ICESCO-nun 2021-ci iliQadınlar ilielan etməsi çox tarixi əlamətdar bir hadisədir

 

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

- Jalə xanım, bu günlərdə ICESCO tərəfindən elan olunanQadınlar iliçərçivəsindəQadınlar qızlar elmdəBeynəlxalq Günü münasibətilə videokonfrans formatında tədbir keçirilib. Tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Hesab edirəm ki, bu tədbirin böyük əhəmiyyəti var. Qeyd edim ki, adıçəkilən tədbir BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixiniQadınlar qızlar elmdəBeynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq təşkil edilmişdi.

Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm 1918-ci ildə qadınlara seçmək seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır...” Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Birinci xanım bu fikirləri məhz ICESCO tərəfindən elan olunanQadınlar iliçərçivəsindəQadınlar qızlar elmdəBeynəlxalq Günü münasibətilə təşkil olunmuş videokonfrans formatında tədbirdə çıxışı zamanı dilə gətirdi.

İstər BMT-nin, istərsə Azərbaycan ilə uzun illərdir çox məhsuldar konstruktiv əməkdaşlıq edən ICESCO-nun 2021-ci iliQadınlar ilielan etməsi çox tarixi əlamətdar bir hadisədir. Çünki bu gün həyatın bütün ağırlıqları, yükü,demək olar ki, qadınların çiyinləri üzərindədir.

Bu gün hər cür fiziki mənəvi təzyiqlərə, zorakılıqlara məruz qalanlar da məhz zərif cinsin nümayəndələri olan qadınlardır. Bu gün dünyanın elə bir nöqtəsi, elə bir coğrafiyası yoxdur ki, orada qanlı qarşıdurmalar, qırğınlar, vətəndaş müharibələri, terror aktları, aclıq, səfalət, insanlıq dramları yaşanmasın.

Bu qanlı qarşıdurmaların, bu insanlıq dramlarının baş qurbanları da yenə qadınlardır. Odur ki, ilin istənilən gününü, təqvimin istənilən ilini qadınlara ayırsalar, həsr etsələr belə, yenə azdır. Qadınlar, zərif cinsin nümayəndələri hər zaman, xüsusi diqqətə, həssas münasibətə, qayğıya layiqdirlər, belə demək mümkünsə, möhtacdırlar. Bu istiqamətdə atılan istənilən müsbət addım da yalnız yalnız alqışa, təqdirə layiqdir.

- Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan qadınları da fədakarlıq göstərdilər...

- Çox sevindirici qürurverici haldır ki, tarixən bir çox zülmlərə, insanlıq dramlarına məruz qalan, elə təkcə 2020-ci ilin sonlarına qədər davam edən qanlı münaqişənin odundan-alovundan keçən Azərbaycan qadını hər məqamda öz mərdanələyi, öz qəhrəmanlığı ilə seçilmiş, fərqlənmişdir, kişilərlə çiyin-çiyinə, kürək-kürəyə, omuz-omuza olmuş, çalışmışdır.

Bəli, bu münaqişəyə son qoyan tarixi 44 günlük Vətən müharibəsində Azərbaycan qadını, Azərbaycan anası, Azərbaycan qızları bir andaca müsəlləh əsgərə çevrildilər, müharibənin qalibiyyətlə başa çatması üçün əllərindən gələni əsirgəmədilər.

Vətən müharibəsinin dastan yazan qəhrəmanları arasında Azərbaycan qadınları, Azərbaycan xanımları da oldu... Qanlı Naftalan-Qaşaltı, Gəncə, Bərdə terror aktlarının əsas qurbanlarından biri yenə Azərbaycan qadını oldu. Amma bu terror, insanlıq əleyhinə olan barbarlıq, vandallıq aktları, ümumən bu münaqişə Azərbaycan qadınının, Azərbaycan xanımının əzmini, iradəsini qıra, sındıra bilməmiş, əksinə, onu düşmənə qarşı daha əzmkar, daha şücaətkar, daha barışmaz etmişdir. Bəli, 44 günlük tarixi zəfərdə baş qəhrəmanlardan biri məhz Azərbaycan qadını oldu. Qürur iftixar nümunəsi!

- Ümumiyyətlə, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Bu barədə deyə bilərsiniz?

- Bəli, istər ilk, cəmi 23 aylıq Xalq Cümhuriyyəti dönəmində, istərsə artıq 30 illiyini qeyd etməyə hazırlaşdığımız müstəqillik dönəmində qadın siyasəti Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olmuşdur.

Mehriban xanım Əliyevanın da vurğuladığı kimi, istər müsəlman-Şərq aləmində, istərsə dünyada, bir çox gəlişmiş, oturuşmuş dövlətlərdən öncə, qadına seçib seçilmək hüququ verən Cümhuriyyət məhz Azərbaycan dövləti olmuşdur.

Bu, Azərbaycan qadınına, bütövlükdə qadına verilən dəyərin, ehtiramın başlıca nümunələrindəndir. Bu, bizim iftixar tariximizdir.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Həmçinin bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib onlar elm sahəsi ilə məşğul olan qızlar gənc xanımlar üçün əsl ilham mənbəyidir.

Lakin bu gün ən vacib məsələ qızların gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi elm sahəsində gender boşluğunun doldurulmasıdır.

Qadınlar qızlar elmdəBeynəlxalq Günü münasibətilə təşkil olunmuş tədbirdəki geniş məzmunlu çıxışındaBir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımızQadınlar elm, texnologiya, mühəndislik riyaziyyatdaadlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması onlara təhsil karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”, - deyən Mehriban xanım Əliyeva qeyd etmişdir ki, elm, texnologiya innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir.

Birinci vitse-prezident sonra “ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar qızların sabahın əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”, - deyə qeyd edərək Azərbaycanın bu mənada öz töhfəsini verməyə hazır olduğunu bəyan etmişdir.

Çıxışı zamanı Birinci vitse-prezident həmçinin bildirmişdir ki, hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır.

Bəli, deyildiyi kimi, biz bunun da öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.

Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk.

Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk.

Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.

Bəli, belə olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə öz sözünü deyəcək, öz töhfəsini verəcək, öz Azərbaycan modelini yaradacaqdır.

Bizim hədəflərimiz böyükdür bu hədəflərə mütləq şəkildə çatacağıq, necə ki, zaman-zaman çatmışıq, çatırıq, 44 günlük tarixi Zəfər bunun şanlı bir nümunəsidir.

 

Yeni Azərbaycan.- 2021.- 16 fevral.- S.6.