Abutalıb Səmədov:
Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından
biridir
“Cənubi Qafqazın
ən güclü dövləti olan Azərbaycanı İtaliya
ilə sıx əlaqələr bağlayır.
Belə ki, İtaliya ilə münasibətlərimizin inkişaf
dinamikası olduqca yüksəkdir və iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri
daim genişlənir”.
Bu fikirləri qəzetimizə açıqlamasında
Azərbaycan Naminə
Alyans Partiyasının
sədri Abutalıb Səmədov deyib.
Partiya sədrinin
sözlərinə görə,
hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından
biridir: “Azərbaycanda
sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə
və digər sektorlarda İtaliyanın
100-dən çox şirkəti
fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham
Əliyev bu günlərdə İtaliyanın
“Maire Tecnimont Group” şirkətinin rəhbərliyini videoformatda
qəbul edərkən
bu əməkdaşlığa
yüksək qiymət
verib. İtaliya şirkətinin Azərbaycanda
dəyəri 1,6 milyard
avrodan çox olan layihələrə cəlb edilməsi, onun Azərbaycan filialında yerli kadrların sayının 70 faizdən
çox olması məmnunluqla qeyd olunub. Dövlət başçısı bildirib ki, erməni
işğalından azad
olunmuş ərazilərin
bərpa və tikinti işlərinə yalnız dost ölkələrdən olan
şirkətlər dəvət
olunacaqlar və artıq ilk dəvət alanlar içərisində bir neçə İtaliya şirkəti də yer alır”.
A.Səmədov onu da əlavə edib ki, İtaliya hökuməti tərəfindən
Azərbaycanın oktyabrın
30-31 tarixlərində Romada
keçiriləcək “Böyük
iyirmilik” (G20) ölkələrin
zirvə görüşünə
dəvət edilməsi
də böyük önəm kəsb edir: “Bu,
dövlətimizin mötəbər
G20 sammitində ikinci dəfə iştirakı
olacaq. 2015-ci ildə Türkiyənin dəvəti
ilə Antalyada “Böyük iyirmilik” ölkələri liderlərinin
sammitində də dövlət başçımız
Azərbaycanı yüksək
səviyyədə təmsil
etmişdi”.
Qaşqay
Yeni Azərbaycan.- 2021.- 12 fevral.- S.7