Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi etnik ayrı-seçkilik olmayıb

 

Fevralın 19-da BMT-nin mənzil qərargahında qurumun İqtisadi Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılmasımövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ECOSOC-un prezidenti Münir Əkrəmin moderatorluğu ilə keçirilən dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin iştirak etdiyi videokonfransda BMT-nin Baş katibi Antoniu Quterreş açılış nitqində bildirib ki, 2020-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü münasibətilə dünya liderləri zorakılıq, insan haqları pozuntuları, korrupsiya, marginalizasiya, hər cür ayrı-seçkilik, yoxsulluq təcrid, həmçinin savadsızlıq, işsizliyin kök səbəblərini aradan qaldırmağa dair ümumi razılığa gəliblər. İrqçiliyə qarşı müxtəlif beynəlxalq insan haqları sənədlərində, 2030-cu ilədək davamlı İnkişaf Gündəliyində, 75-ci ildönümü Bəyannaməsində digər müvafiq sənədlərdə göstərilən tədbirlər bu gün həmişəkindən daha aktualdır. Eyni zamanda, Baş katib hər cür ayrı-seçkiliyin, sistem bərabərsizliyinin əsas səbəblərini aradan qaldırmağın vacibliyinə toxunub.

Videokonfransda çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2016-cı ildə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Müstəqil Azərbaycan dövlətinin ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyasında dünyəvi dövlət modeli təsbit olunub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq multikultural dəyərlərə söykənir. Azərbaycan çoxmillətli çoxkonfessiyalı ölkədir.

Diqqətə çatdırılıb ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, müxtəlif dini icmaların sülh dostluq şəraitində birgə yaşadığı dövlət kimi Azərbaycan dini, irqi etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı ölkələr sırasında önəmli yer tutur. Komitə sədri bildirib ki, daim dinlər mədəniyyətlər arasında dialoqu təşviq, bu mövzuda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda hazırda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 963-ə çatıb. Ölkə ərazisində 2 mindən çox məscidlə yanaşı, 14 kilsə, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına aid tarixi kilsələr, 7 sinaqoq, Zərdüştlük dininə aid Atəşgah məbədi müxtəlif dinlərə aid ibadət yerləri fəaliyyət göstərir.

Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə soyqırımı siyasətinin, eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsinin dialoqa dinc birgəyaşayışa mane olduğu xüsusi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb. Təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrinikabuslar şəhəri”, “kiçik Xirosimaadlandırıblar. M.Qurbanlı Azərbaycanın erməni işğalçıları üzərində Qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi-dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

Komitə sədri qeyd edib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edərək, onu dini müstəvidə təqdim etməyə çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi digər dinlərin, eləcə 30 mindən çox erməninin sərbəst yaşadığı, Bakının mərkəzində Erməni apostol kilsəsinin dövlət tərəfindən qorunduğu hamıya məlumdur.

Sonda komitə sədri hazırda dinlərin insanlara verəcəyi əsas töhfə olan vəhdət harmoniyanın təmin edilməsinin, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm separatizmin tənqidinə yönəlmiş çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

 Yeni Azərbaycan.- 2021.- 20 fevral.- S.3.