəbər
verir ki, materialda Azərbaycanın
Dağlıq Qarabağın
30 ilə yaxın işğal altında olduğu dövrdə və bu yaxınlardakı
44 günlük müharibə
zamanı öz vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına
görə Avropa İnsan Haqları Məhkəməsində
Ermənistana qarşı
iddia qaldırması diqqətə çatdırılır.
Bu barədə
İspaniyanın EFE informasiya
agentliyinə Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyəti rəhbərinin
müavini, Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.
Azərbaycanlı deputat izah edib ki, şikayət
ərizəsində Ermənistan
tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ
regionunun və ona bitişik rayonların 30 ilə yaxın davam edən işğalı dövründə dinc azərbaycanlı əhalinin
və hərbi qulluqçuların yaşama,
dini etiqad və mülkiyyət
hüquqlarının pozulması,
həmçinin bu insanlara işgəncə verilməsi və onlarla qəddar davranış kimi məsələlər qaldırılır.
İspaniya nəşri
diqqətə çatdırır
ki, Azərbaycan Qarabağda müharibələrin
gedişində 3890 vətəndaşının
itkin düşməsi
barədə sübutlar
gətirib. Bununla yanaşı, Ermənistan
bu faktların təhqiqatı üçün
hər hansı tədbirlər görməyib.
Qeyd olunur
ki, bu, Azərbaycanın
Ermənistana qarşı
ilk şikayətidir. Çünki azərbaycanlıların
bundan əvvəlki şikayətləri fərdi
qaydada qeydiyyatdan keçirilib.
Yeni Azərbaycan.-
2021.- 11 fevral.- S.6.