AZƏRBAYCAN
DÜNYAYA ÖRNƏK MULTİKULTURALİZM MODELİ
TƏQDİM EDİR
Bakı Multikulturalizm
Mərkəzinin icraçı
direktoru Rəvan Həsənovun Türkiyənin
yeniakıt.com və milatgazetesi.com informasiya portallarında müsahibəsi dərc edilib.
“Azərbaycan 44 günlük vətən müharibəsindən sonra
qələbəsi ilə
yeni bir dövrə qədəm qoydu. Qələbədən
sonra Azərbaycan mədəniyyəti daha çox təbliğ olunmalı və ermənilərin mədəniyyət
abidələrinə qarşı
törətdikləri vəhşiliklər
beynəlxalq ictimaiyyətə
daha çox izah edilməlidir." Müsahibəsində R. Həsənov bu sözləri qeyd edərək bildirib ki, Bakıda
və Azərbaycanın
digər bölgələrində
kilsələr, məbədlər,
monastırlar, eləcə
də digər dini abidələr qorunub saxlanılsa da, ermənilər nə işğaldan azad edilən ərazilərdə,
nə də Ermənistan adlandırdığımız Qərbi Azərbaycan torpaqlarında bu həssaslığı göstərməyiblər.
Əksinə, bütün
abidələri məhv
ediblər. “Ermənilərin
otuz il ərzində
işğal etdikləri
torpaqlarda milli, mənəvi və mədəni abidələrimizi
necə məhv etdiklərini bütün dünyaya elan etməliyik. Sanki dünyanın görə
bilmədiyi və ya görmək istəmədiyi həqiqətləri
onların üzünə
səsləndirməliyik.”
BBMM-in icraçı
direktoru onu da əlavə edib ki, Prezident
İlham Əliyevin də vurğuladığı
kimi, mədəniyyətlərin
kəsişməsində olan
Azərbaycan örnək
model olan multikulturalizm və tolerantlıq ənənəsinə
sahibdir. Ermənistandan
fərqli olaraq, müxtəlif etnik qruplara, kimliklərə və dinlərə mənsub insanlar ölkəmizdə sülh
və barış içərisində yaşayırlar.
“Bu müharibə
həmrəy olduğumuzu,
heç bir gücün bizi heç vaxt bölə bilməyəcəyini
ortaya qoydu. Səngərdəki qəhrəmanlarımız düşmənə qarşı,
qalanlarımız informasiya
müharibəsində düşmənə
qarşı vuruşduq.”
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm
birləşən Azərbaycan
xalqı torpaqlarımızı
işğaldan qurtardı.
Yenə də bu bölgələrdə
hər kəs dinc və sakit yaşamağa davam edəcək. Çünki Azərbaycan
dünyaya çox inkişaf etmiş bir multikulturalizm, sülh və tolerantlıq modeli təqdim edir. Buna görə də, müxtəlif etnik və dini kimliyə
sahib olmasına baxmayaraq, bütün azərbaycanlılar "Azərbaycan"
deyərək, Vətənin
müdafiəsinə qalxdığı
kimi, mədəniyyətimizi,
adət və ənənələrimizi də
qoruyacaq, əbədi yaşadacaqlar.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
mətbuat xidməti
Yeni Azərbaycan.-
2021.- 9 fevral.- S.7.