Milli Məclis sədrinin müavini bir qrup Vətən
müharibəsi iştirakçısı
ilə görüşüb
Fevralın 22-də Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsi
qəhrəmanlarının bir qrupu ilə
növbəti görüş
keçirilib.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
gənclər siyasətinin
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənc
nəslin vətənpərvər
ruhda tərbiyə olunmasının prioritet kimi müəyyənləşdirilməsindən
söhbət açıb.
Aprel döyüşlərindən başlayan Zəfər salnaməmizin sonradan Günnüt əməliyyatı,
habelə Tovuz rayonunda törədilmiş
təxribatın qarşısının
alınması ilə
davam etməsi, aparılan uğurlu hərbi əməliyyatların
məntiqi yekunu olaraq sonda “Dəmir
yumruq” hərbi əməliyyatının
həyata keçirilməsi
söhbət mövzusu
olub. Bildirilib ki, Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
altında qüdrətli
Ordumuzun göstərdiyi
qəhrəmanlıqlar, habelə
istifadə etdiyi döyüş taktikası
nəticəsində Ermənistana
vurulan zərbələrdən
sonra düşmən
hələ uzun illər özünə gələ bilməyəcək.
Görüşdə 44 günlük müharibə
nəticəsində düşmənin
məğlub olaraq 30 il müddətində işğal altında saxladığı torpaqlarımızı
geri qaytarması ilə yanaşı, müharibədə qazandığımız
Qələbənin diplomatik
müstəvidə də
ölkə başçısı
tərəfindən uğurla
davam etdirilməsi
nəticəsində Ermənistanın
işğal altında
olan digər ərazilərimizi bir güllə belə atmadan təhvil verməyə məcbur edilməsi qürurla qeyd olunub.
Söhbət zamanı qazanılmış
Zəfərə görə
hərbi qulluqçularımız
qarşısında borclu
olmağımız qeyd
edilib, şəhid ailələrinin və qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması, onların problemlərinin həlli məqsədilə
“Yaşat” Fondunun yaradılmasından razılıq
ifadə olunub.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına
Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
Yeni Azərbaycan.- 2021.- 23 fevral.-
S.3.