Ravvin Zamir İsayev: Azərbaycan Ordusunda döyüşən yəhudilər icmamızın bütün ölkənin qürurudur

 

İşğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli

 

Ravvin Zamir İsayev 2020-ci ilin oktyabrında hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli olub. Bu yaxınlarda İsayev Azərbaycan İran sərhədində yerləşən Füzuli rayonunu Zəngilan şəhərini ziyarət edib. Qapalı hərbi zona olan əraziləri ziyarət etmək üçün Azərbaycan Ordusundan ölkənin Prezident Administrasiyasından xüsusi icazə tələb olunur. İsayevin direktoru olduğu 46 saylı Bakı Yəhudi məktəbinin məzunları arasında ən azı 5 nəfər döyüşlərdə iştirak edib. “Şagirdlərimin azad olunması üçün mübarizə apardıqları əraziləri öz gözlərimlə görmək mənim üçün vacib idi”, - deyə Zamir İsayev bildirib. “Azərbaycan Ordusunda döyüşən yəhudilər icmamızın bütün ölkənin qürurudur”.

Marşrutun əsas nöqtəsi Zəngilan şəhəri idi. 29 oktyabr 1993-cü ildə I Qarabağ müharibəsi zamanı Zəngilan rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edilib elə həmin dövrdən etibarən de-fakto qondarmaDağlıq Qarabağ Respublikası”nınhakimiyyət”i tərəfindən idarə olunub. Baxmayaraq ki, bu ərazilər tarixən heç vaxt qondarmaDağlıq Qarabağ Respublikası”nın tabeliyində olmayıb. 1993-cü il BMT-nin Təhlükəsizlik Şurasının qərarına əsasən, Zəngilan rayonu beynəlxalq səviyyədə işğal edilmiş ərazi kimi tanınıb Zəngilan Azərbaycanın işğal olunmuş ən son şəhəri olub. 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələri şəhərə ətraf ərazilərə nəzarət yaratdı. 1993-cü ildə evlərini tərk etmək məcburiyyətində qalan 42700 keçmiş Zangilan sakini hazırda Azərbaycanın ərazisində yaşıyır. Ravvin İsayevin sözlərinə görə, o, hələ 1993-cü ildə erməni qoşunlarının ərazini tərk edərkən məhv etdiklərinin həcminə heyrətlənmişdi. Azərbaycanın şəhər sakinləri rayonu tərk etdikdən öldürüldükdən sonra orada yerləşən 18-ci əsrə aid məscid, xəstəxana məktəblər daxil olmaqla şəhərin bütün binaları darmadağın edilmişdi. İsayev bildirib ki, “Mən təxminən 30 il xarabalıqda qalan, tərkedilmiş bir şəhər gördüm. Bir çox bina tamamilə dağıdılmışdı. Görünür erməni hakimiyyəti burada məskunlaşmağı deyil, yalnız onu məhv etməyi planlaşdırıb. Zəngilan kimi şəhərlər açıq şəkildə göstərir ki, ermənilər bu torpağa öz torpaqları kimi yanaşmayıblar”.

Onun sözlərinə görə, indi azad edilmiş ərazilərin bərpası sürətlə davam edir, kommunikasiya əlaqələr yenidən canlanır. İsayev bildirib ki, görünən mənzərə Azərbaycanda 29-cu ildönümü qeyd olunacaq 26 Fevral - xocalı faciəsini xatırladır. 1992-ci il Qarabağ müharibəsi zamanı, fevralın 25-dən 26-na keçən gecə, erməni silahlı birləşmələri Xocalı şəhərində 613-dən çox dinc sakini qətlə yetirib. Azərbaycan mənbələrində bu hadisə Xocalı soyqırımı kimi qeyd olunur.

 

Yeni Azərbaycan.- 2021.- 17 fevral.- S.3