Rusiya İnformasiya
və Mədəniyyət
Mərkəzinin rəhbəri
AZƏRTAC-da olub
Rusiya İnformasiya və
Mədəniyyət Mərkəzinin
yeni rəhbəri İrek Zinnurov AZƏRTAC-da olub. İdarə
Heyətinin sədri Aslan Aslanov ilə
görüşdə Azərbaycan
və Rusiya arasında media sahəsində əməkdaşlıq
barədə müzakirələr
aparılıb.
Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi, həmçinin
beynəlxalq və regional media qurumlarının rəhbər
orqanlarında təmsilçiliyi
barədə məlumat
verilib. Diqqətə çatdırılıb ki, AZƏRTAC dünyanın
bir çox nüfuzlu informasiya agentlikləri, o cümlədən
Rusiyanın TASS agentliyi
ilə uzun illərdir uğurla əməkdaşlıq edir.
Ölkələrimizin iki
aparıcı agentliyi
arasında mütəmadi
informasiya və təcrübə mübadiləsi
həyata keçirilir, birgə layihələr reallaşdırılır.
Səkkiz dildə informasiya yayan AZƏRTAC-ın 21 ölkədə,
o cümlədən Rusiyada
müxbir məntəqəsi
fəaliyyət göstərir.
Qeyd olunub
ki, AZƏRTAC Azərbaycanda
keçirilən bir çox beynəlxalq tədbirlərə informasiya
dəstəyi verir, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində media ilə bağlı dəyirmi masaların təşkilində
fəal iştirak edir.
İrek Zinnurov
ölkələrimiz arasında
mədəniyyət, turizm,
təhsil, media sahələrində əlaqələrin
daha da inkişaf
etməsinə hərtərəfli
dəstək verməyə
hazır olduqlarını
bildirib. Azərbaycanda rus dil və mədəniyyətinə
verilən önəmi
yüksək qiymətləndirdiyini
deyən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin
rəhbəri hər iki ölkədə diasporların cəmiyyətlərin
həyatında fəal
rol oynadığını
qeyd edib.
Görüşdə milli mədəniyyətlərin
qarşılıqlı təbliğində
medianın rolundan bəhs olunub, birgə layihələrin reallaşdırılması, informasiya
sahəsində əməkdaşlıq
və qarşılıqlı
maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Yeni Azərbaycan.- 2021.- 20 fevral.-
S.3.