“Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda
konfrans keçirilib
Fevralın
5-də Bakıda, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun və Türk Dünyası Mühəndislər
və Memarlar Birliyinin birgə əməkdaşlığı
çərçivəsində “Qarabağın keçmişi,
bu günü və gələcəyi” mövzusunda konfrans təşkil
olunub. Konfrans həmçinin
videoformat şəklində aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfrans iştirakçılarını
salamlayaraq bildirib ki, 2020-ci ilin Vətən müharibəsində
şanlı Qələbədən
sonra Qarabağ torpağı bütün
türk xalqlarını
daha da sıx
birləşdirib. Zəfərin
gətirdiyi fəxarəti
Azərbaycanla yanaşı,
bütün türk dünyası yaşayır.
Qeyd edilib
ki, 30 ilə yaxın müddət ərzində işğal
altında olan torpaqların vəziyyəti
bizi çox sarsıdıb. Düşmənin viran qoyduğu
bu şəhərlər
vaxtilə Azərbaycanın mədəniyyət
mərkəzləri idi.
Şuşa, Ağdam,
Füzuli, bütövlükdə
Qarabağ neçə-neçə
bəstəkarların, xanəndələrin,
şair və yazıçıların, eyni
zamanda Azərbaycan memarlığının şah
əsərlərinin vətənidir.
Günay
Əfəndiyeva diqqətə
çatdırıb ki,
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ermənilərin törətdiyi
cinayət əməllərini
qətiyyətlə pisləyən,
dünya ictimaiyyətini
bu hallara obyektiv münasibət bildirməyə səsləyən
bəyanatlar verib.
Türkdilli Ölkələrin
Parlament Assambleyasının
(TÜRKPA) Baş katibi
Altınbek Mamayusupov
44 günlük Vətən
müharibəsində qazanılan
Qələbəni bütün
türk dünyasının
sevinclə qarşıladığını
deyib. Bildirib ki, təmsil etdiyi qurum hər
il təşkil olunan plenar iclaslar
zamanı xalqlarımız
və dövlətlərimiz
üçün faydalı
qərarlar almağa çalışır. Həmçinin
şəhərsalma sahəsində
ehtiyac duyulan bütün texniki infrastrukturun inkişaf etdirilməsi üçün
əməkdaşlıq etməyə
hazırdır.
Konfransa videoformatda
qoşulan Azərbaycanın
Türkiyədəki səfiri
Xəzər İbrahim
qonaqları salamlayaraq,
bu cür önəmli bir tədbirin təşkilinə
görə Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fonduna təşəkkürünü
bildirib. Azərbaycan və Türkiyə dostluğuna toxunan səfir qeyd edib ki, iki
qardaş ölkə arasında olan münasibətin keçmişinin
təməli möhkəm,
bu günü şərəfli, gələcəyi
isə parlaqdır. Səfir, eyni zamanda Qarabağda
yerləşən maddi
mədəniyyət abidələrinin
dağıdılması, talan
edilməsi, mənimsənilməsi
məsələsinə münasibət
bildirərək, bu istiqamətdə görülə
biləcək işlərdən
danışıb.
Konfransda iştirak
edən Türkiyənin
Azərbaycandakı səfiri
Erkan Özoral da iki ölkənin
qardaşlığından bəhs edib. Səfirin sözlərinə görə,
44 günlük müharibədə
Türkiyə bir daha Azərbaycanın – qardaş xalqın yanında olduğunu bütün dünyaya göstərdi: “İndi hər kəs bilir ki, Türkiyə
və Azərbaycan tək ürəkdir. İndi də Azərbaycanın önündə
duran əsas vəzifə dədə-baba
yurdlarından qovulan vətəndaşların evlərinə
dönməsi və buranı yararlı hala salmaq üçün
Qarabağı - “Qafqazın
Xirosiması”nı bərpa
etməkdir. Türkiyə
bu istiqamətdə də bütün dəstəyi verməyə
hazırdır”.
Azərbaycan Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış
edərək, təmsil
etdiyi qurumun işğaldan azad olunan torpaqlarda şəhər və kəndlərin bərpası
və planlaşdırılması
istiqamətində işlərə
başladığını bildirib. Qeyd edib ki, bərpa
olunacaq yerlərlə
bağlı qərargah
və digər mərkəzlər fəaliyyət
göstərir ki, onların da birbaşa vəzifəsi şəhərsalma məsələləri
ilə məşğul
olmaqdır. Komitə tərəfindən ərazinin
inkişaf planı hazırlanması üçün
şəhər və
kəndlər üzrə
məlumatların toplanması,
sistemləşdirilməsi işi
aparılır.
Konfransa qoşulan
Türkiyənin ətraf
mühit və şəhərsalma nazirinin
müavini Mücait Demirtaş Qarabağın
işğaldan azad olunmasını tarixi Qələbə adlandırıb.
“Dünənə qədər
bütün dünya Qarabağın işğalından
danışırdı, bu
gün dastan olan Zəfərindən danışır. Gələcəkdə
isə Türkiyə və Azərbaycanın birlikdə yenidən bərpa edəcəyi Qarabağın dirçəlməsindən
danışacaq”, - deyə
o vurğulayıb.
Türk Dünyası Mühəndislər
və Memarlar Birliyinin baş katibi İlyas Demirçi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova, Qazi Universitetinin rektoru Musa Yıldız, TDMMB Ankara Mərkəz şöbəsinin rəhbəri
Murad Koru və digər iştirakçılar konfransda
çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb,
gələcək planlar
haqqında danışıblar.
Sonda konfrans
iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim
olunub.
Yeni Azərbaycan.-
2021.- 9 fevral.- S.4.