Prezidentin təşəbbüsü - azad edilmiş ərazilərAğıllı kəndkonsepsiyası əsasında qurulacaq

 

Ağıllı kəndtəkcə infrastruktur deyil, həm yeni həyat tərzidir

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ilkAğıllı kəndlayihəsi icra ediləcək. Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın Cəbrayıl rayonlarına son səfəri zamanı verdiyi bu açıqlama ilə azad olunmuş ərazilərin bərpasına baxış konsepsiyasını ortaya qoymuş oldu. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Konsepsiyanın özü belə adlanır - “Ağıllı kənd”.

Ağıllı kəndnədir?

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli AZƏRTAC-a açıqlamasında bildirib ki, bütün dünyadaAğıllı kəndlayihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, “Ağıllı kəndkonsepsiyasında xidmət, qazanc dövlət xidmətlərindən yararlanmaq baxımından kənd şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

Ağıllı kənd”: əsas komponentlər

Kənd təsərrüfatı naziri İnam Kərimovun Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevə etdiyi təqdimatdan aydın olur ki, “Ağıllı kəndlayihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri innovasiyalar əsaslıAğıllı kənd təsərrüfatı alternativ enerjidən istifadədən ibarətdir. Bu barədə danışan Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kənd təsərrüfatıözündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ fermaları, dronlar vasitəsilə idarəetmə nəzarəti özündə ehtiva edir. “Ağıllıtəsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.

Ağıllı kəndtəkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrinağıllıişıqlandırılması, isti soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsiAğıllı kənd”in dərəcədə üstünlüklərə malik olduğunu göstərir.

Ağıllı kəndsadə fermerə verəcək?

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin sözlərinə görə, artıq oxucudaağıllı kəndbarədə ilkin təsəvvür var Prezidentin azad edilmiş ərazilərdə kəndlərinAğıllı kəndkonsepsiyası əsasında qurulması təşəbbüsü bu baxımdan müsbət qarşılanır. Bu innovativ təşəbbüslə əlaqədar ortaya çıxan əsas sual budur: Sadə fermer bu layihədən əldə edəcək Ağıllı kəndfermerin gəlirlərinə, həyat tərzinə necə müsbət təsir göstərəcək? Cavab aydındır - bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir. “Ağıllı kəndlayihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizinağıllı kənd təsərrüfatısisteminə inteqrasiyasında mühüm rol oynayacaq.

Yüksək texnologiyalara əsaslananAğıllı kəndsistemi

Ağıllı kəndkonsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Ağıllı kəndsuvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan bütün platformanın birgə idarə olunduğu bir sistemdir. Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kəndhəm ən qabaqcıl texnologiyalar texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə müasir nəqliyyat sisteminə inteqrasiyasıAğıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Yüksək texnologiyaların inkişafı aqrar sahədə bu cür həllərin reallaşmasıAğıllı kəndlayihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.

 

 

Yeni Azərbaycan.- 2021.- 23 fevral.- S.3.